90 milyon yaşında timsah fosili tapılıb

90 milyon yaşında timsah fosili tapılıb

Braziliyanın Minas Gerais əyalətindəki bir fermada aparılan qazıntı işlərində 90 milyon il yaşı olduğu təxmin edilən iki yetkin və bir bala timsah fosili tapılıb. Bu barədə Cihan informasiya agentliyi məlumat verdi.

45 sm uzunluğunda hissəsi tapılan sürünənin indiyə qədər tapılan ən böyük timsah fosili olduğu bildirilib. Tədqiqatçılar fosilin dişlərinin yerində olduğunu və skeletinin yaxşı qorunduğunu deyirlər.

Qazıntı aparılan paleontoloji bölgədə başqa heyvan növlərinə aid çoxlu sümüklə yanaşı, fosilləşmiş dörd yumurta da tapılıb.

Sona çatan qazıntılarda əldə edilən fosillərin bölgənin quruluşu ilə bağlı elmi tədqiqatlara işıq tutacağı və haqqında müxtəlif məqalələr yazılacağı gözlənilir. Tapılan fosillər təhlillərdən sonra həmin bölgədə yerləşən dinozavr muzeyində nümayiş etdiriləcək.