715 yeni planet kəşf edilib

715 yeni planet kəşf edilib

Kepler teleskopu ilə yeni planetlər kəşf edilib. ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Günəş sistemindən kənarda yeni kəşf edilən 715 planet olduğunu açıqlayıb.

Planet ovçusu Kepler teleskopunun informasiyalarını dəyərləndirən elm adamları qalaktikadakı  yeni planetlərin olduğunu deyirlər.

Bu məlumatlara əsasən, qalaktikada planetlərin sayı təqribən 700-dür.

Astronomlar 20 il əvvəl Günəşdən başqa ulduzların ətrafında fırlanan hər hansı planet tapmamışdılar.

Kəşf edilən bütün planetlərin bir çox ulduzun ətrafında fırlandığı, bizim Günəş sisteminə bənzər sistemlərə aid olduğu bildirilib.