Pişiyin beyni super kompyuterdən 83 dəfə daha sürətlidir

Pişiyin beyni super kompyuterdən 83 dəfə daha sürətlidir

Miçiqan Universitetinin elm adamları kompyuter texnologiyasının inkişafı sahəsində daha bir addım atdılar. Onlar daha kompleks qərar verən, daha çox funksiyanı eyni anda yerinə yetirən, öyrənmək və xatırlamaq tutumuna sahib olan kompyuter istehsal etməyi düşünürlər.

 İnsan beynindən daha sadə olan pişik beynini “nüsxələməyi” düşünən informasiya sistemlərinin mühəndisi Vei Lu qeyd edir ki: “Pişiklərin beyinləri kompleks olduğundan onları təqlid etmək olduqca çətindir”.

Pişik beyninin funksiyalarını müasir dövrün ən kompleks kompyuterində istifadə edərək bəzi əməliyyatları icra etdiklərini bildirən elm adamları: “Bu kompyuterin 140 min mərkəzi əməliyyat modulu və xüsusi güc qaynağı olan möhtəşəm maşın olduğunu”, - söylədilər. Elm adamları bu alətin bir pişik beynindən 83 dəfə daha yavaş işlədiyini də vurğuladılar.