Beyindəki genlər daim dəyişir

Beyindəki genlər daim dəyişir

Elm adamları nevroloji xəstəlikləri müalicə etmək istiqamətində yeni bir kəşfə imza atdılar. Bu kəşf sayəsində məlum oldu ki, beyin hüceyrələrinin genetik quruluşu zənn edildiyi kimi sabit qalmır, əksinə, dəyişir.

İngiltərədəki Edinburq Universitetində aparılan araşdırmada beyinin DNT-sindəki bu dəyişiklikləri həyata keçirən gen kəşf edildi. Bu genlərə ən çox beyinin hüceyrə yeniləmə mərkəzində rast gəlinir.

Genlərin aktiv olduqları yerlərin dəqiq təyin olunması ilə beyin funksiyalarına pis təsir edən mutasiyaların qarşısının alınacağı guman edilir.

Araşdırmada ilk dəfə beyin hüceyrələrinin həm bir-birindən, həm də bədəndəki digər hüceyrələrdən genetik cəhətdən fərqli olduğu da təyin olundu. Elm adamları hal-hazırda bu tapıntılarla “Alzheimer” xəstəliyinin və nevroloji xəstəliklərin əlaqəsini araşdırırlar.