Gözdəki texnologiya

Gözdəki texnologiya

Heç bir texnologiya gözün təmin etdiyi mükəmməl sürətə və dəqiqliyə nail olmamışdır!

Bu sətirlərə baxdığınız anda gözünüzdən beyninizə saatda 500 km sürətlə elektrik axını hərəkətə başlayır. Bu axın, 600 000 sinir arasından hər hansı biri ilə beyinə çatdırılır. Axın beyinə çatanda, siz də qarşınızdakı sətirləri oxumağa başlayırsınız.

Göz, 600 000 sinirlə beyinə bağlanır. Eyni anda 1.5 milyon mesaj alıb bunları nizamlayır və saatda 500 km-lik sürətlə beynə göndərir. Tək bir nöqtəyə baxdığınızda, əslində, bir-birindən fərqli yüzlərlə detal görürsünüz. Göz, bunların hamısından gələn mesajları ayırır, hamısını qiymətləndirir və hər birini beyinə çatdırır. Əlinizdəki kitab sizə olduqca yaxınkən, eyni anda arxa planda gördüyünüz mənzərə olduqca uzaqdır. Amma hər birini eyni dəqiqlikdə görürsünüz. Baxdığınız yerdəki tək bir detala belə laqeyd qalınmaz, tək bir nöqtə belə bulanıq deyil. Qarşınızdakı mənzərədə nə qədər çox detal olursa olsun, o mənzərə içində hərəkət edən kiçik bir qarışqanın belə görünüşü beyninizə mütləq çatır.

Heç bir kamera, heç bir televiziya bu dəqiqliyi təmin edə bilməmişdir. Heç bir texnologiya ilə göz vasitəsilə təmin edilən mükəmməlliyi və görüş sürətini əldə etmək mümkün deyil. İnsan, özünə doğuşdan verilmiş olan bu nemətdən məhrum qalsa, ətrafını təkrar görmək üçün yenə bu qüsursuz sistemə ehtiyac duyacaq. Bu da, ancaq Allahın diləməsi ilədir.

İnsan üçün, hələ ana bətnində kiçik bir embrion ikən yaradılmış bu xüsusi nemət, Özünə hər an ehtiyac duyulan və Ondan hər an kömək gözlənilən Allahın ikramıdır.

De ki: "Sizi inşa edən, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükür edirsiniz?" (Mülk surəsi, 23)