Allah`ın rəng sənəti

Allah`ın rəng sənəti

 Heç, bir rəngin olmadığı, qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç düşünmüsünüz? Bir anlıq bütün ön mühakimələrinizdən qurtularaq, bu günə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq, düşünün. Bədəninizin, ətrafınızdakı insanların, dənizlərin, göy üzünün, ağacların, çiçəklərin, qısası, hər şeyin qapqara olduğunu gözünüzdə canlandırmağa çalışın. Ətrafınızda heç bir rəngin olmadığını düşünün. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç rəngi olmasaydı, nələr hiss edərdiniz beyninizdə canlandırmağa çalışın. Belə bir dünyada yaşamağı heç istəməzdiniz, elə deyilmi?

Rəngsiz bir dünya deyiləndə qara, ağ və boz tonların olduğu bir yer ağla gələ bilər.  Amma qara, ağ və boz da bir rəngdir. Buna görə insanın rəngsizliyi xəyal etməsi çox çətindir. Amma rəngsizliyi təsvir edərkən də mütləq olaraq hər hansı bir rəngdən istifadə etmək məcburiyyətində qalırıq. "Hər şey rəngsiz, qapqaradır; üzündə rəng qalmayıb, dümağ olmusan" kimi cümlələrlə rəngsizlik ifadə edilməyə çalışılır. Amma bunlar rəngsizliyin deyil, ağ-qara dünyanın təsviridir.

Ətrafınızdakı hər şeyin rənginin bir anlıq yox olduğunu düşünün. Belə bir vəziyyətdə hər şey bir-birinə qarışacaq, cisimləri bir-birindən ayırmaq qeyri-mümkün olacaqdır. Məsələn, qəhvəyi rəngli taxta bir stolun üzərində duran narıncı bir portağalı, qırmızı çiyələkləri, ya da rəngarəng çiçəkləri görmək mümkün olmayacaq; çünki nə portağal narıncı rəng, nə stol qəhvəyi rəng, nə də çiyələklər qırmızı rəng olacaq. Təsvir edilməsi olduqca çətin olan bu rəngsiz dünyada qısa bir müddət yaşamaq belə insana böyük sıxıntı verəcək.


Yuxarıdakı şəkillər müqayisə ediləndə, ətrafımızda sonsuz rəngli bir dünya görməyimizin nə qədər rahatladıcı olduğu daha yaxşı başa düşüləcək. Rənglər insana dünyada Allah tərəfindən verilmiş ən böyük nemətlərdən biridir.

Rənglərin müxtəlifliyinin bizə olan faydası sadəcə ətrafımızı tanımağımızdan ibarət deyil. Təbiətdə öz yerini almış qüsursuz rəng ahəngdarlığı insan ruhuna inanılmaz bir zövq verir. Ancaq burada bir məqama xüsusi diqqət etmək lazımdır: bu ahəngdarlığı görə bilmək və bütün incəliklərindən zövq ala bilmək üçün də insana çox xüsusi dizayn edilmiş gözlər verilib. Canlılar aləmində rəngləri ən incə xırdalığına qədər qəbul edə bilən ən funksional göz insan gözləridir. Belə ki, insan gözü milyonlarla rəngə qarşı həssasdır. Göründüyü kimi, mükəmməl şəkildə çalışan insandakı göz mexanizmi rəngli bir dünyanı görə bilmək üçün xüsusi olaraq yaradılmışdır.

Bu səbəbdən kainatdakı belə bir nizamın varlığını başa düşə biləcək tək varlıq ağıl sahibi olan insandır. Bütün bu məlumatlardan sonra ortaya bu nəticə çıxır:

Yer üzündəki və səmadakı hər təfsilat, hər naxış, hər rəng insanın bu nizamı anlayıb qavraması və bunun üzərində düşünməsi üçün yaradılmışdır. Təbiətdəki bütün rənglər insan ruhuna zövq verəcək şəkildə yaradılmışdır. Həm canlılar aləmində, həm də cansız aləmdə qüsursuz simmetriya və rəng harmoniyası hakimdir. Bu xüsusi vəziyyət qarşısında aciz qalan və düşünən insanın ağlına çox vacib bəzi suallar gələcək.

    Yer üzünü rəngli edən nədir?
    Dünyamızı fövqəladə gözəl edən rənglər necə meydana gəlir?
    Yer üzərindəki rəng müxtəlifliyinin və rənglər arasındakı harmoniyanın dizaynı kimə aiddir?

Bütün bunların bir təsadüflər zəncirinin meydana gətirdiyi məqsədsiz dəyişikliklərlə yarandığını demək olarmı? Əlbəttə ki, belə bir şeyi heç kim söyləyə bilməz. Şüursuz təsadüflərin nəinki milyonlarla rəngi, heç bir şeyi meydana gətirmək imkanı yoxdur. Məsələn, bir kəpənəyin qanadlarını düşünün və ya hər biri sənətkarlıq möcüzəsi olan rəngarəng çiçəkləri. Bunların şüursuz proseslərin nəticəsində meydana gəldiyini demək, sağlam düşünə bilən bir insan üçün, əlbəttə ki, mümkün deyil.

Bu həqiqəti, bir az düşünsək, çox rahatlıqla görə bilərik. Bir insan təbiətdəki ağacların, çiçəklərin çəkildiyi bir rəsim əsəri görəndə bu əsərdəki rəng harmoniyasının, nizamlı şəkillərin, şüurlu dizaynın təsadüfən meydana gəldiyini iddia etməz, hətta bunu ağlına belə gətirməz. Bu adamın qarşısına biri çıxsa və desə ki, "burada gördüyün boyalar külək nəticəsində dağıldı, bir müddət sonra yağışın və s. təsiri ilə və aradan keçən uzun bir zamanın nəticəsində ortaya belə bir şəkil çıxdı". Bunu iddia edən şəxsə inanılmayacağı aydındır.

Heç kəs bu qədər ağılsız bir iddia etməyəcək. Ancaq təkamülçülər bir təhər təbiətdə gördüyümüz bu qüsursuz rəng və simmetriyanın şüursuz bir tərzdə meydana gəldiyini iddia edə bilir, hətta bu mövzuda onlar tərəfindən "təsadüf tezisləri" hazırlanır və müxtəlif işlər görülür. Bu mövzuda əsassız iddiaları ortaya atmaqda tərəddüd belə edilmir.

Göründüyü kimi, bu, sadəcə korluqdur, həm də bunun başa düşülməsi də çox çətindir. Ancaq bir az düşünməyə başlayan və bu korluqdan xilas olan istənilən insan dünyada olduqca möcüzəvi bir mühitdə yaşadığını anlayacaq və insan, həyatı üçün ən uyğun şərtlərə sahib olduğu bu mühitin təsadüfən meydana gələ bilməyəcəyinə də tam mənası ilə inanacaq.

Düşünə bilən bir insan necə ki, bir rəsmə baxdığında o əsərin bir rəssamı olduğunu anlayırsa, ətrafındakı bu qədər rəngarəng, parlaq, simmetrik və son dərəcə estetik bir mühitin də Yaradıcısı olduğunu eyni şəkildə anlayacaq.

Bu Yaradan heç bir şəriki olmayan, hər şeyi bir-biri ilə uyğun şəkildə yaradan, bizi milyonlarla rənglə bəzənmiş saysız gözəlliyin olduğu bu dünyaya yerləşdirən Allah’dır. Allah’ın yaratdığı hər şey bir-biri ilə tam bir uyğunluq içindədir. Allah, yaratma sənətindəki bənzərsizliyi Quran ayələrində belə xəbər verir:

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allah’ın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi 3-4)