Yer kürəsinin temperaturu

Yer kürəsinin temperaturu

Dünyanın həyat üçün ən lazımlı şərtləri, ilk baxışda, temperaturu və atmosferidir. Mavi planet canlıların xüsusilə də bizim kimi son dərəcə kompleks canlı varlıqların yaşaya biləcəyi bir temperatura və nəfəs ala biləcəyimiz bir atmosferə malikdir. Ancaq bu iki faktor da bir-birindən son dərəcə fərqli amillərin hər birinin ideal dəyərlərdə təyin olunmasıyla reallaşmışdır.

Bunlardan biri Yer kürəsinin Günəşə olan uzaqlığıdır. Əlbəttə ki, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı, həyata imkan yaradacaq bir istilik dəyərinə malik ola bilməzdi. Karbon əsaslı üzvi molekullar 120° C ilə-20° C arasında dəyişən bir temperatur intervalında meydana gələ bilər. Günəş sistemində bu istilik dəyərinə sahib olan yeganə planet isə Yerdir. Bütün kainatı nəzərə alsaq həyat üçün lazımlı olan bu temperatur intervalının əslində əldə edilməsinin çox çətin olduğunu görərik. Çünki kainatın daxilindəki istilikləri, ən isti ulduzların daxilindəki milyardlarla dərəcəlik qorxunc istilikdən, "mütləq sıfır" nöqtəsi olan- 273.15 ° C-yə qədər dəyişdirə bilir. Bu nəhəng istilik spektri içində karbon-əsaslı bir həyata imkan verən temperatur intervalı çox məhdud intervaldır. Amma Yer tam bu temperatur intervalına malikdir.

Dünya məlum olan bütün göy cisimlərindən fərqli olaraq həyata əlverişli bir atmosferə, istiliyə və səthə malikdir. Günəş sistemindəki digər 63 göy cismindən heç birində həyatın təməl şərti olan su yoxdur. Yer kürəsinin isə səthinin dörddə üç hissəsi su ilə örtülüdür.

Amerikalı geoloqlar Frank Press və Raymond Siever də Yerin səthinin istiliyinə diqqət çəkirlər. İfadə etdiklərinə görə "həyat sadəcə çox məhdud bir temperatur intervalında mümkündür ... və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı ola biləcək istilikləri təxminən 1%-lik bir hissəsini təşkil edir. Yerin istiliyi, tam bu məhdud intervaldadır." (1)

Bu temperatur intervalının qorunması, əlbəttə Günəş ilə Yer arasındakı məsafə qədər Günəşin yaydığı istilik enerjisi ilə də yaxından əlaqəlidir. Hesablamalara görə, Yerə çatan Günəş enerjisindəki 10%-lik azalma yer üzünün metrlərlə qalınlıqda bir buz təbəqəsi ilə örtülməsi ilə nəticələnəcək. Enerjinin bir qədər artması nəticəsində  isə bütün canlılar qovrularaq öləcəklər.

Dünyanın ideal olan temperaturunun planet içində sabit formada paylaması da son dərəcə əhəmiyyətlidir. Necə ki, bu sabitliyin təmin edilməsi üçün çox xüsusi olan bəzi tədbirlər alınmışdır.

images(16)Məsələn, Yer kürəsinin xəyali oxunun orbit müstəvisinə  23° 27' -lik meylliyi qütblərlə ekvator arasındakı atmosferin formalaşmasında əngəl yarada biləcək həddindən artıq temperaturun qarşısını alır. Əgər bu meyllilik olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı temperatur fərqi daha çox artacaq və yaşamağa imkan yaradan atmosferin mövcud olması imkansız olacaqdı.

Yer kürəsinin öz oxu ətrafındakı fırlanma sürəti də temperaturun sabit paylanmasına kömək edir. Yer yalnız 24 saatlıq bir vaxt ərzində öz ətrafında fırlanar və bunun sayəsində gecələr və gündüzlər qısa olur. Qısa olduqları üçün də gecə ilə gündüz arasındakı istilik fərqi çox azdır. Bir günü bir ilindən daha uzun davam edən və buna görə gecə-gündüz arasındakı temperatur fərqi 1000° C-yə çatan Merkuri ilə müqayisə etdiyimiz vaxt Yerdəki bu sabitliyin əhəmiyyəti daha aydın nəzərə çarpır.

Yer kürəsinin Günəşə olan uzaqlığı, öz ətrafındakı fırlanma sürəti, xəyali oxunun orbit müstəvisinə  meylliyi kimi bir-birindən müstəqil bir çox faktor planetin həyata uyğun bir şəkildə isinməsini və temperaturun planetə sabit şəkildə yayılmasını təmin edir.

Yer səthinin relyef quruluşu da temperaturun sabit paylanmasına kömək edir. Yerin ekvatoru ilə qütbləri arasında təxminən 100° C-lik bir temperatur fərqi var. Əgər belə bir temperatur fərqi çox kələ-kötür olmayan bir relyefə malik olan səthdə reallaşmış olsaydı, sürəti saatda 1000 km-ə çatan fırtınalar Yeri alt-üst edərdi. Halbuki yer üzü temperatur fərqindən ortaya çıxa biləcək güclü hava axınlarının qarşısını alacaq kələ-kötür relyef formaları ilə təchiz edilmişdir. Bu kələ-kötür relyef formaları yəni, dağ silsilələri Çində Himalay dağlarından başlayıb Anadoluda Toros dağlarına qədər davam edir və Avropada Alp dağlarına qədər silsilə şəklində uzanaraq qərbdə Atlantik okeanı, şərqdə isə Sakit okeanla birləşir. Okeanlarda isə ekvatorda əmələ gələn yüksək temperatur okean cərəyanları sayəsində nizamlı bir şəkildə şimala və cənuba doğru yayılır.

Yeri gəlmişkən onu da qeyd edək ki, Yerin atmosferində temperaturu daimi tənzimləyən bəzi avtomatik sistemlər də var. Misal üçün, bir bölgə çox qızdığı vaxt buxarlanma artar və buludlar çoxalar. Bu buludlar isə Günəşdən gələn şüaların bir qismini geri əks etdirərək aşağıdakı havanın və səthin daha çox qızmasının qarşısını alır.