Hörümçəklərin tavanda yeriyə bilmələrinin sirri

Hörümçəklərin tavanda yeriyə bilmələrinin sirri

Almaniyanın Bremen əyalətindəki Texniki Zoologiya və Bionik İnstitutunda fəaliyyət göstərən biomexanika mütəxəssisi Endryu Martin (Andrew Martin) və həmkarları sıçrayan kiçik bir hörümçəyin (evarcha arcuata) ayağını elektron mikroskopunda tədqiq etdilər. Əldə olunan şəkillər ayaqların altında digər hörümçəklərdə olduğu kimi uzun tüklərin (setan) düzüldüyünü aşkar etdi. Bu tüklərin hər biri daha da incə  və ucları üçbucaq şəklində tükcüklərə ayrılırdı (setules). 1

Elm adamları nə cür bir yapışma qüvvəsinin fəaliyyətdə olduğunu görmək üçün daha çox material istehsalında istifadə edilən bir üsulla hörümçəyin ayağı və kiçik bir tel arasındakı yapışma qüvvəsini ölçdülər.

Tədqiqatçıların hesablamalarına görə təxminən 600.000 tükcüyün birlikdə təmasıyla tavanda asılı vəziyyətdə duran bir hörümçəyin öz çəkisindən 173 dəfə artıq olan bir ağırlığı tuta biləcək bir yapışma qüvvəsi ilə yapışdığını göstərdi.

Bu nəticələri şərh edən Martin belə nəticəyə gəldi ki, hörümçək səthə Van der Vaals qüvvəsiylə (bir-birinə millimetrin milyonda biri qədər yaxın olan molekullar arasında ortaya çıxan elektrostatik cazibə qüvvəsi) yapışır. Van der Vaals qüvvəsi yalnız cisimlər arasındakı məsafə ilə əlaqədardır və ətraf mühitin vəziyyətindən təsirlənməz. Bunun sayəsində hörümçəyin divara yapışma üsulu nəm ikən yapışa bilən not kağızları və havasızlıq şəraitində kosmosda səthlərə yapışa bilən kosmos geyim formaları kimi qeyri-adi materialların istehsalında təqlid edilə biləcək (Bu tük və tükcüklər təkcə hörümçəklərə məxsus deyil. 2002-ci ildə həyata keçirilən bir tədqiqatda gecko kərtənkələlərinin də eyni sistem sayəsində Van der Vaals qüvvəsindən istifadə edərək səthlərə yapışdıqları aşkara çıxarılmışdı. Gecko kərtənkələsindəki sistem haqqında daha ətraflı məlumatı buradan  oxuya bilərsiniz).

Bir hörümçəyin tavanda yeriyə bilməsi təəccüblü  olduğu qədər həm də böyük bir qabiliyyətdir. Bu qabiliyyətin 600.000 tükcüyə əsaslanması insanda daha da təəccüb oyadır. Çünki, insanın başında olan tük sayı təxminən 100.000-dir amma hörümçəyin insan başından dəfələrlə kiçik olan ayağında bundan altı dəfə çox tükcük var. Bu qədər çox sayda tükcüyün belə kiçik bir sahəyə yerləşməsi bir mikro-dizayn möcüzəsinin varlığını ortaya qoyur. Həmçinin tükcüklərin hörümçəyin bədəninin hər hansı bir yerində deyil, məhz ayaq nahiyəsində olması diqqət çəkicidir. Bu tükcüklərin quruluşunun genetik məlumatı hörümçəyin DNT-sində var və ayağındakı hüceyrələr tükcükləri bu dizayn planı istiqamətində hazırlayırlar.

Əlbəttə, bir hörümçəyin belə bir dizaynı özünün hazırlaması mümkün deyil. Bir hörümçək tavanda yerimək istəyib elektrostatik ölçmələr apararaq Van der Vaals qüvvəsini tətbiq etməyi düşünə bilməz və bu cür tükcükləri ayağında özü yarada bilməz. Bütün bunların məqsədyönlü və xüsusi olaraq hazırlandığı aydındır. Necə ki, haqqında danışılan tədqiqatın nəşr olunduğu jurnalın adı buna gözəl bir göstəricidir. Bu iş smart materiallar və strukturlar (Smart Materials and Structures, 19 aprel 2004) adlı elmi jurnalda nəşr olunmuşdur.

“Ağıllı material” anlayışı sənaye sahəsində rast gəlinən çətinlikləri təbiətdəki dizayndan ilhamlanaraq həll etməyi  qarşısına məqsəd qoyan elm adamlarının mümkün qədər problemsiz məhsullar inkişaf etdirmək axtarışında olarkən istinad edilən materialları ifadə edir [*]. Bu məqsədlə hərəkət edən elm adamlarının hörümçək ayağını tədqiq edib işlərində ondan faydalanmaları hörümçəyin ayağında ağıllı bir dizayn olduğunun aydın bir göstəricisidir.

Bu vəziyyətdə hörümçəyin tavanda yerimə qabiliyyətinin xüsusi bir yaradılışın məhsulu olduğu ortaya çıxar. Heç şübhəsiz, hörümçəyi yaradan və onun tavanda yeriyə bilməsini təmin edəcək sistemlər bəxş edən aləmlərin Rəbbi olan Uca Allahdır. Allah bir Quran ayəsində belə bildirir:
Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)