Beş duyğu orqanı ilə hiss etdiyimiz hər şey beynimizdəki elektrik siqnallarının ifadəsidir

Beş duyğu orqanı ilə hiss etdiyimiz hər şey beynimizdəki elektrik siqnallarının ifadəsidir

Bəzi insanlar görüntünün beyinlərindəki elektrik siqnallarından ibarət olduğunu anlasalar da, digər hissin, məsələn, toxunma hissinin fərqli olduğunu düşünürlər. Bir şeyə toxunaraq və ya onu qoxulayaraq maddənin əslinə toxunduqlarını zənn edirlər. Ancaq əslində beyinlərindəki elektrik siqnallarından başqa heç nə hiss etmirlər.
 
Əlimizlə bir şeyə toxunduqda əslində o şeyə toxunmuruq. Davamlı olaraq, hərəkət edən atomlar arasında kimyəvi əlaqə qurulur, lakin bu iki atom da bir-birinə əsla “toxunmur”. Ona görə də toxunduğumuzu zənn etdiyimiz bir şeyə fiziki cəhətdən heç zaman toxuna bilmirik. Həqiqətdə baş verməyən bu toxunma hissi nəticəsində yalnız əlimizdəki atomlar titrəşir və bir elektrik axını əmələ gətirirlər. Bu elektrik axını isə beyindəki toxunma mərkəzinə doğru istiqamətlənir. Buraya çatdıqda müəyyən şəkildə “ifadə edilirlər”. Bu bir möcüzədir. Eynilə görmə mərkəzinin gələn elektrik siqnalını sarı çiçək şəklində ifadə etməsi kimi toxunma mərkəzi də gələn elektrik siqnallarını yumşaq, isti və ya qırışıq kimi hiss edir. Bu cür siqnallar ağzımızdan beynin dadbilmə mərkəzinə gedərək qidanın ləzzətli, şirin və ya acı olduğu hissini əmələ gətirirlər. Burundan gedən siqnallar isə beynin qoxubilmə mərkəzinə çataraq həmin şeyin qoxusunun necə olduğuna dair beyində hiss əmələ gətirirlər. Qulağımıza gələn səs başqa elektrik siqnalları vasitəsilə eşitmə mərkəzinə gedir və bizi çağıran şəxsin anamız olduğunu bilirik. Qulağımızdan beynimizə ötürülən elektrik siqnallarının əmələ gətirdiyi melodiyadan zövq alır, telefon səsinin telefondan gəldiyindən əsla şübhələnmirik.
 
Bütün bunlar Allah'ın yaratdığı qeyri-adi möcüzələrdir.
 
Əslində bizim eşitdiyimiz səs telefona aid deyil, çalan musiqinin səsi də musiqi mərkəzindən gəlmir. O səs gələn elektrik siqnalları vasitəsilə beynimizdə əmələ gəlir. Əslini görmədiyimiz bir telefonun Allah'ın istəyi xaricində əslini heç bir zaman eşidə bilməyəcəyimiz səsilə təmasda oluruq. Gördüyümüz şey də əslində xarici aləmdəki sarı çiçək deyil. O çiçək görünüşü, qoxusu, bütün gözəlliyi ilə beynimizə çatan elektrik siqnallarından ibarətdir və gördüyümüz çiçəyin xarici aləmdəki çiçək ilə eyni olduğuna dair heç bir dəlilimiz yoxdur. Piter Rasl bunu belə izah etmişdir:
 
Əgər tanıdığımız hər şey zehnimizdəki hissi görüntülərdirsə, bizim hisslərimizdən kənar fiziki reallıq olduğunu hardan bilə bilərik? Bu yalnız bir təxmindən ibarət deyilmi? Mənim cavabım belədir: bəli. Bu bir təxmindir, amma yenə də ən inandırıcı olandır.
 
Beynimizdə əmələ gələn görüntülərin, səslərin, qoxuların, dadların xarici aləmdə olub-olmadığını, şübhəsiz ki, bilməyimiz mümkün deyil. Buna əsaslanaraq bu həqiqəti anlayırıq: beynimizdə bizim üçün xüsusi yaradılmış bir dünya var və bu dünyanı başqalarının da bizim kimi görüb-görmədiyini əsla bilmirik. Biz yalnız bizim üçün yaradılan dünyadakı görüntüləri görür, səsləri eşidir, dadları bilirik. Bunun xaricində heç bir şey mümkün deyil.
 
Elə isə bu sualı vermək lazım gəlir: təkcə elektrik siqnalları özləri bu cür ahəngdar dünyanı meydana gətirə bilərmi?
 
Şübhəsiz ki, gətirə bilməzlər. Bizim üçün bu qədər həqiqi, aydın və gözəl dünyanı yaradan bütün aləmlərin Rəbbi olan Allah'dır. Allah insana Öz Ruhundan bir ruh bəxş etmişdir. Hiss edən, görən, zövq alan, sevinən, xoşlanan Allah'ın yaratdığı ruhdur, elektrik siqnalları bunun üçün sadəcə bir vasitədir.