İşıq niyə bu qədər sürətlidir?

İşıq niyə bu qədər sürətlidir?

İşığın sürəti saniyədə 300.000 kilometrdir. Bu, Eynşteynin məşhur E=mc2 düsturunda c ilə göstərdiyi sabitdir. Bu düsturda E, ulduzlardakı termonüvə reaksiyalarında maddə enerjiyə çevrildiyi zaman ortaya çıxan enerjini bildirir. Əgər işıq kiçik bir ölçüdə indikindən daha sürətli olsaydı, termonüvə reaksiyalarında, indikindən on minlərlə qat daha çox enerji hasil olacaqdı. Bu zaman ulduzların nüvəsindəki enerji daha tez istehlak ediləcək və kainatımız milyonlarla il əvvəl qaranlığa qərq olmuş olacaqdı.

Yaxşı, işıq kiçik bir ölçüdə indikindən yavaş olsaydı?

Bu zaman da kainatın başlanğıcdakı genişləməsi daha yavaş olacaq və kainat cazibə qüvvəsinin təsirindən xilas ola bilməyərək öz içinə çökəcəkdi. Yəni, hər iki vəziyyətdə də həyatın olması qeyri-mümkün olacaqdı.