Qan damarları

Qan damarları

İnsan orqanizminin hər bir nöqtəsi irilixırdalı olmaqla milyardlarla boru ilə örtülüb. Damar adlanan bu boru yığınını düz səthə yaymalı olsaq, yalnız bir insanda bunların uzunluğunun təxminən 100 min kilometr (96.500 km) olduğunu görə bilərik 24. Damar sistemi elə bir ideal təsisatdır ki, orqanizmin ehtiyac duyulan hər bir nöqtəsinə zəruri bağlantılar yerləşdirilib. Borular heç bir yerdə düyünlənə bilməz, lüzumsuz yerlərə gedə bilməz, boş nöqtələrə malik deyillər, bütün orqanizmi gəzir və yenidən həmin nöqtəyə qayıdırlar.

Hər hansı bir binada boru şəbəkəsi təsisatı yaratmaq üçün müəyyən bir plana ehtiyac var. İnsan orqanizmindəki boru təsisatının planı isə insan əməyi olan heç bir planla müqayisə edilməyəcək qədər mükəmməl və idealdır.

Bundan əlavə, insan orqanizminə təxminən 100 km damar döşəndiyi halda orta böyüklükdə olan bir binaya yalnız bir neçə kilometr uzunluğunda boru döşənir. Xüsusi xəlitələrdən hazırlanmış bu borular bir neçə onillik ərzində müxtəlif problemlər yaradır. Bağlantı yerlərində sızmalar baş verir, borular bəzən çürüyür, bəzən divarlarda boruların çürüməsi və su verməsi ucbatından rütubət müşahidə edilir. Bütün bu problemlər hətta binanın sabit bir tikili olduğu və yerindən oynamadığı hallarda da baş verir.

Hər bir sağlam insan orqanizmində olan damar sistemi isə bütün ömür boyu öz funksiyasını yerinə yetirir. Nə qayğıya ehtiyac duyur, nə də hər hansı bir hissəsinin dəyişdirilməsinə. Həmçinin insan orqanizmi bina kimi hərəkətsiz deyil. İnsan hərəkət edir, yeriyir, qaçır, oturur, qalxır və damarlar da bu dartılma nəticəsində daim elastik hərəkətlər edir. Lakin damarlar o qədər ideal quruluşa malikdirlər ki, əgər insan öz səhhəti üçün zərərli olan hər hansı bir hərəkət etməsə, onlar heç bir problem yaratmazlar.

İnsan orqanizmindəki misilsiz quruluş

Heç bir damarın olmadığı bir insan orqanizminin mövcudluğunu fərz edək və hər hansı bir mühəndisdən bu orqanizmin içinə döşənəcək damarlarla bağlı bir plan hazırlamasını xahiş edək. Bu planda qaraciyərin ən kiçik nöqtələrindən sümük toxumalarının içinə, göz qapaqlarından böyrəklərə qədər hər bir hüceyrə üçün zəruri olan bağlantılar qurulmalıdır. Bundan əlavə, hər bir orqanın funksiyasına uyğun olaraq damarların qalınlığı və xüsusiyyətləri də müəyyən edilməlidir. Məlumdur ki, bu, bir insanın təkbaşına yerinə yetirə bilməyəcəyi işdir. Hətta dünyada yaşayan bütün insanlar toplansa belə bu nəticə yenə dəyişməyəcək. Bütün bu insanların nə ömrü, nə də ağlı sonsuz kombinasiyalara və mürəkkəbliyə malik olan qan dövranı şəbəkəsinin planını hazırlamağa yetməz. Əlbəttə ki, milyardlarla insanın birləşərək hazırlaya bilməyəcəyi ideal bir planın kortəbii təsadüflərlə ortaya çıxdığını iddia etmək qeyrimümkündür. Hətta bircə mərhələsində də təsadüflə əsla əlaqəsi olmayan bu sistem insanın Allah tərəfindən yaradıldığını açıq şəkildə sübut edir.

Səfər başlayır...

Ürəkdamar sisteminin əsas məqsədi orqanizmdəki hüceyrələrə fəaliyyətləri üçün zəruri olan maddələri çatdırmaq və artıq maddələri hüceyrələrdən uzaqlaşdırmaqdır. Yetkin bir insanın ürəyi gündə 9 min litr qanı 100 min kilometrə yaxın uzunluqda olan damar şəbəkəsini qət edəcək şəkildə vurur.25

İndi bir hüceyrə boyda olduğumuzu təsəvvür edək və qan hüceyrələri ilə birlikdə qan dövranı sistemində bir səfərə çıxaq.

Başlanğıc nöqtəniz ürəyin sol üst nasosu, yəni sol qulaqcıqdır. İçində yerləşdiyimiz hissə oksigenlə zəngin olan təmiz qanla doludur. Ətrafınızda oksigen daşıyan milyonlarla eritrosit var. Sizdən alt tərəfdə ürəyin sağ mədəcəyinə açılan bağlı bir qapaq var. Qapaq yalnız aşağıya doğru açıla bilən birtərəfli bir qapaqdır.

Qulaqcığın qəfil yığılması ilə qapaqcıq aşağıya doğru açılır. İçində yerləşdiyiniz qan mayesi ürəyin alt tərəfindəki hissəyə dolur. Artıq çox güclü bir nasos olan sol mədəcikdəsiniz. Üzərinizdə olan qapaq gəldiyiniz istiqamətə geri qayıtmağınıza mane olmaq üçün bağlanır.

Sol mədəcik qanı orqanizmin ən kiçik nöqtələrinə göndərəcək qədər güclü olan bir nasosdur. Bu nasosun çıxış nöqtəsində də aorta arteriyalarına açılan birtərəfli başqa bir qapaq da var. Bu qapağın funksiyası da buradan vurulan qanın ürəyə geri qayıtmasının qarşısını almaqdır.

Həmçinin sol mədəcik də şiddətlə yığılır və bu qapaq kənara doğru açılır. İçində yerləşdiyimiz qan böyük sürətlə orqanizmdəki ən böyük arteriya olan aortaya doğru vurulur.

Aorta damarının divarına yaxınlaşdıqca çox maraqlı bir quruluşla qarşılaşırsınız. Damarın daxili hissəsi sanki cilalanıb. Bu cilalı və yağlı səth sürtünməni azaldır və qanın asanlıqla axmasına imkan verir. Bu yerdə səfərimizə qısa bir fasilə verərək aorta və arteriyaları yaxından nəzərdən keçirək.

Ən güclü damar

Ürəkdən toxumalara qan aparan damarlara arteriyalar, toxumalardan ürəyə qan aparan damarlara isə venalar deyilir. Arteriyalar əsasən orqanizmin toxumalarına yerləşmiş şəkildə dərində olurlar. Lakin onlar bəzi yerlərdə, məsələn, əlin biləyində, gicgahlarda, boyunda və topuğun bayır tərəfində səthə yaxındır. Bu hissələrdə hər bir ürək döyüntüsündə qanın arteriyaların divarına vuraraq təzyiqlə keçməsi hiss edilə bilər.

Damarın daxili səthi düzgün bir zəmin əmələ gətirmək üçün birbirinə yapışdırılmış müxtəlif şəkilli səki daşlarını xatırladır. Lakin burada istifadə edilən material daş yox, hüceyrələrdir.

Bu məqamda bir az diqqətimizi toplayaq. Hüceyrələr canlı varlıqlardır. Bir qrup canlı hüceyrə səki daşlarının diqqətlə döşənməsi kimi yanyana yerləşdirilib və ortaya hamar bir səth çıxıb. Bu səth 360 dərəcə fırlanaraq bir boru yaradıb. Buna bənzər milyonlarla boru birbiri ilə bir nizam içində birləşərək damar sistemini əmələ gətirir.

Bəs bu, necə baş verib?

İlk öncə hüceyrələrin səki daşları kimi yastı və birbiri ilə birləşə biləcək formalara malik olması lazım gəlir. Milyardlarla hüceyrəni belə xüsusi formada yaradan qüvvə nədir?

Daha sonra isə biz hələ ana bətnində olarkən bu hüceyrələr səki daşları kimi yanyana düzülməlidir. Milyardlarla hüceyrəni hamar və düzgün bir formada düzən kimdir?

Hörülən divarda hətta bir hüceyrə əskik olsa, buradan kənara qan sızacaq. Bu divarı qüsursuz şəkildə hörən kimdir?

Əlbəttə ki, bu sualların cavablarını təsadüflərlə izah etmək olmaz.

Bundan əlavə o da unudulmamalıdır ki, bəhs edilən bir fabrikin tökmə qəlibindən çıxan metal boru deyil. Haqqında danışılan şey canlı hüceyrələrin birləşməsi nəticəsində əmələ gələn canlı bir “boru”dur. Nə üçün bu kiçik canlılar ömürlərini bir borunun hissəsi olmağa sərf edirlər? Onlara bu quruluşu, bu funksiyanı verən kimdir?

Bu sualın cavabı da təsadüf ola bilməz. Lakin təkamülçülər heç bir zaman belə xırdalıqları düşünməz, daha doğrusu, bu həqiqətləri görməyərək onların üzərində düşünmək də istəməzlər. Təkamülçülər damar toxumalarından bəhs edən və içində latınca terminlər olan söhbətlər edə, kitablar yaza bilərlər. Lakin bu hüceyrələrin bir nizamda necə birləşməsi barədə suallara heç vaxt cavab verə bilməzlər. Çünki onların verə biləcəyi yeganə cavab “təsadüf”dür.

Bu qədər zəif və keçərsiz bir cavabın insanı necə aşağılayacağını, insanın necə zəif olmasını göstərəcəyini bildikləri üçün bu məsələni “bir təkamül nəticəsində bu hüceyrələr birləşdilər və damarları əmələ gətirdilər” kimi heç bir məntiqə sığmayan ifadələrlə izah edirlər.

Əgər belə bir izahatı verən təkamülçü cəmiyyət tərəfindən alim kimi tanınırsa, elmi ədəbiyyata yad olan insanlarda da belə bir düşüncə yarana bilər. Bu izahatı bir alim verirsə, bunun arxasında mütləq bəzi elmi həqiqətlərin olduğunu, lakin sözügedən alimin insanların dərk edə bilməyəcəyi üçün mövzunun üzərindən keçdiyini güman edərlər.

Qısası, heç bir təkamülçü alim insan orqanizmindəki damar şəbəkəsinin necə yarandığını izah edə bilməz. Bunu çox asan şəkildə yoxlaya bilərsiniz. Hər hansı bir təkamülçüyə damar sisteminin və ya damarın quruluşunun mükəmməlliyini və ideallığını, hüceyrələrin bir nizamda necə düzüldüklərini izah edin. Bundan sonra bu quruluşun ilk dəfə necə yaranması haqda sual verin. Onların bu suala yalnız “təsadüflər nəticəsində” deyə cavab verəcəklər. Halbuki bu sualın yalnız bir cavabı var: damarları, damarların içində olan qanı, bu qanı vuran ürəyi və insan orqanizmindəki milyonlarla başqa sistemi yaradan qüvvə aləmlərin Rəbbi olan Uca Allahdır.

Damarlardakı elastiklik

Arteriyaların quruluşundakı xüsusi yaradılışa yalnız hüceyrələrin qüsursuz düzülüşündə rast gəlinmir. Bu hüceyrələrin əmələ gətirdiyi təbəqədən kənarda əzələ quruluşlu başqa bir təbəqə də var. Burada olan əzələ hüceyrələri olduqca elastikdir. Bu isə çox ağıllı bir nizam və plan nümunəsidir. Elastik liflər ürək döyüntüləri zamanı yaranan qan təzyiqinə qarşı damarların möhkəmliyini artırır, bundan əlavə, damarlara verdiyi elastikliklə qanın damarlarda irəliləməsinə imkan verirlər.

Əgər qan ürəkdən yüksək təzyiqlə elastik olmayan bir damar sisteminə vurulsaydı, həm ürəyə böyük bir yük düşəcək, həm də arteriyaların içində olan qan təzyiqi çox yüksək olacaqdı. Bütün bu incəliklər Allahın qüsursuz yaratmasının başqa bir nümunəsidir.

Səfər davam edir

Arterial damarların quruluşu nəzərdən keçirildikdən sonra yenidən səfərimizə qayıdaq. Aorta arteriyalarını izləyən damarlar iki müxtəlif istiqamətə doğru yönəlir. Yuxarıya doğru gedən qan beyin və qolların, aşağıya gedən qan isə orqanizmin yerdə qalan hissəsinin ehtiyacını ödəyir. Səfərimizə orqanizmin aşağı tərəfləri istiqamətində davam etdiyimizi təsəvvür edək.

Bu yol üzərində qaraciyərə, mədəyə, nazik bağırsağa, böyrəklərə və ayaqlara gedən bir çox dolanbaclar var. Yolla irəlilədikcə içində olduğunuz damarın şaxələndiyini və getdikcə daraldığını görə bilərsiniz. Bu saysızhesabsız şaxələr orqanizmin ən incə yerlərinə qan daşıyan kiçik kapilyarlardır. Bunlardan birinin içinə daxil olub irəliləyəndə içində yerləşdiyiniz damarın daraldığını görərsiniz. Artıq arteriyaların deyil, kapilyarların içindəsiniz (kapilyarların diametri 0,006 mmdir).

Bir müddət sonra damar o qədər daralır ki, buradan yalnız bir eritrosit hüceyrəsinin çətinliklə keçə biləcəyi qədər kiçik olur. Səfərin bu yerində ətrafınızdakı hüceyrələrdə sürətli bir mübadilənin olduğunu hiss edə bilərsiniz. Eritrosit hüceyrələri uzun səfərləri boyu daşıdıqları çox mühüm yüklərini təhvil verməyə başlayırlar. Daşıdıqları oksigen molekulunu oksigenə ehtiyacı olan hüceyrələrə verir və hüceyrələrin hasil etdiyi karbondioksidi alırlar. Qanın daşıdığı qida molekulları da bu yerdə eyni qayda ilə ehtiyacı olan hüceyrələr tərəfindən alınır. Bu, hüceyrə üçün həyati əhəmiyyətli bir mübadilədir. Artıq geri dönmə zamanı çatıb.

Oksigenini itirən eritrositlərin rəngi açıq qırmızıdan tünd qırmızıya çevrilir. Yolda irəlilədikcə damarlar yenidən genişlənməyə başlayır. Başqa kapilyarlardan gələn karbondioksid yüklü eritrositlər də səfərə qoşulur və qanın həcmi artır. Artıq kapilyarlardan ayrılır və yolunuza venalarda davam edirsiniz.

Orqanizmdəki başqa bir layihə möcüzəsi: venalar

Qan arteriyalarda ürəyin döyünmə təzyiqi nəticəsində yola çıxır. Lakin kapilyarlarda bu təzyiqin təsiri azalır. Venalara gəldikdə isə artıq ürəyin vurma gücü öz təsirini tamamilə itirib.

Bəs qan özünün geriyə səfərini necə tamamlayacaq?

Qandakı səfəri xatırlayaq və içində yerləşdiyimiz venaların ayaqda olduğunu təsəvvür edək. Qarşınızda ürəyə qayıdana qədər uzun bir yol var. Ayaqlar, qarın və döş hissəsini aşaraq uzun bir yolu yuxarıya doğru çıxmalı və bu zaman da sizi daim aşağıya doğru çəkən yerin cazibə qüvvəsinə qalib gəlməlisiniz. Buna görə də elə bir sistemə ehtiyac var ki, o, hər gün minlərlə litr mayenin aşağıdan yuxarıya (ayaqlardan ürəyə) doğru getməsini təmin etsin.

Venalar xüsusi bir plan əsasında yerləşdiriliblər. Bu damar növünün ətrafı skelet əzələləri ilə əhatə edilib. Belə ki, venalar bu əzələlərin enerjisindən faydalanırlar. Məsələn, hər bir addımınızda yığılan ayaq əzələləriniz eyni anda qanı da yuxarıya doğru vurur. Beləliklə, bu planlaşdırma nəticəsində venaların öz qan vurma sistemləri var.

Ayaqla ürək arasındakı 1,5 metrlik səfərin sonu gələndə başqa bir problem ortaya çıxır. Əsas venalar orqanizmin ortasına çatanda artıq skelet əzələləri ilə əhatə edilmirlər. Burada isə tənəffüs əzələləri venalara dəstək verir. Ağciyərin altında yerləşən əsas venalar hər dəfə nəfəs aldığımız zaman sıxılır. Buna görə də genişlənən döş qəfəsinin əmələ gətirdiyi təzyiq qanı ürəyə doğru qaytarır.

Lakin venalarda elə bir başqa xüsusiyyət də var ki, bu, orqanizmdə olan qüsursuz quruluşun ən gözəl nümunələrindən biridir. Venaların içinə bir çox qapaqcıqlar yerləşdirilib. Bu qapaqcıqlar yalnız ürəyə doğru açılır. Beləliklə, qan yerin cazibə qüvvəsinin təsiri ilə geriyə doğru gedə bilməz. Axın yalnız ürəyə doğru olur. İndi düşünək.

Venaların içinə çoxlu sayda kiçik qapaqcıq yerləşdirilib. Bu qapaqcıqların hər biri son dərəcə məxsusi bir quruluşa malikdir. Hər birinin yenə də ətdən olan lövhəcikləri var və bu lövhəciklər qapağın yalnız bir tərəfə doğru açılmasına izn verən şəkildə planlaşdırılıb. Burada böyük bir mühəndislik möcüzəsi var. İndi isə bu ideal sistemin necə inşa edildiyini düşünək. Yer üzünün ən uzun boru xəttinin inşa edilməsində işləyən insanlar üç əsas funksiyanı daşıyırlar. Bu işçilərin vəzifəsi həm bir mühəndis, həm bir fəhlə, həm də bir inşaat materialı olmaqdır.

Bu boru xətti inşaatının qurulma planları və layihələri hüceyrələrin nüvələrindəki məlumat banklarında (DNTlərdə) olur. Hər bir hüceyrə bu layihəni bir mühəndis kimi oxuyur. Şübhəsiz ki, hüceyrənin bir inşaat layihəsini oxuması və şərh etməsi böyük bir möcüzədir. İnsanlar bütün ömürlərini akademik tədqiqatlara sərf etmiş mühəndislərə, professorlara qarşı hörmət və heyranlıq hissi duyduqları halda öz hüceyrələrinin çox mürəkkəb plan və layihələri oxuya, şərh edə və tətbiq edə bildiklərini bilmir və ya görmürlər.

Hüceyrələr oxuduqları və şərh etdikləri plana əsasən boru inşasının hansı yerində funksiya dayışacaqlarını bilirlər. Bundan əlavə, həmin inşaatda fəaliyyət göstərən milyardlarla hüceyrə arasından məhz hansıları ilə birləşəcəklərini də yaxşı bilirlər. Lazım olan yeri tapdıqları zaman bir fəhlə kimi işləməyə başlayır və boru xəttinin özlərinə aid olan hissələrini inşa edirlər. Lakin istifadə etdikləri material yad inşaat materialı deyil, elə özləridir. Bu inşaatda fəaliyyət göstərən hər bir hüceyrə ömrünün yerdə qalan hissəsini boru xəttinin kiçik bir hissəsi olmaq uğrunda fəda edir.

İnşa edilən damarların daxili quruluşu girintiliçıxıntılı deyil. Damarların daxili səthləri mərmər ustasının döşədiyi və cilalanmış mərmər səthi kimi cilalı və hamardır. Yalnız arada kiçik bir fərq var: bu səthlərin parket daşları mərmər kafellər deyil, canlı varlıqlardır.

Haqqında bəhs edilən inşaat davam edərkən bəzi hüceyrələr də oxuduqları plana əsasən müxtəlif qərarlar qəbul edirlər. Bu hüceyrələr damarın içində bir qapaq əmələ gətirir. Minlərlə hüceyrə birləşərək bir qapaq əmələ gətirir və damarın daxili səthinə yapışırlar. Bəzi hüceyrələr də hər biri aid olacaqları yeri əllərində olan plana əsasən müəyyən edərək bu qapağın lövhəciyini əmələ gətirirlər. Haqqında bəhs edilən lövhəciyin bir istiqamətə doğru açılması da hüceyrələrin planı şərh edə bilmək və inşa etmək qabiliyyətləri sayəsində həyata keçir. Bu hüceyrələr yerləşdikləri borudan mayenin axacağını, bu mayenin hansı istiqamətdə axacağını və bu axımın daimi olması üçün hansı tədbirləri görmək lazım olduğunu bilir və buna görə hərəkət edirlər.

Bu qapaqdan bir neçə millimetr qarşıda yenə həmin möcüzə baş verir. Burada olan başqa hüceyrələr də yenə buna bənzər bir şüurla başqa bir qapaq yaradırlar. Sanki əvvəlki qapağı yaradan hüceyrələrlə sözləşiblərmiş kimi eyni istiqamətə doğru açılan bir qapaq yaradırlar. Əgər bu qapaqlardan bəzilərini inşa edən hüceyrələr fərqli bir qərar versəydilər və bəzi qapaqları tərs istiqamətə doğru inşa etsəydilər, bu dəfə qan damarlarda axa bilməz və insan dərhal ölərdi. Lakin bu, baş vermir. Venalar boyunca mövcud olan minlərlə qapağın hər biri özlərinə uyğun şəkildə ayrıayrılıqda inşa edilir.

Bu sistemin çox üstün bir Yaradıcının əsəri olması, hüceyrələrin yuxarıda bəhs etdiyimiz ağıl, şüur və fədakarlıq nümunəsini yalnız və yalnız onları yaradan yüksək qüvvə sayəsində həyata keçirməsi mübahisəsiz bir həqiqətdir. Hüceyrələrin nüvələrinə yer üzünün ən böyük boru xəttinin və orqanizmdəki minlərlə digər sistemin layihələrini yerləşdirən, hüceyrələrə bu layihələri oxuma, şərh etmə və buna əsasən inşa etmə qabiliyyətlərini verən qüvvə isə yalnız aləmlərin Rəbbi olan Allahdır.

Ürəyə dönüş

Damarların içində insan orqanizmi boyunca çıxdığımız səfərimizə qayıdaq. Yuxarıda üzərində müfəssəl şəkildə dayandığımız venalardakı birtərəfli kiçik qapaqlar sayəsində ürəyə doğru yolumuza davam edək. Səfərə başladıqdan təxminən 40 saniyə sonra yenidən ürəyə geri qayıdacağıq.

Səfərimizin ürəyin sol üst kamerasında başlayan birinci hissəsi ürəyin sağ üst kamerasında bitir. Açıq qırmızı rəng içində səfərə çıxdığımız halda tünd rəngli bir qan dənizi içində səfərimizin ilk hissəsi bitir. Artıq başqa bir səfərə çıxmaq vaxtı gəlib çatıb. Karbondioksid yüklü qan təmizlənməlidir.

Sağ qulaqcığın yığılması ilə birlikdə qulaqcığın altındakı qapaq açılır və içində olduğumuz tünd qırmızı qan sağ mədəciyə dolur. Bundan sonra bu qapaq bağlanır və qanın qulaqcığa doğru geri qayıtmasının qarşısı alınır.

Sağ mədəciyin içində çox qısa müddət qalırıq. Sağ mədəciyin yığılması ilə başqa bir qapaq açılır və qan ağciyərlərə doğru vurulur. Arxamızda qalan qapaq ürəyə geri dönüşümüzün qarşısını alan son təhlükəsizlik sistemidir. Karbondioksid yüklü qanın içində ağciyərlərə doğru sürətlə yola çıxırıq.

Ürəkdən ağciyərlərə doğru olan səfər qısamüddətlidir və buna görə də “kiçik qan dövranı” adlandırılır. Ağciyərə çatdığımız zaman ətrafımızda olan qan hüceyrələri karbondioksidi verib (karbondioksidin daşınmasında da bir çox mürəkkəb kimyəvi proseslər həyata keçir) oksigeni almağa başlayır. Burada gözləri qaraldan, başgicəlləndirici bir sürətlə mübadilə prosesi gedir.

Ağciyərdə hər dəqiqə 56.000.000.000.000.000.000.000, yəni 56x10 üstü 21 (56 septrilyon) oksigen atomu hüceyrələrə çatdırılır.26 Yalnız bir oksigen atomunun eritrositlərə keçməsi üçün bir çox mikrosistem birlikdə işləyir. Hər bir vahid (fərd) özündən yuxarıdakı vahidə tam uyğunluq göstərir ki, bu da oksigenkarbondioksid mübadiləsinin hətta bir saniyə də olsa qüsursuz işləməsini təmin edir. Başgicəlləndirici bir sürətlə gerçəkləşən bu mübadilə nəticəsində ətrafımızda olan eritrositlər oksigenlə yüklənir. Bundan sonra bu hüceyrələrlə birlikdə ağciyər venaları içində ürəyə doğru yola çıxmağa başlayırıq. Sonda səfərimizə başladığımız yerə sol qulaqcığa çatırıq. Oksigenlə yüklənmiş təmiz qan orqanizmdə yeni bir səfərə, yeni bir dövrəyə hazırdır.

Axına nəzarət edən kompüter

Qan dövranının çox maraqlı və mühüm bir xüsusiyyəti də var. Qan dövranı sistemi bəsit bir boru sistemi kimi mayeni təkcə ötürmür, zəruri hallarda həm də hansı orqana nə qədər qan getməsi lazım olduğunu tənzimləyir.

Bu, çox heyrətamiz bir məlumatdır. Bir boru sistemi içində axan mayenin əsasən hansı orqana çatmasının lazım olduğunu müəyyən edir və zəruri tənzimləmələri aparmaq işini öz üzərinə götürür. Bu sistem bəzən daralaraq, bəzən də genişlənərək qanın getməsi lazım olan ünvanı dəyişdirə bilir.

Buna nümunə olaraq beynin qan ehtiyacını göstərə bilərik. Beyin orqanizmdəki bütün proseslərə nəzarət etdiyinə görə qana sabit ehtiyacı olan bir orqandır. Beynin qan ehtiyacı nəyin bahasına olursa olsun ödənməkdə davam etməlidir. Bir qanaxma nəticəsində bütün digər orqanların qan təchizatı dayansa da bir çox sinirlər beyinə qan çatdırılması üçün hərəkətə gəlir və damarların diametri buna görə nizamlanır. Bəzi orqanlara gedən damarlar müvəqqəti olaraq dövriyyədən çıxarılır və qan axımının beyinə gedən damarlara istiqamətləndirilməsi təmin edilir.

Təkamül nəzəriyyəsinin müdafiəçilərindən olan Susan Schiefelbein “The Injredible Machine” adlı kitabında damar sistemini inkişaf etmiş kompüterə bənzədərək belə yazır:

“Ürək və qan damarları orqanizmin ehtiyaclarını ödəmək üçün qan axımını sürətləndirmək və ya aşağı salmaqdan başqa da funksiyalar daşıyır. Qırmızı çayı müxtəlif toxumalara, fərqli təzyiqlərdə və müxtəlif işlər yerinə yetirərək daşıyırlar. Qan yemək yediyimiz zaman mədəmizdə, üzdüyümüz zaman ağciyərlərimizdə və əzələlərimizdə, oxuduğumuz zaman beynimizdə toplanır. Damar sistemi metabolizmin bu dəyişkən ehtiyaclarını ödəmək üçün bir kompüter kimi müvəffəqiyyətlə fəaliyyət göstərir, sonra isə heç bir kompüterin bacarmadığı kimi reaksiya verir”.27

Şübhəsiz ki, kompüter sistemləri ilə müqayisə edilən bu sistem təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, korkoranə, təsadüflər nəticəsində deyil, Allahın yaratması nəticəsində mövcud olmuşdur.

Birbirinin ardınca düzülmüş möcüzələr

Allah insanı elə yüksək səviyyədə yaradıb ki, insan orqanizmindəki hər bir sistem başqa sistemlərlə bağlıdır. Bir sistemin fəaliyyətindəki qüsur digər sistemlərin də işinə təsir edir. Bunu daha yaxşı dərk etmək üçün yalnız qan dövranının başqa sistemlərlə olan əlaqələrini nəzərdən keçirək.

* Həzm sisteminin mənimsədiyi qidalar orqanizmin hüceyrələrinə qan yolu ilə daşınır. Belə ki, qan dövranı və həzm sistemləri eyni zamanda yaradılmalıdır.

* Hormonal vəzlərin istehsal etdiyi məlumatlar lazımi orqanlara qan vasitəsilə daşınır. Qan dövranı və hormonal sistemlər eyni zamanda yaradılmalıdır.

* Qanın tərkibindəki karbondioksid tənəffüs sistemi tərəfindən tənzimlənir. Qan dövranı və tənəffüs sistemləri eyni zamanda yaradılmalıdır.

* Qan böyrəklərdə nizamlı şəkildə tənzimlənməlidir. Qan dövranı və ekskretor (ifrazat) sistemləri eyni zamanda yaradılmalıdır.

* Skelet əzələləri yığılmasa, venalarda qan irəliləyə bilməz. Qan dövranı və əzələ sistemi eyni zamanda yaradılmalıdır.

* Qan hüceyrələri sümük iliyində hazırlanır. Qan dövranı və skelet sistemləri eyni zamanda yaradılmalıdır.

Bu nümunələr digər sistemlərin qan dövranına təsirləri ilə bağlı nümunələrdir. Buna bənzər bir çox nümunələr göstərmək olar. Lakin yaddan çıxarılmamalı olan başqa bir mühüm məqam da var. Qan dövranı sistemi digər bütün sistemlərdəki orqanları qidalandırır. Məsələn, həzm sisteminin bir hissəsi olan dil, tüpürcək vəzləri, yemək borusu, mədə, bağırsaqlar, qaraciyər və başqa orqanlar bilavasitə qan damarları ilə qidalanır.

Hormonal sistemdə olan hormonal vəzlər qan damarları ilə qidalanır.

İfrazat sistemi üzvləri, məsələn, böyrəklər, qan damarları ilə qidalanır.

Tənəffüs sistemi üzvləri, məsələn, ağciyər qan damarları ilə qidalanır.

Əzələ sistemini təşkil edən əzələlər və skelet sistemini təşkil edən sümüklər qan damarları ilə qidalanır.

Qan dövranı olmadan orqanizmdəki orqanların heç biri qidalana və yaşaya bilməz. Bütün bu əlaqələr və birbirinin içində olan sistemlər təkamül nəzəriyyəsinin mənasız olduğunu sübut edən ən böyük dəlillərdən biridir. İnsan orqanizmindəki sistemlər birbiri ilə qüsursuz ahəng, nizam, mübadilə və işbirliyi vəziyyətindədir. Bu sistemlərin işə yararlı olması üçün onların hamısı eyni zamanda yaranmalıdır. Bu, bizi yenə də bir həqiqətə gətirib çıxarır. İnsan orqanizmi bütün xüsusiyyətləri ilə birgə Allah tərəfindən bir anda yaradılıb.

24Lionel Bender, Science Facts, Human Body, Crescent Books, New York, New Yersey, 1992. səh.32

25Marshall Cavendish, The Illustrated Encyclopedia of The Human Body, səh. 53

26Regina Avraham, The Circulatory System, The Encylopedia of Health, səh.43

27Susan Schiefelbein, The Incredible Machine, Washington, D.C., National Geographic Society,1986