Ümid və dəyişiklik

Ümid və dəyişiklik

 Siyasətçilər hər zaman yeni vədlərlə ortaya çıxırlar və bəziləri də insanları özlərindən əvvəlki siyasətçilərdən fərqli olduqlarına inandırırlar. Əslində səs verənlər də bu yeni seçilən siyasətçilərin əksəriyyətinin elə də fərqli olmayacaqlarını bilirlər. Yenə də istəklərini qarşılamaları və daha keyfiyyətli həyata sahib olmaq uğrunda dərin ümidləri səbəbindən bu yeni namizədlərə səs verirlər.

Amerika prezidenti Obama da bir çox vədlər verən digər siyasətçilər qarşısında istisnalıq təşkil etmir və o da vədlərini yerinə yetirmək üçün çox şey edə bilmir. Obama amerikalıları dəyişiklik yaradacağına inandırmaq üçün kompaniya həyata keçirdi və kompaniyasına “ümid və dəyişiklik” adını verdi. Bu kompaniya bir çox insanı rəhbərliklə əlaqədar olaraq ümidləndirdi. Digər namizədlər içərisində Obamanın başqa üstünlüyü də vardı, ilk zənci Amerika prezidenti olacaqdı. Bir çox amerikalı da onun seçilməsinin əhəmiyyətli bir simvolik dəyəri olacağını düşünərək Obamaya və əslində, yerinə yetirilməyən vədlərinə səs verdi.

Obamanın yerinə yetirilməyən vədlərinə nümunə olaraq Amerikan birliklərinin Əfqanıstandan çəkilməsi və Quantanamo həbsxanasının bağlanılması verilə bilər. Altı il oldu, ancaq Amerika birlikləri hələ də Əfqanıstandadır və Quantanamo hələ də açıqdır...

Səlahiyyət müddətinin 6-cı ilində Obamanın xarici siyasəti bir çox analitiklərin sərt tənqidlərinin də hədəfi oldu. Bir çox insan, xüsusilə, Yaxın Şərq siyasəti baxımından vədlərini yerinə yetirə bilmədiyinə inanır. Suriyadakı dəyişən siyasətləri, İŞİD-ə qarşı hərəkətə keçməyə gecikməsi və Yaxın Şərqdəki müsbət yöndə fəaliyyət çatışmazlığı bir çox siyasətçini narahat edir.

Obamanın insansız hava vasitələri və nəzarət proqramları ilə əlaqəli siyasətləri də müvəffəqiyyətsizliyə məruz qaldı və konqresdə dəfələrlə müzakirə mövzusuna çevrildi. 2014-cü il noyabr ayındakı ara seçkilərin ardınca respublikaçılar konqresin idarəsini ələ keçirdilər. GOP həm Senatoya, həm də Məclisə nəzarət edir və Obamanın Yaxın Şərqlə əlaqəli münasibətinə respublikaçılar olduqca tənqidi yanaşırlar. Bu səbəbdən Obama xarici siyasətlə bağlı qərarlarına qarşı qanuni aktlarını həyata keçirərkən daha çətin bir dövr keçirəcəyi görünür. Obama önümüzdəki iki il içərisində respublikaçıların qaydalarında dəyişiklik etmək məcburiyyətində qalacaq. Respublikaçıların idarəsindəki konqres böyük ehtimalla Obamanı İŞİD-ə qarşı fəaliyyətlərin həcmini genişləndirməyə məcbur edəcək.

Konqresdəki bir çox insan sadəcə hava hücumları strategiyasından istifadə etməyin İŞİD-in gücünü qırmaq üçün yetərli olmayacağına, hava gücü ilə birlikdə qurudan da mübarizə aparmaqla daha təsirli nəticə alınacağına inanır. Obama isə İŞİD-ə qarşı quru hərəkatında iştirak etmək üçün Amerikan birliklərini göndərməməkdə israr edir və yalnız İraq ordusu və Suriyalı müxalif qruplarını təlimləndirmək üçün Amerikalı hərbi məsləhətçiləri göndərməyə qərar verdi. Bundan əlavə rəhbərlik onları İŞİD-ə qarşı mübarizədə döyüş sursatı ilə təmin edəcək. Əlavə olaraq rəhbərlik və Obama Yaxın Şərqdə koalisiyaya üzv olan dövlətlərin İŞİD-ə qarşı qurudan müharibə aparmağı öhdələrinə götürmələrini və Amerikan birliklərinin yerinə quru hərbi qüvvələrindən istifadə etmək istəyir. Bu, rəhbərliyin milli zərər görmək istəmədiyi, ancaq vəkil ordulara dəstək olmaq yolunu seçdiyi mənasını verir. Kobanidəki Peşmərgə bunun əsas nümunəsidir. Bununla yanaşı, koalisiyaya üzv dövlətlər də əsgərlərinin öldürülməsini istəmir. Əlbəttə ki, bir insanın belə öldürülməsi qəbul edilə bilməz, əsas olan problemin sülh yolu, diplomatik cəhdlərlə həll edilməsidir.

Son günlərin siyasi müzakirələrindən biri də Türkiyə sərhədindəki hadisələri ehtiva edir və Suriya və İraq mövzusunda Türkiyənin mənfəətlərini maraqlandırır. Amerika ən kritik müttəfiqlərindən biri olan Türkiyəni İŞİD-ə qarşı fəaliyyət göstərilməsi mövzusunda razı salmaqda çətinlik çəkir. Həmçinin Amerikanın Yaxın Şərqdəki siyasəti Suriyadakı müttəfiqləri də narahat edir, çünki Amerika Kobanidə İŞİD-ə qarşı əməliyyatlarını davam etdirərkən Əsəd rejimi də içində uşaqların da olduğu bir çox vətəndaşın ölümünə səbəb olan misket bombalarını müxalifətin nəzarətində olan torpaqlara yağdırmağa davam edir. Məsələn, rejim oktyabr sonunda 36 saat ərzində 200 hava gücü vuruşu reallaşdırdı.

Obamanın rəhbərliyində ən bariz səhvlərdən biri də Çak Haqlın (Chuck Hagel) məcburi istefası oldu. 2013-ci ildən bu yana Müdafiə Naziri olan Haql Obama rəhbərliyində xidmət edən son respublikaçı idi. Ağ Ev bu mövqe üçün dəyişiklik vaxtının gəldiyini ifadə etsə də, pərdə arxasındakı əsl səbəb fərqli idi. Haqlın Obama və Ağ Evdəki yaxın həmkarları ilə xarici siyasət baxımından mühüm fikir ayrılıqları var idi. Milli təhlükəsizliklə əlaqədar Amerikanı maraqlandıran artan təhdidlər, xüsusilə, İŞİD-in yüksəlişi Obamanı başqa bir varianta yəni Pentaqondan bir lider axtarışına yönəltdi. Obama keçmiş müdafiə naziri müavini Aşton Katerin (Ashton Carter) Haqlın xələfi olduğunu bildirdi. Əlbəttə ki, bu dəyişiklik də Obamaya yönəldilən tənqidlərin qarşısını almaq üçün kifayət etməyəcək, qaldı ki, yeni Müdafiə Nazirinin xarici siyasət baxımından radikal bir dəyişiklik gətirə biləcəyi elə də gözlənilmir.

Müxtəlif uğursuz siyasətlərlə əlaqədar olaraq bütün siyasi sistem əvəzinə sadəcə bir adamı günahlandırmaq yersizdir. Siyasi sistemi bütün olaraq nəzərə almalıyıq. Mövcud siyasi sistem dünyanın bir çox bölgəsində, xüsusilə, Yaxın Şərqdə çıxılmaz vəziyyətə doğru irəliləyir. Qarşıdurmanın yaşanmadığı bir bölgə olduğunu deyə bilmirik və siyasətçilər normal diplomatik kanallar vasitəsilə uyğun bir həll yolu tapacaqları gözlənilmir. Məsələn, Obama bəzi dəyişikliklər etdi, ancaq bunlar amerikalıların, ya da dünyanın gözlədiyi dəyişikliklər olmadığı kimi bu dəyişikliklər ölkə üçün hər hansı müsbət dəyişiklik də gətirmədi.

Sistem mənfəətçiliyə əsaslandığı və həll yolları diplomatiya əvəzinə öldürməyi əsas aldığı müddətcə yeni bir liderlə dəyişikliyin yaranması ümidi  mənasız olacaq. Bu səbəbdən ancaq bir siyasətçini məsul tutmaq məntiqsizlikdir. Siyasətçilər zaman keçdikcə yerlərini yenilərinə verirlər, sadəcə elit cəmiyyətə xidmət edildiyi və kasıb xalqa əhəmiyyət verilmədiyi müddətcə, kim olursa olsun yaxşı bir nəticə və insanların həsrətini çəkdikləri sülh dəyişikliyi gözləyə bilmərik. Siyasətçilərin vədlərini yerinə yetirmələrinin və insanların ümid etdiklərini əldə etmələrinin ilk mərhələsi özlərinə qarşı səmimi olmalarıdır. Həmçinin irq, təhsil, maliyyə quruluşu, ictimai mövqe, uşaq və səhiyyə proqramları və məhkəmə sistemi cəhətdən heç bir ayrı-seçkilik etmədən ölkələri üçün ən yaxşısını etməyə niyət edərək, əxlaq çərçivəsində ağılla hərəkətə keçməlidirlər.