Fikir azadlığı, kimə görə?

Fikir azadlığı, kimə görə?

 Azad və sakit yaşamağın sirri demokratiyadır. İnsanlar istədikləri kimi yaşaya bilər, inkişaf edər və irəliləyərlər.

Belə irəliləyiş əldə etmək üçün demokratiyanı qorumaq ən əsas şərtdir. Bu isə iki yolla əldə edilir: əxlaq və qanunlar. Əxlaq olanda hörmət də olur. Hörmət olduqda isə insanlar fikirlərini rahatlıqla qarşısındakı insana bildirə bilir. Belə mühitlərdə insanlar əks fikirlərdə də olsalar, həddi aşmır və kinlənmirlər.

Hüquq isə demokratiyada azadlığın həddini müəyyən edən faktordur. Biri ilə mübahisə edə bilərsiniz, ancaq ona zərər verə bilməzsiniz. Ölkəniz haqqında irad bildirə bilər, ancaq separatist fəaliyyət edə bilməzsiniz. Başqalarına iradınızı bildirə bilərsiniz, ancaq onları təhqir edə bilməzsiniz. İnsan Hüquqları müqaviləsinin 10-cu maddəsinin ikinci paraqrafında fikir azadlığının hansı hallarda məhdudlaşdırıldığı açıq şəkildə bildirilir.

Tənqid cəmiyyətin gücünü artıran, onu formalaşdıran demokratik bir haqqdır, lakin təhqir sadəcə qarşı tərəfi susdurmağı hədəfləyir.  Təhqir cəmiyyəti fəlakətə sürükləmək məqsədilə edilən bir acizlikdir.

Keçən həftə baş verən Çarli Hebdo və ardınca da Koşer hücumları şübhəsiz ki, qorxunc barbarlıqdır, terrorizmdir. Bu dəhşətli hadisələrdə ölənlərin ailələrinə Allah`dan səbr diləyirəm. Qurandakı İslam belə barbarlığı qəti şəkildə lənətləyir. Bu qorxunc hücumlar çox mühüm bir həqiqəti irəli sürür. Bu gerçək İslam əxlaqının sülhün mənbəyi olmasıdır.

Hadisədən sonra bütün dünyada gündəmə gələn “söz azadlığı” ifadəsinin üzərində durmaq lazımdır. Əgər siz bir insanın müqəddəs hesab etdiyini, sevdiyini, dəyər verdiyi bir şeyi təhqir edirsinizsə, burada artıq söz azadlığından söhbət gedə bilməz.Hüquqla qorunan demokratiyalarda əgər təhqiri söz azadlığı kimi qəbul edirlərsə, demək ki, orda demokratiya bitmişdir. Demokratiyanın bitdiyi yerdə isə bəzi insanlar anarxiya və terrorizmə əl atırlar. Çünki təhqir azadlıq deyil, qəzəb, nifrət gətirər. Cahilləri, qəzəbli olanları daha da nifrətə, qəzəbə sövq edər.

Təhqiri yumora çevirməyi adiləşdirmək isə ağılsızlıqdır. Təhqir dolu bir karikatura cəmiyyətdə heç kimi güldürməz. Bu insanları inkişaf etdirən, mədəni səviyyəsini yüksəldən bir mesaj deyil. Sadəcə niftətə təhrik edir, sevgisizlik və ayrılıq yaradır, bu qədər…

Bunun üçün edilənlər isə iztirablı vəziyyətlərin yaranmasına gətirib çıxarır. Cəmiyyətin bir qismi öz müqəddəs dəyərlərinə qarşı edilən təhqirə çox qəzəblənir və bu qəzəbi söndürmək də çətin məsələdir.. Bu qətiyyən söz azadlığı deyil. Bu demokratiyanın əsas təməllərinə zərbə vurur. Demokratiyanın mənbəyi olan avropalıları çətin vəziyyətdə qoyur. Bu bir insanın demokratik cəmiyyətdə öz dini, öz ənənələrini azad şəkildə yaşamaq hüququnu əlindən almağa təşəbbüsdür. Bu sənin inancınla təhqir edərək mübarizə aparıram deməyin başqa formasıdır.

Çarli Hebdonun hücumdan sonrakı “qələm barbarlıqdan üstündür” şüarı əlbəttə ki, doğrudur. Lakin müsəlmanların müqəddəs dəyərlərinə edilən təhqiri israrla davam etdirmək, qələm yolu ilə gerçəkləşdirilən bir başqa barbarlıq forması olur. Jurnal əgər radikalizm bəlasını qaldırmaq istəyirsə, bunun yolu İslama, ya da İslamın müqəddəs dəyərlərinə hücum deyil. Əksinə, bu radikalizmi aradan qaldıracaq yeganə yolun da məhvi deməkdir.

Fransadakı terror aksiyasından sonra bütün dünyanın terrorizmə qarşı birləşməsi, bu dəhşətli hadisəyə birləşərək reaksiya verməsi əlbəttə ki, gözəl haldır. Dünyanın terrorla çalxalandığı dövrdə bu barbarlığı heç bir ölkənin və dövlət rəhbərinin qəbul etməyəcəyi dünyaya elan edilib. Həll yolu bu deyil, ancaq təqdirəlayiq bir hərəkətdir. Ancaq terror hərəkatlarını kateqoriyalara bölərək öz mənfəətlərinə toxunan hissəsini rədd etmək doğru hərəkət deyil.

Həmin həftə Nigeriyada 16 qəsəbə və kənddə dəhşətli bir qətliam gerçəkləşdi. Çoxlu ev yandırıldı, qadın, uşaq, yaşlı olmaqla 2000 insan öldürüldü, 20 min insan qaçqın düşdü. Canını qurtarmaq üçün Çad gölünə atılanların bir qismi suda boğuldu, bəziləri isə yaxınlıqdakı adalarda aclıq, susuzluq və xəstəliklərlə mübarizə aparmaq məcburiyyətindədir.

Suriyada hücumlar davam edir, hücum olmayan digər yerlərdə isə mühasirə səbəbindən 36 nəfər donaraq öldü. İraqda hücumlar isə dayanmaq bilmir. Bunların hamısı terrordur. Bu terror siz bu sətirləri oxuduğunuz anda da davam edir. Bu səbəbdən terrora qarşı birlikdə mübarizə varsa, bunu bacarırsınızsa, digər terror hadisələrinə də eyni reaksiya verilməlidir. 46-cı paraleldə yaşayan insanla 9-cu paraleldə yaşayan insan arasında heç bir fərq yoxdur.

Fransa və dünyada gerçəkləşən radikalizmə qarşı nifrət və terrorun əlbəttə, İslam dünyasının ibrət götürməli olduğu şeylər, üzərində durmalı olduğu həll yolları var. Həmişə də dediyim kimi radikalizm bəlasına Quran ilə cavab verən dünya siyasəti lazımdır. Lakin bunlar olduğu halda mətbuat və söz azadlığı adı altında müqəddəs dəyərlərə dil uzatmaq, bunu bir üstünlük kimi qəbul etmək daha böyük bəlalara səbəb olar. Fikrini təhqirlə dilə gətirmək istəyənlər başqalarının cavab vermək hüququnu əlindən alıb, onu birlikdə yaşamaq istədiyi cəmiyyətdə yalnız olmağa sürükləyirlər. Dolayısı ilə azad Avropa, söz azadlığı ifadələrini yenidən açıqlamalıdır. Əgər demokratiyanı gücləndirmək və terrorizmi məhv etmək istəyirlərsə, bu edilməlidir.