Nəfəs alarkən qarşılaşdığımız təhlükə

Nəfəs alarkən qarşılaşdığımız təhlükə

Tənəffüs edərkən, əslində, havayla birlikdə bir çox zərərli maddələri də uduruq. Ancaq bu bizə təsir etmir. Çünki bədən üçün zərərli olan bir çox maddə ağciyərlərə çatmamış, xüsusi təhlükəsizlik qapılarında tutularaq təsirsiz hala gətirilir. Burundan bronxlara qədər bütün tənəffüs yollarının səthi selik təbəqəsi ilə örtülüdür. Bu maddə tənəffüs yollarının səthini nəmləndirir. Bu yolla havayla birlikdə qəbul edilən tozvari kiçik maddələri tutaraq ağciyərə girmələrinə mane olur. Ancaq selik vasitəsilə tutulan yad maddələrin zaman keçdikcə tənəffüs yollarında yığılmaması üçün xaric olunması lazımdır. Bunun üçün də bədənimizdəki digər təhlükəsizlik mexanizmi hərəkətə keçir.

Bu mexanizmdə tənəffüs yollarının səthində epitel hücüyrələrin üstündəki tükcüklər iş başına keçir. Tənəffüs yollarının səthindəki hüceyrələrin hər birinin üstündə 200 qamçı vardır. Bunlar saniyədə 10-20 dəfə hərəkət edərək edərək udlağa doğru yol açılmasını təmin edirlər. Bu bölgədəki tükcüklərin hərəkət istiqamətləri həmişə udlağa doğrudur. Bu şəkildə yad maddənin saxlanıldığı seliyin dəqiqədə 1 sm sürətlə udlağa doğru irəliləməsini təmin edirlər. Burundakı silələr isə olduqları bölgədə seliyin artıq aşağı doğru hərəkət etdirilməli olduğunu bilirlər və tam əks istiqamətdə qamçıvari hərəkət edirlər. Beləcə burundakı selikdə yığılan maddələrin udlağa gəlməsinə yol açırlar. Bu yolla da tənəffüs sistemi zərərli maddələrdən təmizlənmiş olur.