Terrorun tarixi və pərdə arxası

Terrorun tarixi və pərdə arxası

 Terrorizm dünyanın hər yerində insanların ölümünə, yaralanmasına, şikəst qalmasına səbəb olan bir bəladır. Meydana gətirdiyi psixoloji zərərlər və iqtisadi təsirlərə görə bütün dünyanın nəzərində olan bir mövzudur. Dünyada və ölkəmizdə baş verən terror aktlarının tarixinə və terrorun ideologiyası və məntiqinə keçməzdən əvvəl terror və terrorizmin nə olduğunu bildirmək gözəl olardı.
 
Terror latın dilində "terrere" sözündən olub, "qorxudan sarsıntı keçirmək, qorxudan dəhşətə düşmək" mənasını verir. Terrorizm isə terrorun sistemli şəkildə, qəsdli olaraq, çox vaxt qruplaşma və uzun müddətli olan qaydasız müharibə və təbliğat forması, strategiyadır. "Terrorizm" ifadəsi ilk dəfə 1975-ci ildə Fransada 1973-74-cü illərdə hökm sürən ictimai qarışıqlığa qarşı hökumətin tətbiq etdiyi çəkindirmə siyasətini ifadə etmək üçün istifadə edilib.
 
Terror anlayışı tez-tez işlədilməsinə baxmayaraq, ümumi şəkildə qəbul olunan bir ifadə deyil. 1936-1981-ci illər arasında terrorizmə 109 fərqli tərif verilmişdir. Bu tərif etmənin nə qədər çətin olduğunu göstərir. Bu çətinliklərdən biri siyasi sistemdəki fərqliliklərdir. Buna görə də bir ölkədəki terror aktı anlayışı, digər ölkədəki həmin anlayış ilə eyni deyil. Qərb dövlətlərinə görə beynəlxalq terror, əsasən, şəxslərin qeyri-millətlərə qarşı törətdiyi siyasi məqsədli, hərbi olmayan şiddət tətbiqatı və ya dövlətin mənfəətinə zərər verən, dövləti və ya beynəlxalq miqyasda fəaliyyət göstərən təşkilatı məlum bir davranışa məcbur edən şiddət tətbiqatı olaraq ifadə edilir. Üçüncü dünya dövlətləri isə milli azadlıq hərəkatlarını və xalqın xarici təsirlərə qarşı göstərdiyi məcburiyyət və şiddəti terror anlayışından uzaq tutmaq istəyirlər. Eyni zamanda irqçi xarici sistemlərin təzyiq göstərilən xalqa qarşı tətbiq etdiklərini dövlət terroru adı altında dəyərləndirərək, bunu terror anlayışına daxil edirlər. Qısaca olaraq, siyasi yöndən fərqli dəyərləndirdiklərinə görə bəzi ölkələr üçün terror olaraq qəbul olunan ifadə bəzilərinə görə "azadlıq mübarizəsi", "haqlı müdafiə" olaraq dəyərləndirilir.
 
Terror anlayışına dövlət terroru, partizan döyüşləri, dirçəliş və ya inqilab kimi siyasi mübarizələrin zorakılıq və şiddət ehtiva edən formaları da daxildir. Demək olar ki, bu məfhumlar bir-biri ilə bağlıdır. Bu da tərifi çətinləşdirəcək başqa bir ünsür olaraq qarşımıza çıxır. Başqa bir ünsür isə terrorizm çeşidinin çox olmasıdır. Tətbiq formasına və məqsədinə görə terrorizmin növlərini 2 əsas hissəyə bölmək olar.
 
1. Tətbiq formasına görə terrorizm
 
• Kütləvi qırğın silahları terrorizmi
 
1. Nüvə terrorizmi
2. Bioloji terrorizm
3. Kimyəvi terrorizm
 
2. Məqsədinə görə terrorizm
 
• İdeoloji terrorizm
• Etnik terrorizm
• Dini terrorizm
 
Məqsədə görə terror növlərinə davam etsək, beynəlxalq bir problem olan terrorist axınların, əsasən, ideoloji olduğu deyilməlidir. Dövrümüzdəki terror təşkilatlarının əsas ideologiyaları, PKK, Aydınlıq Yol və FARC təşkilatlarında olduğu kimi marksist-leninist-maoist ideologiyadır. Bir başqası da neonazilər və ya Altın Şafak kimi ifrat sağçı, faşist ideologiyadır. İdeoloji terrorun strategiyası mövcud olan siyasi sistemi yıxmaq və iqtidarı ələ keçirməkdir. Bu məqsədlə də silahlı qarşıdurmalar həyata keçirilir.
 
Etnik terror isə bir ölkədəki fərqli etnik millətlərə aid olan şəxslərin öz milli dövlətlərini qurmaq adı ilə terrora əl atmalarıdır.
 
İnandıqları din adına terror aktı törətdiklərini iddia edənlərə keçməzdən əvvəl bunu qeyd etmək lazımdır: Haqq dinlərin heç birində terror və qətl əsla qəbul edilmir. Lakin dinə doğru olmayan izahlar verən bəzi qruplar belə bir təsəvvürün yaranmasına səbəb olmuşlar. Xaçlılar xristian dinini tamamilə təhrif edərək vəhşilik kimi göstərmiş, qan tökmüşlər. İslam dünyasında da həqiqi dinlə heç bir əlaqəsi olmayan fanatik düşüncəyə sahib olan qruplar şiddət tətbiq edirlər. Bəsit və yanlış dini biliklərə sahib olan cahil insanlar olmaları hamısının ortaq tərəfidir. Son vaxtlar gündəmdə olan İŞİD, Əl Qaidə, Boko Haram da bu cür qruplaşmalardandır.
 
İqtisadiyyat və sülh institutunun nəşr etdiyi 2014 Qlobal Terrorizm indeksi hesabatına görə 2013-cü ildə öncəki ilə nisbətən 44% artaraq təxminən 10 min terror aktı törədilib. Bu terror aktları ümumilikdə 17 min 958 nəfərin həyatını itirməsinə səbəb olub.
 
Ölümlərin 80%-dən çoxu İraq, Əfqanıstan, Pakistan, Nigeriya və Suriyada baş verib. Bu hesabatda İŞİD, Əl-Qaidə, Boko Haram və Taliban kimi qruplaşmaların terror qurbanlarının 66%-ə məsul olduğu bildirilib.
 
Hesabatda həmçinin, terrordan təsirlənmə səviyyəsini göstərən "İllik terrorizm indeksi" də bildirilib. Buna əsasən İraq 162 ölkə arasında birinci, Türkiyə isə 17-ci sıradadır.
 
Keçmişdən bu günə terror
 
Fransa inqilabından sonra 1793-cü il sentyabr və 1794-cü il iyul arasında iqtidarı Jakobenlər ələ keçirdi və demokratiya və respublikanı qorumaq bəhanəsi ilə terror aktları törətdilər. Bu qanlı dövr "Terror Dövrü" olaraq adlandırılır. Jakobenlərin lideri Fransa inqilabının başçılarından olan Maximilien Robespierre idi. Robespierre tam olaraq respublikaçı idi. Demokratik həyata keçid üçün böyük səy göstərən Jean Jacques Rousseau-dan dərs almışdı. Robespierre iqtidarı ələ keçirdikdən sonra inqilabın gətirdiyi demokratiya, azadlıq, ədalət kimi anlayışlar diktatorluq və terrorla əvəz olundu. Robespierre özü kimi düşünməyən hər kəsə qarşı mübarizə aparırdı. Ona görə də məclisin qəbul etdiyi qərarlara müxalif çıxanlar respublikaya qarşı çıxmış olurdular. Respublikaya qarşı çıxanlar isə yeni Fransaya lazım deyildi və yox etmək lazım idi. Robespierre iqtidarda möhkəmlənmək üçün terrora əl atmaqdan çəkinməmişdi. Bu düşüncə Fransaya tarixin ən qaranlıq illərini yaşatmışdır. Bu on aylıq müddət ərzində əks inqilabçı olaraq bilinən 20 min insan məhkəmələrdə edam edildi, 300 min insan isə həbs edildi.
 
18-ci əsrdəki bu "Terror Dövrü"ndən sonra I Dünya Müharibəsi XX əsrin ilk böyük fəlakəti oldu. Bu müharibənin başlanmasına da bir terror aktı, bir sui-qəsd səbəb oldu. 1878-ci il Berlin konqresi ilə Bosniya və Herseqovina Avstriya-Macarıstan İmperiyasının himayəsinə keçdi. Lakin ölkədə yaşayan müsəlman və ortodoks camaat tərəfindən bu qəbul edilmədi. Millətçi serb təşkilat olan "Gənc Bosniya" Avstriya-Macarıstan hökumətinə qarşı gizli bir fəaliyyətə başladılar. 28 iyun 1914-cü ildə Avstriya-Macarıstan ers-hersoqu Franz Ferdinand Sarayevonı ziyarət etdi. Bu ziyarət əsnasında "Gənc Bosniya" təşkilatının üzvü silahından açdığı atəşlə Ferdinandı və həyat yoldaşını qətlə yetirdi. Bundan sonra Avstriya-Macarıstan sui-qəsddə günahkar bildiyi Serbiya ilə müharibəyə başladı. Bu hücum I Dünya Müharibəsinin başlamağına səbəb oldu.
 
1960-cı illər isə komunizmin dünyada ən çox yüksəldiyi dövr oldu. Marksist ideologiya qərb gəncliyi arasında sürətlə yayılmağa başlamışdı.  Bu ideoloji axında Herbert Marcuse adlı marksist mütəfəkkirin əhəmiyyətli rolu olmuşdu. Marcuse işçilər və kəndlilər olaraq adlandırılan inqilabçı sinifə yeni bir anlayış gətirdi: “Gənclər”.  Bu ifadə ilə 68  nəsilini küçələrə tökən düşüncələrin təməlini atmışdır. Italiyada müxalif qruplar terror aktlarına başlamışdı. Ən böyük hadisələr isə Fransada baş verdi, marksist tələbələr öz universitetlərini işğal etmişdilər. Digər müxalif qruplarla da birləşərək Paris küçələrini, sanki müharibə meydanına çevirmişdilər. 68 tələbə hadisələri domino təsiri ilə bir çox ölkəyə yayılmışdı. Hər birində də kütləvi qarşıdurmalara, terror hadisələrinə və hətta vətəndaş müharibələrinə səbəb olmuşdu.
 
Avropaya yenə həmin dövrdə baxsaq, bir çox terror təşkilatı qarşımıza çıxar. Bunlardan biri ETA-dır. ETA 1959-cu ildə Franco diktatorluğuna qarşı yaradılmış marksist-leninist bir təşkilatdır. Zamanla İspaniya və Fransadakı Bask bölgəsinin azadlığı üçün silahlı münaqişələrə başladılar. 1979-cu ildə hökumət tərəfindən Bask bölgəsinə əhəmiyyətli dərəcədə muxtariyyət  verildi. Buna baxmayaraq, tam azadlığı üçün silahlı mübarizəyə davam edən ETA İspaniya ilə yanaşı, Avropa Birliyi və ABŞ tərəfindən də terror təşkilatları siyahısına salındı. 1968-2011-ci illər arasında ETA 829 nəfərin ölümünə məsul tutulur. 20 oktyabr 2011-ci ildə təşkilat silahlı mübarizəni dayandırdığını açıqladı. Avropada hücumlar təşkil edən digər terror təşkilatı da Qızıl Ordu Fraksiyasıdır. Qızıl Ordu Fraksiyası II Dünya Müharibəsindən sonra Qərbi Almaniyanın ən təsirli müxalif baxışlı radikal təşkilatı olmuşdu. Özlərini şəhər partizanları olaraq adlandırırdılar. İmperialist mərkəzlərdəki döyüşün silahlı mübarizə olmadan müvəffəqiyyət qazana bilməyəcəyini manifestolarında elan etmişdilər. Təşkilat ilk silahlı hücumu 1972-ci ildə Federativ Almaniyadakı ABŞ nümayəndələrinə qarşı bombalı terrorla başladılar. 1977-ci ildə milli böhrana səbəb olan Alman Payızı hərəkatı daxil olmaqla, qanun çərçivəsində çox ağır cinayət sayılan bir çox terror aktı da həyata keçirdilər. Qərbi Almaniya hökuməti tərəfindən terror təşkilatı olaraq təyin olunan Qızıl Ordu Fraksiyası 30 illik fəaliyyətində 34 nəfərin ölümünə, bir çox insanın da yaralanmasına səbəb olmuşdur. 1998-ci ildə təşkilat kimi fəaliyyətini dayandırmışdır. Avropada fəaliyyət göstərən başqa bir təşkilat da Qızıl Briqadadır. Qızıl Briqada 1970-ci ildə yaradılan marksist bir təşkilatdır. Məqsədi silahlı mübarizə ilə inqilabi bir dövlət qurmaq  və İtaliyanı Qərb Blokundan çıxartmaqdır. Fəaliyyətlərinə kiçik yanğınlar və bombalamalarla başlayan təşkilat şiddətini gündən-günə artırmışdır. Bir çox insanı sui-qəsdlə öldürmüşdür. Qızıl Briqadanın ən səs-küylü fəaliyyəti isə 1978-ci ildə İtaliya baş naziri Aldo Moronu qaçıraraq öldürmələri olmuşdur. 90-cı illərdə fərqli fraksiyalara ayrılan Qızıl Briqada fəaliyyətləri yox deyə biləcək qədər azalmışdı.
 
Türkiyədə isə 12 mart 1971-ci il zərbəsindən sonra sosialist hərəkatın tamamilə bitəcəyi zənn edilirdi. Ancaq tam əksi oldu. Daha güclü və mütəşəkkil bir şəkildə inkişaf etdi. 12 sentyabr 1980-ci il zərbəsinə qədər 38 müxalif terror təşkilatı fəaliyyət göstərmişdir. Bu qruplaşmalardan önə çıxaraq geniş kütlələrə çatan İnqilabçı Yol hərəkatı oldu.
 
1 may 1977-ci ildə ilk buraxılışını nəşr etdirən İnqilabçı Yol jurnalının tiraj sayı yüz minlərlə oldu. Bu təşkilat adam öldürməkdən təyyarə qaçırmağa qədər onlarla cinayət törədiblər. 1978-ci ildə İnqilabçı Yol tərəfdarı olan bir qrup həmin təşkilatla fikir ayrılığına düşdü. Bundan sonra İnqilabçı Müxalif adlı bir jurnal nəşr edərək yeni bir təşkilatlanma başladı. Təşkilat qəsbkarlıq, soyğun, dövlət məmurlarına və təhlükəsizlik orqanlarına qarşı silahlı hücum kimi bir çox cinayətlər törətmişdir. Bu cinayətlər 35 təhlükəsizlik əməkdaşımızın, 23 əsgərimizin 240 vətəndaşımızın həyatını itirməsinə səbəb olmuşdur. MHP prezidentinin köməkçisi Gün Sazak və keçmiş baş nazir Nihat Erimin şəhid edilməsi də təşkilatın sensasiyalı cinayətlərindəndir. 1980-ci il zərbəsindən əvvəl İnqilabçı Müxalif adı altında terror aktları törədən təşkilat 1994-cü ildə adını DHKP-C olaraq dəyişdirdi. Təşkilatın hədəfi mövcud olan konstitusiya nizamını silah gücü ilə yıxmaq və marksist-leninist ölkələrə əsaslanan bir sistem qurmaqdır. Türkiyə, ABŞ, İngiltərə və Avropa Birliyinin terror təşkilatları siyahısına bu təşkilatın adı qeyd edilib. Bir çox yerli və xarici hərbi mərkəzləri bombalamaq, polis bölmələrinə silahlı hücum, qarşıdurmalar, canlı bomba aktları təşkilatın terror üsullarından bəziləridir. Bu hadisələr nəticəsində çox sayda əsgərimiz,  polisimiz və vətəndaşımız ölmüş, bir çoxu da yaralanmışdır. Təşkilat indi də terror aktlarına və fəaliyyətlərinə davam edir.
 
1973-1985-ci illərdə Türkiyədə ən çox adı çəkilən terror təşkilatı ASALA (Ermənistanın azadlığı üçün erməni gizli ordusu) oldu. ASALA 1975-ci ildə Aqop Aqopyan tərəfindən Livan Vətəndaş Müharibəsi əsnasında quruldu. Müstəqil Ermənistan qurmaq, qondarma erməni soyqırımını Türkiyə hökumətinə qəbul etdirmək, təzminat ödətdirmək və iddia edilən torpaqları almaq üçün çalışmışdır. ASALA özünü erməni millətçisi kimi göstərsə də, əslində marksist-leninist bir qruplaşmadır. Eyni ideologiyaya sahib olan PKK və italyan Qızıl Briqadası kimi terror təşkilatları ilə əməkdaşlıq etmişdir. Türkiyədə daxili narahatlığın son həddə çatdığı 1979-cu ildən etibarən erməni terrorunda böyük bir artım müşahidə olundu.Türkiyə də daxil olmaqla 16 fərqli ölkədə türk və digər mülki və siyasi hədəflərə qarşı terror aktları törədilmişdir. Bu cinayətlərdə Türkiyənin 42 siyasətçisi ilə 4 xarici əsilli insan həyatını itirdi, 15 türk və 66 xarici əsilli insan isə yaralandı.
 
Türkiyə, xüsusilə şərq və cənub-şərq bölgələrimizdə on minlərlə insanımızın ölümünə, yüz minlərlə insanımızın şikəst qalmasına, yüz minlərlə insanımızın evlərini tərk etməsinə, milli iqtisadiyyatın milyardlarla dollar itirməsinə səbəb olan kommunist PKK terroru ilə də illərdir mübarizə aparır. Terrorda şəhid olan vətəndaşlarımız və əsgərlərimizlə yanaşı Uğur Mumcu, Muammer Aksoy, Bahriye Üçok, Çetin Emeç, A. Taner Kışlalı, Mustafa Yücel Özbilgin kimi bir çox mütəfəkkirimiz, siyasətçimiz və dövlət məmurumuz da terror aktlarında şəhid olmuşdur. PKK, qətiyyən etnik mənşəli bir hərəkat deyil. PKK bölgədə nəhəng bir kommunist dövlət qurmaq arzusunda olan marksist-leninist-stalinist bir qruplaşmadır. Öcalan PKK-nın leninist strukturunu ve izlədiyi kommunist düşüncəni bu şəkildə ifadə etmişdir:
 
“Lenin 1900-də nə idisə, mən də XXI əsr sosializmini təmsil edirəm, real sosializmlə mübarizə apararaq, imperializmlə mübarizə apararaq yeni sosializmi inşa edirəm.”(Azad Həyatla Dialoqlar, s. 201)
 
“Bizim əhatəmizdə sosializmin və kommunizmin şərtləri hakimdir. Bu partiya (PKK) daxilinə də aiddir. Bu kommunist cəmiyyətin qurulacağı günə qədər də etibarlı olacaqdır.”(Tasfiyeciliğin Tasfiyesi,s. 153)
 
Öcalanın illər əvvəl verdiyi mesaja diqqət yetirsək, kommunist qrupların əsas hədəfinin “kommunist bir cəmiyyət” qurmaq olduğunu görərik. Kommunistlər əvvəlcə içində yaşadıqları cəmiyyət üzərində kommunizmi hakim etməyə çalışırlar. Sonra isə cinayətlər törədərək yollarına davam etmək istəyirlər. Əsl məqsədləri isə bütün dünyaya yayılmaqdır. Avropa Birliyi, Birləşmiş Millətlər, NATO və Amerika Birləşmiş Ştatları, Türkiyə, Suriya, İraq, İran və bir çox başqa ölkələr PKK-nı terror təşkilatı olaraq qəbul edirlər. Məqsədi Türkiyənin şərq və cənub-şərqini, İraqın şimalını, Suriyanın şimal-şərqini və İranın şimal-qərbini əhatə edən kommunist dövlət qurmaqdır. Buna görə də həmin torpaqların Türkiyə sərhədinin daxilində olan hissəsinə sahib olmaq üçün terrora əl atırlar. Polis bölmələrinə hücum edir, küçədə gəzən polisimizi, əsgərimizi arxadan vuraraq şəhid edirlər. Müəllimləri qaçırır və dinc əhalini bombalayır. Kəndlərə basqın edərək qadınları, uşaqları və qocaları, fərq qoymadan şəhid edirlər. Təqribən 30 illik terror fəaliyyətləri nəticəsində 7918 dövlət məmurumuz şəhid olmuşdur. 5557 siravi vətəndaşımız həyatını itirmişdir. 14 ildə 386 min insan isə kəndlərindən köç etmək məcburiyyətində qalmışdır.
 
1970-ci illərdə İngiltərədə isə neo-nasistlər adlanan dazlar hərəkatı başladı. Bu hərəkatın xüsusiyyəti immiqrantlara və əcnəbilərə qarşı təcavüzkar olmalarıdır. 1990-cı illərdə dazların əksəriyyəti irqçiliyi mənimsəmiş, nasist tərəfdarları olaraq irqçi faşist fəaliyyətlərinə başlamışdır. Bu fəaliyyətləri həyata keçirən təşkilatlardan biri Almaniyada fəaliyyət göstərən Nasional Sosialist Yeraltı təşkilatıdır. 2001-2006-cı illər arasındakı fəaliyyətlərində 8 türk və 1 yunan olan 9 Almaniya vətəndaşı həyatını itirdi. Rusiyadakı dazlar da qanlı terror aktları və törətdikləri cinayətlərlə vaxtaşırı xəbər mövzusu olurlar. Neo-nasist hərəkatı getdikcə güclənir və yayılır. Bu gün 33 ölkədə və 6 qitədə aktiv vəziyyətdədir. Əslində bu vəziyyət Avropada gündən-günə böyüyən irqçiliyin bir təzahürü olaraq düşünülməlidir.
 
Terrordan bəhs edərkən yada düşən ən böyük terror aktlarından biri də 11 sentyabr hadisələridir. 11 sentyabr 2001-ci ildə “ƏL-Qaidə” terror təşkilatı tərəfindən ABŞ-ın iki böyük şəhərinə terror hücumu hazırlandı. Qaçırılan bir sərnişin təyyarəsi New Yorkda olan Əkiz Qüllələr olaraq adlandırılan Dünya Ticarət Mərkəzinin şimal qülləsinə çırpıldı. Bina zərbədən 102 dəqiqə sonra toz buludu kimi yıxıldı. İkinci təyyarə isə cənub qülləsinə dəydi. Bu bina da toqquşmadan 56 dəqiqə sonra eyni şəkildə yerlə bir oldu. Ardıcıl olaraq gələn hücumlarda qaçırılan başqa bir təyyarə Washington D.C.-də Pentagon-a çırpıldı. Dördüncü təyyarə isə Washington D.C.-nin çölünə düşdü. Hücumlar minlərlə insanın həyatını itirməsinə və yaralanmasına səbəb oldu. Bu hadisələrdən sonra bütün dünya “terrorizm” anlayışını yenidən müzakirə etməyə başladılar. Çünki bu cinayətlər dünyanın yeganə super gücü olaraq qəbul edilən bir ölkəyə qarşı törədilmişdir. Başda Amerika olmaqla bütün dünyada böyük bir qorxu və panika yaşanırdı. Hər kəs “terrorizmlə necə mübarizə aparmalıyıq?” sualına cavab axtarmağa başlamışdı. Hər bir ölkənin eyni təhlükə ilə qarşılaşa biləcəyi aydın olmuşdu. İnsanlar evlərində, küçədə, parkda və ya iş yerlərində terrorizmin qaranlıq üzü ilə qarşılaşa biləcəklərinin fərqinə varmışdılar və terroristlərin məqsədinin insanları küçəyə çıxmayan, ictimai nəqliyyata minməyən, alış-veriş etməyən bir varlığa çevirmək olduğu aydın olmuşdu. Qısası, bir qorxu cəmiyyəti formalaşdırmaq. Amerika hücumun təsirindən çıxan kimi dünya səviyyəsində terrorizmə qarşı mübarizə başladı. 11 sentyabr hadisələrinə görə qərb dövlətlərində müsəlmanlara qarşı nifrət daha da artmışdır.
 
Xalq Ordusu, FARC və ya FARC-ER qısa adı ilə tanınan dünyanın ən böyük marksist-leninist terror təşkilatlarından biri də Kolumbiya İnqilabçı Silahlı Qüvvələridir. FARC 1960-cı illərdə Kolumbiya Kommunist Partiyasının hərbi qolu olaraq quruldu. Bu günə qədər FARC ilə təhlükəsizlik qüvvələri arasındakı mübarizədə on minlərlə insan həyatını itirib. FARC-ın digər xüsusiyyəti də “məqsədə gedən yolda hər şeyi normal qəbul edən”bir təşkilat olmağıdır. Bu günə qədər əsgəri, vətəndaşı, qadını, uşağı, təqribən 7 min insanı fidyə olaraq qaçırıb. FARC Kolumbiya dövləti ilə üç fərqli zamanlarda sülh danışıqları üçün masaya oturub və atəşkəs müqaviləsi bağlayıblar. Lakin heç vaxt silahlarından əl çəkməyib və üzvlərini dağıtmayıblar.
 
Peru Kommunist Partiyası, tanınan adı ilə Aydınlıq Yol isə Peruda fəaliyyət göstərən marksist-maoist bir terror təşkilatıdır. Təşkilat mübarizələrinin əsasını şiddət təşkil etdiyini açıq şəkildə ifadə etmişdir. Qruplaşmanın lideri bir çıxışında: “Gələcək silahlarda və toplarda yatır.” deyə bildirib. Bu təşkilat illərlə Peru xalqına çox böyük maddi və mənəvi ziyan vurmuşdur. Xalqın qorxu və dəhşət içində yaşamağına səbəb olmuşdur. Aktiv olduğu 1980-1992-ci illərdə törətdiyi cinayətlər səbəbindən təqribən 70,000 insan həyatını itirmişdir. Buna görə də təşkilat son əsrin ən qanlı terror təşkilatı olaraq qəbul edilir.
 
Zapatista Milli Qurtuluş Ordusu da Meksikanın ən kasıb əyalətlərindən olan Chiapasda yerləşən silahlı bir təşkilatdır. Zapatista Milli Qurtuluş Ordusu adını 1910-1917-ci illərdə Meksika İnqilabının öndə gedən üzvlərindən olan Emiliano Zapatadan götürmüşdür. Bu təşkilat 1983-cü ildə quruldu, lakin 1994-cü ildə Meksika hökuməti ilə 12 gün ərzində silahlı mübarizə aparmağı ilə ictimaiyyət tərəfindən tanındı. Bu qarşıdurmalara səbəb kimi də Meksikanın tərəfdaş olduğu Şimali Atlantik Sərbəst Ticarət müqaviləsi göstərildi. Zapatista üzvləri bu müqavilə ilə yerli xalqın sürətlə istismar ediləcəyini düşünürdü. 12 günlük qarşıdurmalardan sonra silahlarını atmadılar. Ancaq başqa bir silahlı insident də həyata keçirmədilər.
 
Bu günümüzə gəldikdə də terrorun hər zaman olduğu kimi göz önündə və fəaliyyətdə olduğunu görürük. Bir çox ölkə terror təşkilatları ilə mübarizə apardığı kimi, ölkəmiz də PKK terror qruplaşması ilə mübarizə aparır. Çünki həyata keçirilən həll müddətinə baxmayaraq, PKK silahlı qarşıdurmalara davam edir. Yaxın aylarda PKK Kobani hadisələrini bəhanə edərək ölkə səviyyəsində insidentlər həyata keçirdi. Məktəb, təhlükəsizlik idarələri, məmur  və partiya binaları yandırıldı. Hətta uşaq evləri və Qızıl Aypara qan mərkəzləri də hücuma məruz qaldı. Banklar, muzeylər, PTT şöbələri talan edilmiş, ictimai və şəxsi nəqliyyat vasitələri, təcili yardımlar məhv edilmişdir. Bu küçə hücumlarında həyatını itirənlərin sayı 40-a çatdı. 723 insan isə yaralandı.
 
İslam adı altında terror aktı törədən radikal qruplar da vardır. Əsasən də İŞİD, Əl Qaidə, Əl Şəbab və Boko Haram kimi təşkilatlar dünyanın bir çox yerində şiddət və nifrət siyasətlərini həyata keçirirlər. Ticarət müəssisələri, bazarlar, marketlər kimi xalqın çoxluq təşkil etdiyi yerlərdə də terror aktı törətməkdən çəkinmirlər. Çünki İslama yanlış açıqlama gətirən, xurafatlara əsaslanan fanatik düşüncə tərzi özü kimi olmayana yaşamaq haqqı verməz.
 
Bu düşüncəyə sahib olan təşkilatlardan ən çox göz önündə olan İŞİD-dir. Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Türkiyənin “terrorizm siyahısı”nda təşkilatın adı qeyd edilib. Hədəfi İraq, Suriya, Fələstin və İordaniya torpaqlarını özünə birləşdirərək bölgədə şəriətə əsaslanan bir dövlət qurmaqdır. Özünü İslam qrupu kim tanıdır. Lakin İslamın sahib olduğu yüksək əxlaqi dəyərlərdən çox uzaqdır. Bölgədəki məzhəb qarşıdurmalarını şiddətləndirən İŞİD şiə müsəlmanlara qarşı terror aktları həyata keçirir. Nəzarət altına aldığı bölgələrdə öz qanunlarını tətbiq edir, xalqı fərqli ittihamlarla həbs edir, işgəncə edir və ya öldürür. İttiham səbəbləri isə siqaret çəkmək, zina etmək, qruplaşmanın qanunlarına qarşı çıxmaq və ya düşmən birliklərinə mənsub olmaqdır.
 
Hal-hazırda ən təhlükəli terror qruplaşmalarından olan digər bir təşkilat da Boko Haram-dır. Məqsədinin Nigeriyanın şimalında şəriət qanunları ilə idarə edilən bir İslam dövləti qurmaq olduğunu açıqlamışdır. Boko Harama görə qərbə aid hər şey korlanmış və müsəlmanlar üçün təhlükəlidir. Təşkilatın adı da “Qərb (tərbiyəsi) haramdır” mənasını verir. Buna görə də dərs deyən müəllimləri, tələbələri hədəf olaraq görürlər. Kilsələri bombalayan təşkilat polis bölmələrinə də hücum edir. 14 apreldə yaşı 12 ilə 17 arasında ola 300-ə yaxın qız tələbəni qaçıraraq dünyanın nəzərini üzərlərinə çəkmişdir.
 
Əl Şəbab da eyni düşüncəyə sahib olan silahlı bir qruplaşmadır. Bir çox qərb dövləti və qurumları tərəfindən terrorist olaraq göstərilir. Əl Qaidə ilə də əlaqələri olan təşkilat “İslamın düşmənləri”nə qarşı cihad etdiyini irəli sürür. Federativ Keçid hökuməti ilə Afrika Birliyi Somali Vəzifəsinə qarşı mübarizə aparır. 2011-ci ildən etibarən ölkənin cənubunun böyük hissəsinə nəzarət edir. Təşkilatın fəaliyyətlərinə Somaliyə gələn yardım təşkilatlarının əməkdaşlarını qorxutmaq, qaçırmaq və öldürmək də daxildir. Bundan sonra yardım təşkilatları bölgədən çəkilməyə məcbur oldular. Keniyanın paytaxtı olan Nairobidə bir ticarət mərkəzinə edilən hücum bütün dünyada əks-səda oyandırdı. Bu hücumda 68 nəfər həyatını itirdi, 293 nəfər isə yaralandı.
 
Radikal silahlı digər bir qruplaşma da 11 sentyabr terror hadisələrindən adını eşitdiyimiz 1988-ci ildə yaradılmış olan Əl Qaidədir. Yaradılma məqsədi Soyuq Müharibə dövründə SSRİ-nin Əfqanıstanı işğal edə biləcəyi düşüncəsi ilə SSRİ qoşunları ilə mübarizə aparmaqdır. Lakin Soyuq Müharibədən sonra İsraili yox etmək və müsəlman ölkələrdə xəlifəlik düşüncəsi altında böyük bir dövlət qurmaq inancını mənimsəmişdir. Əl Qaidə dünyada baş verən bir çox terrordan bilavasitə və ya birbaşa məsul hesab edilir. Qruplaşmanın öz üzərinə götürdüyü 11 sentyabr hadisələri dünyanın ən böyük terror aktı olaraq tarixə yazıldı. Əl Qaidənin digər cinayətlərinə baxsaq, 2003-cü ildə İstanbulda iki sinaqoqa, banka və İngiltərə səfirliyinə qarşı bombalı maşınlarla törətdiyi terror aktında 57 nəfərin həyatını itirdiyini, 753 nəfərin isə yaralandığını görərik. 2004-cü ildə İspaniyanın Madrid şəhərində sərnişin qatarına qarşı törətdiyi cinayətdə 191 nəfər həyatını itirdi, 2000-dən çox insan isə yaralandı. 2005-ci ildə isə İngiltərənin London şəhərində metro stansiyasına və bir bələdiyyə avtobusuna edilən hücumda 56 nəfər həyatını itirdi, təqribən 700 nəfər isə yaralandı.
 
Terror hadisələrinin arxasında nə gizlənir?
 
Terroristlər yalnızca şiddət yolu ilə müvəffəqiyyət qazanacaqlarına inanırlar. ətraflarındakı insanların onlardan qorxmalarını istəyirlər. Bu qorxunu yaratmaq üçün də insafsız, qəddar, mərhəmətsiz və təcavüzkar bir xarakterə bürünürlər. Öz düşüncələrinin qarşısında olan hər kəs onlar üçün düşməndir. Düşmənlərini isə bir insan olaraq deyil, məhv edilməli olan bir hədəf kimi görürlər. Onlar üçün vacib olan qətliam deyil, qətliamın təsiridir. Qaşılarındakı insanların ölümünə kiçik bir peşmançılıq hissi də keçirməzlər. Əksinə, nə qədər çox məsum insan ölərsə, o qədər çox müvəffəqiyyət qazandıqlarını düşünürlər. İnsanlıqdan çıxıb gözü dönmüş vəhşi bir heyvana dönürlər. Aralarında kiçik bir şəfqət göstərən olsa, onu xain elan edirlər. Terroristlərin qısaca olaraq təsvir etdiyimiz şiddətlə dolu bu düşüncələrinin mənbəyi isə materializm və darvinizmdir. Çünki darvinizm yalanına görə təbiətdə qəddar bir həyat mübarizəsi, daimi bir qarşıdurma hakimdir. Darvin təkamül nəzəriyyəsində “təbii seçmədə yalnızca güclü olanlar qalır, gücsüzlər isə yox olur” fikrini müdafiə etmişdir. İnsanı vuruşan heyvan kimi görən bu batil inanc insanlığı kinə, düşmənliyə, münaqişəyə sövq edən bir çox fikir axınlarına səbəb olmuşdur. Həyata keçirilən dəhşətli terror aktları da bunun bir nəticəsi olaraq qarşımıza çıxmışdır və çıxmağa davam edir.
 
Halbuki təbiətə baxdığımız zaman möhtəşəm növlərə aid canlılar arasında möhtəşəm bir uyğunluq, fədakarlıq görürük. Canlılar çox rahatlıqla öz canlarını qurtara bildikləri halda, tam əksinə, çətin yolları seçirlər. Özlərini düşmənin önünə ataraq fədakarlıq göstərirlər. Canları hesabına balalarını qoruyurlar və bir-biriləri ilə köməkləşirlər. Yəni Darvinin iddia etdiyi kimi təbiətdə yalnızca özünü düşünən, güclü olanın zəifi əzdiyi bir həyat tərzi yoxdur.
 
Terror qruplaşmaları istər ideoloji əsaslı, istərsə də dini istinadlı fanatik bir düşüncəyə sahib olsun, hər biri öz fəlsəfəsini təhsil yolu ilə hakim etmir. Silahlı qarşıdurmaları məqbul göstərən təhsil çalışmaları heç vaxt ləngiməz. Hazırlanan gənclər sonda rahat bir şəkildə insan öldürə bilən qəddar bir terroristə çevrilirlər.
 
Dövlətlərin hamısı terror qruplaşmalarının bu fəaliyyətindən xəbərdardırlar. Bütün təhsil materialları, üsulları kəşfiyyat və təhlükəsizlik orqanları vasitəsi ilə bilinir. Lakin bu təşkilatlara qarşı mübarizə apararkən təhsil sistemlərini yox etmək üçün heç bir fikri mübarizə aparılmaz. Silah gücü ilə hərbi müdaxiləyə üstünlük verilir. Halbuki hərbi metodlar bir nəticə verməz. Şiddətə qarşı daha böyük şiddətlə cavab verilər və sonu olmadan qan axmağa davam edər. Buna görə də terror təşkilatlarının ideologiyalarına qarşı tədbir görmək lazımdır.
 
Terror təşkilatlarının düşüncə sistemini necə çökdürmək olar?
 
İdeoloji əsaslı terror qruplaşmaları illərlə darvinist-materialist təhsillə beyinləri yuyulduğu üçün həyatı bir qarşıdurma və mübarizə meydanı olaraq görürlər. Bunlara qarşı başlayacaq fikri mübarizədə deyilənlərin heç bir əsası olmayan saxta inanclar olduğu izah edilməlidir. Bütün bunların mənasız olduğu elmi sübutlarla göstərilməlidir. Bütün bu ideologiyaların saxta olduğu sübut edildikdən sonra Allah sevgisi izah edilməlidir. Xüsusilə də televiziya və radio vasitəsi ilə aparılacaq fikri mübarizəyə qarşı heç bir terror təşkilatı dayana bilməz.
 
Dövlətlər bu vəzifəni ya birbaşa özləri yerinə yetirməli və ya könüllü olan qeyri-hökumət təşkilatlarına dəstək olmalıdır. Lakin bu qruplaşmaların fikir sistemləri fərqli olduğuna görə mübarizənin məzmunu da fərqli olmalıdır. Bu mübarizənin əsası təşkilat üzvlərinin düşüncələrindəki səhvləri təsirli bir şəkildə göstərmək olmalıdır. Qurana əsasən insanları İslam əxlaqına zorla deyil, yalnız gözəl sözlə dəvət etmək müsəlman üçün fərzdir. İslam əxlaqında inanc azadlığı olduğu göstərilir. Terror aktları ilə İslam əxlaqını qorunmaq mümkün deyil. Bunun İslam əxlaqına tamamilə zidd olduğu izah edilməlidir. Məktəblərdə terror qruplaşmalarının düşüncə sistemini hədəf alan dərslər keçirilməli, kitablar və mətnlər oxudulmalıdır. Konfranslar və akademik görüşlər təşkil edilməlidir. Yalnız bu formada terrorizmi yer üzündən tamamilə yox etmək mümkündür.
 
Yaşadığımız bu dövrdə terrorun bu qədər yayılmış olması, əslində bu dövrün, yəni axırzamanın bir xüsusiyyətidir. Hələ də davam edən müharibələr, qarşıdurmalar, qanlı terror aktları, qətliamlar, cinayətlər axırzamanın ən vacib şeytani gücü olan Dəccalın əsəridir. Bu sistemin əsas hədəfi insanları imandan, gözəl əxlaqdan, mənəvi keyfiyyətdən, sevgidən, şəfqətdən uzaqlaşdırmaqdır. Onları sevgisiz, təcavüzkar, vəhşilikdən və şiddətdən zövq alan vəhşi bir heyvana çevirmək və bu şəkildə dünyanı qanlı bir arenaya çevirməkdir. Ancaq bu planın heç vaxt müvəffəq ola bilməyəcəyi, Dəccalın sisteminin mütləq yox olacağı unudulmamalıdır. Meydana gətirdiyi fitnənin ölçüsü nə olursa olsun, Dəccalın fikir sistemi, doğru olmayan digər fikir axınları kimi Allah’ın bir qanunu olaraq məğlubiyyət və yox olmağa məhkumdur. Bu Allah’ın iman edənlərə verdiyi sözdür. Bir Quran ayəsində haqqın ortaya çıxacağı və batilin yox olacağı bu cür xəbər verilir:

De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!”(İsra surəsi, 81)
 
İnsanları şiddətə və terrora yönəldən səbəb vicdanlarına qulaq asmamaları, Allah qarşısında məsuliyyət daşıdıqlarını və etdikləri hər şeyin axirətdə hesabını verəcəklərini unutmalarıdır. Buna görə də terrora qarşı ən təsirli üsul onları bu yola çəkən cəhaləti aradan qaldırmaqdır. Dünyanı qana bulayan ideologiyaların ən vacib dayaq nöqtəsi darvinizm olduğuna görə darvinizmə qarşı fikri mübarizə mütləqdir. Elmi fəaliyyətlərlə birlikdə insanlara həqiqi rahatlığı və sülhü gətirəcək olan din əxlaqı da izah edilməlidir. Bu gün dünyaya Dəccalın sistemi, yəni anarxiya və şiddət hakimdir. Ancaq hər pisliyin sonu olduğu kimi, Dəccal sisteminin də sonu vardır. Allah tarix boyunca günahkar və təxribatçı olan bir çox xalqı və cəmiyyəti həlak etmişdir.