Yüzlərlə bala içindən öz balalarını seçə bilən yetkin pinqvinlər

Yüzlərlə bala içindən öz balalarını seçə bilən yetkin pinqvinlər

Bir-birlərinə çox oxşayan bu canlılara diqqətlə baxıldığında belə, fərqləndirmək demək olar ki, qeyri-mümkündür. Buna görə də, pinqvin ailələrində üzvlərin bir-birlərini heç çətinlik çəkmədən tanıya bilmələri olduqca qəribədir. Xüsusilə də dişi pinqvinin 2-3 ay boyu erkəyi və balası üçün yemək axtarışına gedib, qayıtdığında hər ikisini də tanıya bildiyi düşünülərsə...

Ana pinqvin 2 və ya 3 ay sonra geri qayıdanda, yüzlərlə pinqvin arasından balasını və erkəyini asanlıqla tapır. Daha da maraqlı olan, yetkin pinqvinlər ov üçün dənizə getməmişdən əvvəl koloniyadakı bütün balaları toplayırlar və onları sanki bir uşaq bağçasındaymış kimi bir yerə saxlayırlar. Bu davranışları dondurucu soyuğa qarşı tədbirdir. Bir yerdə olan balalar bir-birlərinə olduqca çox yaxınlaşırlar və beləcə isinirlər. Ancaq bir problem vardır. Yetkin pinqvinlər ovdan qayıdanda yüzlərlə bala arasından öz balalarını necə tapacaqlar? Bu, pinqvinlər üçün heç də problem deyil. Hər pinqvin qayıdanda olduqca yüksək səs tonuyla qışqırmağa başlayır və hər bala anasını və ya atasını səsindən tanıyaraq onların yanına gedir.