Balinalarda yeni orqan tapılıb

Balinalarda yeni orqan tapılıb

 Kiçik bir orqan nəhəng finval balinaya qidalanarkən kömək edir.

 Amerikalı və kanadalı elm adamları balinanın alt çənəsində qreyfrut böyüklüyündə bir orqan olduğunu müəyyən ediblər. “Nature” jurnalındakı xəbərə əsasən, sözügedən orqan qidanın qəbul edilməsini əlaqələndirir. Finval balina ailəsinə dünyanın ən böyük heyvanlarından bəziləri daxildir. Məsələn, uzunluğu təxminən 26 mvə çəkisi 200 tona yaxın olan dünyanın ən böyük və ən ağır heyvanı olan göy balina da bu ailədəndir. Qırtlaqdan sinəsinə, oradan da bədəninin ortasına qədər uzanan xortuma görə bu balina ailəsinə belə ad verilib. Bunlar sayəsində balinalar ağızlarını açdıqda qırtlaq kisəsi həddindən artıq genişlənir.

Balina bu yolla içində bol miqdarda krevet (kiçik dəniz xərçəngi) və ya balıq olan suyu qırtlaq kisəsində toplaya bilir. Heyvanın ağzı bağlandıqda çölə çıxan su bığlar (diş əvəzinə uzanan xüsusi sümük orqanlar) vasitəsilə süzülür və qidalar ağızda qalır.