Saxta ara keçid forması: “Proteroctopus ribeti”

Saxta ara keçid forması: “Proteroctopus ribeti”

Bir sıra təkamülçü və təkamülçülərin təsiri altında olan  qaynaqlarda “Proteroctopus ribeti” adlı fosil nümunəsi ara keçid forması olaraq təqdim olunur. Lakin heç bir qaynaqda  hansı canlılar arasında keçid təşkil etdiyi və nə üçün ara keçid forma adlandırıldıqları vurğulanmır. Sadəcə bəzi təkamülçü qaynaqlarda  bu fosildəki Osminoqun daha ibtidai formaya sahib olduğu  iddia edilir.

İndi isə  gəlin  bu  “Proteroctopus ribeti” – ilə tanış olaq. “Proteroctopus ribeti”   164 milyon il əvvələ aid bir fosildir. Orta Yura dövrünə aiddir. 1982-ci ildə, Fransanın Vult-sür-Ron bölgəsində yerli paleontologiya muzeyinin direktoru Bernard Riu tərəfindən tapılmışdır. Fosil anatomiyasının anlaşılmasına dair ətraflı araşdırmalara icazə verəcək şəkildə üçölçülü qorunub saxlanmışdı. “Proteroctopus ribeti” haqqında “Fosil Osminoqlar” adlı məqalənin sahibi  Fil Eyden fosil haqqında bunları yazır: “Proteroctopus-un bu cür heyrətverici şəkildə qorunub saxlanması Vult-sür-Rondakı unikal şərait sayəsində idi. Orta Yura dövrü ərzində, Fransa bütövlükdə (Britanny bölgəsi istisna olmaqla) dayaz tropik dənizlə örtülmüşdü və Vult dəniz yatağındakı bir hövzədə yerləşirdi. Sualtı bir cərəyan ətraf bölgələrdəki heyvanları bu oksigeni az olan hövzənin içinə çəkirdi. Belə inanılır ki, bu heyvanlar sonradan tez bir şəkildə gömülüblər, bununla da, sürətli bakteriya çürüməsinin qarşısı alınmış olub. Qəribə bir şəkildə, mineralizasiya (toxumaların minerallarla əvəz olunması) apatit, kalsit, pirit və qalena qarışığından təşkil olundu, minerallar yumşaq toxumaları mərhələ-mərhələ əvəz etdi. Hər mineral ayrı bir fosili əvəz etdi və Vultdakı şəraitdə bu proses molekulyar səviyyə baş verdi. Belə ki, bu yataq inanılmaz şəkildə qorunub saxlanmış balıqlar, qurdlar, dəniz ulduzları, dəniz kirpiləri, xərçənglər və digərlərini üzə çıxarır.” Eyden Proteroctopus-un Osmiqolarla tamamilə oxşar olduğunu vurğulayır: “Bu fosil əsil osminoqlarla tamamilə oxşar və çox yaxından qohumdur. Proteroctopus Yura dövründə yaşamışdı, hansı ki, bu, Dinozavrların Dövrü idi.”

“Proteroctopus ribeti” üzərində aparılan araşdırmaların ümumi nəticəsi isə budur. Proteroctopus-un sormac izləri daşıyan 8 qolu var. Kisəşəkilli bədəninin güclü əzələlərə sahib olduğu və başın bədəndən seçilmədiyi görünür. Sifon (molyusklardakı giriş-çıxış sifonu) da həmçinin müəyyənləşdirilib. Bundan əlavə, mantiyanın arxa tərəfindəki güclü ülgücşəkilli üzgəclər bu canlının yaxşı üzücü olduğuna işarə edir. Bir çox yumşaq bədənli ikiqəlsəməlilərin fosili kimi Proteroctopus-un da dəqiq pozisiyası müəyyən deyil. Və əgər diqqət etsək bu nəticə  hal-hazırda yaşayan osminoqların anatomik xüsusiyyətləridir. “Proteroctopus ribeti” fosilindəki Osminoqun da  səkkizqollu olması, kisəşəkilli bədən quruluşu, güclü əzələlərə sahib olması, sifonunun olması  əslində bu fosildəki canlının bir ara keçid forması olmadığını və hal – hazırda yaşayan Osminoqlarla eyni  anatomik quruluşa malik olduğunu göstərir.  Dolayısı ilə də təkamülçülərin  bu fosili  ara keçid kimi təqdim etmək cəhdlərinin heç bir faydası yoxdur. Çünki ideoloji yanaşma və qərəzli münasibət xaricində “Proteroctopus ribeti”- in ara keçid forması olduğunu isbat edəcək heç bir elmi dəlil mövcud deyil.  Çünki bir canlının ara-keçid forması olması üçün  özündən əvvəlki canlı ilə təkamül edəcəyi canlının hər ikisinin xüsusiyyətini daşıyan, asimmetrik, pataloji quruluşa malik olmaldır. Lakin  “Proteroctopus ribeti”  fosilindən də göründüyü kimi bu canlı  pataloji və asimetrik deyil, yəni tamamilə funksional orqanlara sahib bir canlıdır. Və bütün bu elmi faktlar  “Proteroctopus ribeti” –nin ara keçid forması olmadığını və  bu fosildəki Osmiqun hal- hazırda yaşayan Osminoqlarla eyni  olduğunu göstərir.