Korluğa çarə olacaq yeni texnoloji icadlar

Korluğa çarə olacaq yeni texnoloji icadlar

1 - Süni buynuz qişa ilə korluq necə aradan qaldırılacaq?

2 - Torlu qişa protezləri ilə düzəldilən bionik gözün üstünlükləri nələrdir?

3 - Rəng korluğunu aradan qaldıracaq eynəklərin iş prinsipi nədir?

Görmə qabiliyyətini itirmək xüsusiyyəti daşıyan korluq xəstəliklər, qəzalar, irsi səbəblər və zəhərlənmə kimi müxtəlif səbəblərdən yaranır. Allah’ın qullarına lütf etdiyi çox böyük bir nemət olan görmə qabiliyyətinin olmaması insanın həyatında olduqca böyük maneələr törədir. Lakin son illərdə korluğun çarəsi ola biləcək texnoloji inkişaf diqqəti cəlb edir. Şübhəsiz ki, korluğun çarəsi ola biləcək bu inkişaflar həm də  hz. Mehdinin (əs) çıxış əlamətlərindəndir. Belə ki, Peyğəmbərimiz (səv) korların sağaldılmasının Hz. Mehdinin (əs) çıxış əlamətlərindən biri olduğunu bildirmişdir:

“İmam Zaman ((Hz. Mehdi (əs) dövründə korlar görmə qüvvəsini qazanacaq…”) (Bihar-ül Envar, cild 51, səh 70)

Suni buynuz qişa ilə korluq aradan qalxacaq

Buynuz qişa gözün ön tərəfindəki xarici qismində yerləşən olduqca şəffaf bir təbəqədir. İşığın təqribən doxsan səkkin faizini keçirir ki, bu da pəncərə şüşəsinin şəffaflığına yaxındır. Buynuz qişa canlı toxuma olduğu üçün müntəzəm şəkildə qidalanır və hüceyrələrdən ibarətdir. Əşyaları dəqiq görə bilmək üçün buynuz qişa hər zaman şəffaf  və çox həssas olmalıdır. Çünki şəffaflığını  itirdiyi anda gözə lazımi qədər işıq daxil ola bilmədiyi üçün görüntü bulanıqlaşır.

Buynuz qişanın bu qədər şəffaf olmasının səbəbi onu əmələ gətirən liflərin həssas nizamla düzülmələridir. Bu düzülüşə edilən hər hansı bir müdaxilə buynuz qişanın qaralmasına və görüntünün bulanıqlaşmasına səbəb olur. Buna görə də buynuz qişası anadangəlmə və ya qəza nəticəsində zədələnmiş insanlar görmə qabiliyyətini itirirlər. Bu cür insanın görmə qabiliyyətini yenidən qazana bilməsi üçün ona buynuz qişa köçürülməlidir. Lakin belə xəstələrin buynuz qişaya olan ehtiyacı ölən insanlardan nəql yolu ilə alınan buynuz qişalarla əvəzləşdirilir. Bu yolla əldə edilən buynuz qişa miqdarı isə ehtiyacın hamısını ödəyə bilmir. Belə ki, hər il dünyada buynuz qişa köçürülməsi üçün növbə gözləyən yüz minlərlə insan vardır. Təkcə Avropada bu rəqəm 40.000-ə yaxındır.

Tədqiqatçılar son illərdə bu problemi həll etmək məqsədi ilə süni buynuz qişa istehsal etdiklərini bildirmişlər. Beləliklə, həm buynuz qişa köçürülməsi üçün xeyriyyəçi azlığı olduqda bu problem süni protezlərin istifadəsi ilə həll oluna biləcək, həm də təbii buynuz qişa köçürülmələrində rast gəlinən uyğunlaşmama riski protez buynuz qişa ilə aradan qalxacaq. Təkmilləşdirilən buynuz qişanın iki forması vardır. Onlardan biri köçürülmə aparılan, lakin protezi qəbul etməyən xəstələr üçün olacaq. Bu protez köçürülmə yolu ilə korluğu aradan qaldırıla bilməyən xəstələr üçün ümid işığı olacaqdır. Tədqiqatçıların işıq qəbul etmək xüsusiyyətini itirmiş buynuz qişanın yenidən bu xüsusiyyətini qazanması üçün təchiz etdikləri və art cornea  adlandırdıqları süni buynuz qişa polimer əsaslı və mayeni hopduran xüsusiyyətə malikdir. Xüsusi bir təbəqəyə malik olan bu süni buynuz qişa köçürüldüyü toxumanın dayanıqlılığına və optik xüsusiyyətinə heç bir maneə törətmədən uyğunlaşır ve kimyəvi amillərlə hüceyrənin inkişafını təmin edən xüsusiyyət qazanır.

Tədqiqatçılar süni buynuz qişanın optik səthini genişləndirərək işığın daxil olacağı sahəni  artırmağı və buynuz qişaya əvvəllər mümkün olmayan bir xüsusiyyəti də qazandırmağı nəzərdə tuturlar. “Art cornea”ya köçürüldükdən sonra bir neçə tikişdən başqa kənardan heç nə bilinmir. Bu süni buynuz qişa olduqca asan transplantasiya və immun sistemində mənfi təsir yaratmaması baxımından çox əlverişlidir.

Transplantasiya üçün istifadə ediləcək ikinci süni buynuz qişanın isə bioloji materialı hazırlanmışdır. Bu material süni buynuz qişanın xəstənin göz toxuması ilə əlaqəyə girməsinə kömək edir, həm də protezdəki incə optik hüceyrələr sərbəst qalır. Tədqiqatçılar təkmilləşdiriləcək ikinci buynuz qişanın, əsasən, ilkin müalicədə istifadəsini planlaşdırırlar.

Torlu qişa protezləri ilə bionik göz

Torlu qişa buynuz qişa və büllurdan sınaraq keçən şüaların düşdüyü təbəqə, başqa sözlə, görüntünün əmələ gəldiyi bölgədir. Bura düşən görüntü elektrik siqnallarına çevrilərək beyinə göndərilir. Lakin şəkər və hipertoniya xəstəliyinə bağlı qanamalar, torlu qişada damar tutulmaları, torlu qişa yırtılmaları, sarı nöqtə xəstəliyi, anadangəlmə torlu qişa xəstəlikləri, torlu qişa altında maye toplanması, torlu qişa ödemi, gözə girən yad cisimlər, makula deşikləri, vitreoretinal səthin pozğunluqları və torlu qişa şişləri torlu qişadan qaynaqlanan korluğa səbəb olur. Bu cür korluğa qarşı ABŞ tədqiqatçıları işıq enerjisi ilə işləyən bionik göz düzəltməyə müvəffəq olmuşlar. Stanford Universiteti tərəfindən təkmilləşdirilən bu bionik göz hal-hazırda mövcud olan göz protezlərindəki batereya istifadəsinə son qoyacaq, daha yaxşı görmə qabiliyyəti qazandıracaqdır. Bu texnoloji irəliləyişdən əvvəlki torlu qişa protezləri gözün arxasındakı sinirləri hərəkət etdirmək üçün istifadə edilir və bəzi xəstələrə müəyyən bir səviyyəyə qədər görmə qazandırırdı. Lakin bu cür protezlərdə torlu qişanın arxasına kiçik bir alət, qulağın arxasına isə batereya yerləşdirilir və alət ilə cihaz bir kanal vasitəsilə əlaqələndirilir. Beləliklə, xəstənin istifadəsi baxımından həm estetik görünür, həm də praktik olur.

Yeni düzəldilən bionik göz isə xəstənin taxacağı xüsusi eynəklər sayəsində infraqırmızı şüanı gözə yönləndirəcək, protez bu cür işə başlayacaq və görmək üçün lazım olan məlumatları görmə qabiliyyətini itirmiş insana çatdıracaqdır. Bu yeni protez üsulu ilə xəstələr mürəkkəb elektron avadanlıqlardan və şunurlardan xilas olacaqlar. Yeni bionik gözdə  torlu qişanın arxasına yerləşdirilən hissə bir günəş paneli kimi işləyir və görmə qabiliyyətini itirmiş insanın taxacağı kameralı eynək insanın önündəki görüntünü saxlayacaq, torlu qişadakı kiçik alətə yaxın infraqırmızı şüa göndərəcək və sinirlərə ötürülən elektrik siqnalı əmələ gələcəkdir. Bu üsulla təbii işığın protezi işə salması üçün lazım olan enerjinin sadəcə mində biri istifadə ediləcəkdir. Bu şəkildə torlu qişa xəstəlikləri səbəbindən görmə qabiliyyətini itirmiş xəstələr yeni protez sayəsində lazımi görmə qabiliyyəti əldə edəcəklər.

Sağlamlığın və görməyin nə qədər böyük bir nemət olduğunu anlamaq üçün mütləq sıxıntılı xəstəliklərlə qarşılaşmaq və ya kor olmağa ehtiyac yoxdur. Möminlər Allah’ın verdiyi sağlamlıq üçün və görmək kimi mükəmməl bir nemətə sahib olduqları üçün hər zaman şükür edərlər. Bir xəstəliklə qarşılaştıkları zaman da yalnız Allah’dan kömək istəyər, Qurana uyğun şəkildə təvəkküllü davranarlar. Allah bir ayəsində belə buyurur:

“Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız.” (Nəhl surəsi, 53)

Rəng korluğunu aradan qaldıracaq eynəklər

Bütün həyatı boyu insan milyonlarla görüntü ilə qarşılaşır. Bu görüntülər içərisində insana xoş gələnlər, əsasən, rəngli olanlarıdır.

Bir mənzərəyə baxdıqda  rənglərin harmoniyası, gözəlliyi insanın xoşuna gəlir. Məsələn, bir çiçək tarlasındakı o möhtəşəm rəngarənglik, rənglər arasındakı harmoniya insanın içini açar. Səmanın, dənizin göz oxşayan rəng tonları, çiçəklərdəki möhtəşəm sənət və daha neçə-neçə estetik görüntü rənglər sayəsində vardır.

İşığın müəyyən dalğa uzunluqlarına, xüsusilə, intensiv şəkildə reaksiya verən üç əsas konus qrup vardır ki, bunlar mavi, yaşıl və qırmızı koniler olaraq təsnif olunurlar.

Qırmızı, mavi və yaşıl təbiətdəki  üç əsas rəngdir. Bu rənglərin fərqli kombinasiyalarda və tonlarda birləşmələri nəticəsində digər rənglər əmələ gəlir. Qırmızı və yaşıl rəng qarıştırıldığı zaman sarı rəng ortaya çıxır. Piqment hüceyrələri də bu əsas fizika qanununa uyğun olaraq işləyirlər; qırmızıya və yaşıla həssas olan konusların bərabər ölçüdə qıcıqlandırılmaları sarı rəng hissini yaradır. Qırmızı, mavi, yaşıl konusların eyni ölçüdə qıcıqlandırılmaları ağ rəng hissini yaradır. Üç əsas rəngi qəbul edən hüceyrələrin fərqli şiddətlərdə və kombinasiyalarda qıcıqlandırılmaları ilə insan həyatındakı bütün rənglər ortaya çıxır. Yalnız bura qədər bəhs edilənlər  torlu qişa ilə əlaqədar hissəni əhatə edir və bir nəzəriyyədən başqa bir şey deyil. Beynin gələn siqnalları necə aydınlaşdırdığı hələ də bilinmir.

Göründüyü kimi, rəngləri ayırd etmək olduqca mürəkkəb bir işdir. Hazırkı texnologiyadan bir nümunə versək, bu prosesin çətinliyi daha yaxşı başa düşüləcək. Rəngli televizor ekranları da eynilə gözdəki sistemə bənzər şəkildə işləyir. Fərqli dalğa boylarındaki rənglər yan-yana, yaxın bir nisbətdə yerləşdirilirlər. Əgər televizor ekranından götürülən bir rəsimə yaxından baxılsa, görüntünün qırmızı, yaşıl və mavi rənglərdəki çox kiçik sahələrdə birləşməsindən əmələ gəldiyi görünər. Biraz arxadan baxıldığı zaman rənglər yenidən birləşər və ekrandakı normal rənglər ortaya çıxar.

Bəhs edilənlərdən aydın olduğu kimi, hal-hazırda sahib olduğunuz görüntünün əmələ gələ bilməsi üçün son dərəcə mürəkkəb rəng ölçüsü nizamlanmalıdır. Milyonlarla konus hüceyrəsinin göndərdiyi siqnalların sərtliyi hesablanmalı, daha sonra bu siqnallar deşifr edilməlidir. Üstəlik, bu proses tək bir an və ya bir saat üçün, tək bir insan və ya minlərlə, yüzlərlə insan üçün edilmir. Hər insan həyatı boyu milyardlarla görüntü ilə qarşılaşır və müntəzəm olaraq bu görüntülərə aid rəng hesablaması tənzimlənir.

Məhz rəng korları da Allah’ın yaratdığı möhtəşəm gözəllikdəki varlıqların sahib olduqları  bəzi rəngləri ayırd edə bilmirlər. Əsasən kişilərdə rast gəlinən xəstəlik olan rəng  korluğu  qırmızı, yaşıl və ya mavi rənglərdən ən az bir və ya bir neçəsini ayırd edə bilməmək halıdır. Lakin ABŞ-ın Boiz Steyt Universitetində (Boise State University) aparılan araşdırmalar insanların rəngləri ayırd edə bilməmək vəziyyətini aradan qaldıracaq bir eynək düzəltməyə müvəffəq olmuşlar. Tədqiqatçılar rəngləri görməyin tamamilə rənglər və qanın fiziologiyası arasındakı əlaqəyə əsaslandığını kəşf etmişlər. Bu kəşf sonrası əldə etdikləri eynək dəridəki oksidləşməni ayırd edən bir sistemlə hemoqlobin sıxlığındakı dəyişmənin hiss olunmasıını əngəlləyir və eynək bu filtrəmək sayəsində qırmızı-yaşıl rəngləri ayırd edir. Ancaq bu eynəklər taxılı olduqları zaman bunu edərkən sarı-mavi rənglərin ayırd edilməsi çətinləşir.

Bura  qədər bəhs edilən və korların olduqları mühiti daha yaxşı hiss etmələrini təmin edən teknoloji ixtiralar, əlbəttə,  görmə qüsurunun aradan qalxmasına çarə olacaqdır. Lakin  gözün içindəki bu son dərəcə mükəmməl hesablanmış sistemə və bu sistemin əmələ gətirdiyi qüsursuz görüntüyə əsla sahib ola bilməyəcəkdir. Çünki bir-birləri ilə uyğunluq içərisində yaradılan iki gözün göndərdikləri siqnalların yenə böyük bir uyğunluq ilə yaradılan beyin tərəfindən dəyərləndirilməsi nəticəsində ortaya qüsursuz bir görüntü çıxır. Belə bir sistemin varlığını təsadüflərlə açıqlamaq ağılsızlıqdır. Allah’ın yaratmasındakı qüsursuzluq bir ayədə belə xəbər verilir:

“Yeddi göyü qat-qat yaradan da O’dur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?” (Mülk surəsi, 3)