Həyati orqanlarımızdakı bərpa və yenilənmə

Həyati orqanlarımızdakı bərpa və yenilənmə

Bədənimizdə fərqinə varmadığımız, cox vaxt da varlığından belə xəbərdar olmadığımız hadisələr böyük nizam içində meydana gəlir. Həyatımız üçün vacib olan orqanlarımızı öz iradəmizlə işlədə bilmirik. Orqanlarımız Rəbbimizin möcüzə olaraq yaratdığı qüsursuz sistemlərdən biridir. Bu orqanların hər biri insan hələ ana bətnində kiçik bir hüceyrə şəklində ikən fəaliyyətə başlayır və ölənə qədər vəzifəsini qüsursuzca yerinə yetirir.

Tədqiqatlar nəticəsində ürək, beyin, qaraciyər kimi həyati funksiyalara sahib olan orqanlarımızda hər hansı bir çatışmazlıq olanda bəzi zülalların və ya hüceyrələrin fəaliyyətə başlayaraq, bu orqanları bərpa etdiyi məlum olmuşdur. Təbii ki, tibbi məlumatı olmayan zülalların zərəri təsbit edərək, buna qarşı tədbir görmək və həyat xilas etmək kimi şüurları yoxdur. Lakin onlar yer üzündəki bütün insanlarda eyni vəzifəni yerinə yetirmək üçün hazırdırlar. Bu üstün xüsusiyyətlərə sahib olan zülal nə insan ağlının, nə də xəyali təkamül müddətinin əsəri deyil. Bu, yaratdığı hər şeyə nizam, intizam və qüsursuzluq verən Allah’ın yaratmasıdır. Allah hər varlığın bütün ehtiyaclarına yetən (Kafi), əhatə edən (Muhit) və dilədiyini dilədiyi kimi etməyə qadirdir (Qadir). O, şükür edilən və bütün yaradılmışların dili ilə yeganə təriflənəndir (Həmid). O, örnəksiz olaraq yaradandır (Bədi). Quranda bu həqiqət belə bildirilir:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)

Beyinin özünü bərpa etməsi

Tədqiqatçılar ChAT+ neyron hüceyrələri adlanan hüceyrə birliyinin kök hüceyrələri ilə açıq şəkildə əlaqə qurduqlarını və yeni sinir hüceyrələrinin yaradılmasını təşkil etdiklərini kəşf etdilər.

Duke Universiteti Beyin Elmləri İnstitutunun professoru Kuo: “Yetkin beynində sinir hüceyrəsi yaradılmasının necə təmin olunduğunu müəyyən etməyə çalışırıq. Bu gizli yolun ortaya çıxması gözlənilməz və həyəcanverici bir şeydir. Sinir sisteminin işləmə prinsipi bildiyimiz elektrik axınının elektrik naqili vəzifəsini yerinə yetirən sinir hüceyrələri tərəfindən ötürülməsindən asılıdır. Yəni hal-hazırda istifadə olunan elektron sxemlərlə eyni prinsipə əsaslanır. Sinir hüceyrələrinin bu axınlardan məna çıxararaq öz aralarında əlaqə qurmaları möhtəşəmdir“.

Ürəyin özünü bərpa etməsi

İnfarkt zamanı qanın ürəyə axması anidən dayanır, ürək hüceyrələri ölür və ürəkdə bərpası mümkün olmayan zərərlər meydana gəlir. Ürəkdə ortaya çıxan bu təxribatla xəstə bundan sonrakı həyatına həyat səviyyəsi aşağı düşmüş şəkildə davam edir.

Bir müddət əvvəl, digər orqanların əksinə ürəyin özünü yeniləmə xüsusiyyətinə sahib olmadığı düşünülürdü. Lakin bu zərərin bədən tərəfindən kompensasiya edildiyi məlum oldu. Uşaqlarda ürəyin inkişafında açar rol oynayan timosin beta 4 (TB4) adlı zülal yetkinlərin ürəyində ’’yuxudakı’’ kök hüceyrələrini oyandırır. Bir çox canlının toxumalarında olan α 1 ve β 4 olmaqla iki tip timosin adlanan bu kiçik zülallar bədəndəki hüceyrələri yenidən proqramlama xüsusiyyətinə sahibdirlər. Hal-hazırda dərman kimi verilən bu zülal kök hüceyrələrə ürəyin bərpa olunması ilə bağlı bir kod yollayır. Beləliklə, başqa müalicə lazım olmadan ürək özü özünü müalicə edir. Dərman şəklində verilən bu zülal kök hüceyrələrinin ürək və damar hüceyrələrinə çevrilməsini təmin edərək ürəyin çalışmasını 25% artırır, zərər görmüş ürək hüceyrələrini bərpa edir və ürəyi qidalandıran damarların artmasına, əzələlərin öz-özünü bərpa etməsinə yardım edir.

Qaraciyərin özünü yeniləmə xüsusiyyəti

Qaraciyərin 70%-ə qədəri əməliyyatla götürülsə belə, o, bir-iki həftə ərzində yenidən funksiyalarını yerinə yetirəcək həcmə çatır.

Qaraciyərin regenerasiya (özünü yeniləmə) faəliyyətini hansı mexanizmlərin gerçəkləşdirdiyi hələ də məlum deyil.

Bu sistemin heyrətamiz xüsusiyyətindən biri də qaraciyər hüceyrələrinin inanılmaz sürətlə bölünməsi və bu zaman vəzifələrini də normal şəkildə yerinə yetirmələridir. Vəzifə yerinə yetirildikdən sonra hüceyrə bölünməsinin nə vaxt dayanacağına ortaq qərarla anidən son qoyulması isə daha da heyrətamizdir. Bu məqamda aşağıdakı suallar yaranır:

Hüceyrələr nə qədər çoxalacaqlarını və nə zaman dayanacaqlarını haradan bilirlər? Onlara hərəkət etmə əmri və ya dur əmri haradan gəlir?

Əgər bir yerdən “dur” əmri almırlarsa, digər orqanları narahat edəcək dərəcədə böyüməmələrinə özlərimi qərar verirlər?

Şübhəsiz, şüuru olmayan hüceyrələrin bunlardan birini belə həyata keçirməsi mümkün deyil. Bu möcüzəvi işi başlanğıcından sonuna qədər yaradan və nizama qoyan, lazımi əmrləri verən Allah’dır.

Dərinin özünü yeniləməsi

Dərinin xarici mühitdə qarşılaşacağı ilk təhlükələrdən biri yaralanmadır. Dəridə yaralanma meydana gələndə müdafiə hüceyrələri dərhal hərəkətə keçir, əvvəl oradan içəri sızan düşmənlərə qarşı mübarizə aparırlar. Sistemə sızmağa çalışan mikrob və yad hüceyrələrə qarşı mükəmməl mübarizə apararkən, digər tərəfdən də “fibrin” adlanan lifli zülal istehsal edərək dərini təmir etməyə çalışırlar. Çünki dərinin əsas qoruyucu funksiyası onun xarici qatını təşkil edən ölü hüceyrə qatıdır. Hüceyrə bölünməsi ilə yaranan hər yeni hüceyrə dərinin daxili hissəsindən səthə doğru hərəkət edir. Bunu edərkən, hüceyrədaxili maye, yəni sitoplazma möhkəm zülal olan keratinə çevrilir. Bunun sayəsində hüceyrə ölür. Yaranan keratin maddəsi çox möhkəmdir və həzm fermentləri ilə parçalanması mümkün deyil. Bu, möhkəmlik deməkdir. Bədənə daxil olmaq istəyən bakteriya və göbələklər dərinin xarici təbəqəsində bir şey tapmırlar. Bundan başqa, keratinli ölü hüceyrələr daim dərinin üzərindən tökülürlər. Bu yolla itirilən hüceyrələr altdan yeni gələnlərlə doldurulanda, o hissələrdə içəri nüfuz edilməsi çətin olan bir bariyer qurulur.

İnsan bədənindəki orqanların möcüzəvi işini izah etmək belə ağıl tələb edərkən, bu sistemin təsadüfən yarandığını iddia etmək, təbii ki, ağılsızlıq olar. Bu cür qüsursuz bir sistem şüursuz təsadüflərlə mövcud ola bilməz. İnsanın içində belə bir mükəmməl sistemin qurulması onun Allah tərəfindən yaradılmasının açıq-aydın dəlilidir.

Biz sizi yaratdıq. Məgər təsdiq etməzmisiniz? Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan yaradan sizsiniz, yoxsa Biz?! Sizin aranızda ölümü (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik və Biz əsla aciz deyilik. (Vaqiə surəsi, 57-60)

Orqanlarımız özlərini nə qədər zamanda yeniləyirlər

Ürək - 20 il

Saçlar - 3-6 il

Mədə divarı - 3-5 gün

Bağırsaq - 2-5 gün

Sümük - 10 il

Dil - 10 gün

Qaraciyər - 6 ay

Ağciyər - 1 il

Bədənimizdəki bərpa və yenilənmə fəaliyyətləri gələcəkdə, çox güman ki, paraliç kimi sinir toxumasının itirilməsindən yaranan və ya hal-hazırda hələ müalicəsi mümkün olmayan xəstəliklərin müalicəsinə yardım edəcək. Elmdəki nailiyyətlər Peyğəmbərimizin (s.ə.v) axırzamanda insan ömrünün uzanacağına dair buyurduğu hədislərinin də doğruluğuna işarə edir.