Həyəcan siqnalı verən bitkilər

Həyəcan siqnalı verən bitkilər

Bir çox insan elə düşünür ki, bitkilər təhlükədən qaça bilmədikəri üçün düşmənlərinə dərhal təslim olurlar. Ancaq aparılan tədqiqatlar bunun heç də belə olmadığını sübut edir. Əksinə bitkilər də ağıllı taktikalarla düşmənlərindən müdafiə olunurlar.

Məsələn, yarpaqlarını gəmirən böcəkləri uzaqlaşdırmaq üçün zərərli kimyəvi maddə ifraz edirlər, ya da böcəklərlə qidalanan ovçu böcəkləri cəlb edən kimyəvi qoxu ifraz edirlər. Şübhəsiz ki, bu taktika çox məntiqlidir. Təsərrüfat fəaliyyətlərində də bu taktikanı təqlid edirlər. Almaniyadakı Maks Plank Kimyəvi Ekologiya İnstitutunda bitkilərin müdafiə genetikası sahəsində tədqiqatlar aparan Conatan Gerşenzon (Jonathan Gershenzon) deyir ki, bu ağıllı strategiya çox yaxşı təqlid edilsə, əkinçilikdə məhsulları zəhərsiz dərmanlamaq düşünülür.

Məsələn, bitkiyə böcəklər hücum edəndə bu böcəklərlə qidalanan ovçu böcəkləri özlərinə cəlb edən, uçan təbii kimyəvi maddələr ifraz edir. Köməyə çağırılan böcəklərin xüsusiyyəti isə yumurtalarını bu tırtılların içinə qoymalarıdır. Yumurtadan çıxan yeni sürfələr isə bu tırtıllarla qidalanaraq böyüyürlər. Beləcə, əkinə zərər verən tırtıllar dolaylı strategiya sayəsində məhv edilirlər. Bitkinin yarpaqlarının bir tırtıl tərəfindən yeyildiyini bilməsi isə yenə kimyəvi üsullarla gerçəkləşir. Bitki yarpaqlarını itirdiyi üçün yox, tırtılın tüpürcəyindəki kimyəvi maddələrə reaksiya vermək üçün belə həyəcan siqnalı verir. Bəs şüuru və ağlı olmayan bir bitki ona zərər verildiyini necə anlayır? Həmçinin bitki ona kömək edən böcəyi özünə cəlb etmək üçün uçan xüsusiyyəti olan kimyəvi maddəni necə istehsal edir? Hələ soruşulmalı olan bir çox sualdan bitkinin özünün belə ağla və şüura sahib olmadığı cavabını alırıq. Şübhəsiz ki, təbii beyni belə olmayan bir bitkinin problem həll etməsi, bir kimyaçı kimi maddələri təhlil etməsi, hətta istehsal etməsi mümkün deyil. Şübhəsiz dolaylı olaraq bir düşməni tələyə salmaq üstün ağlın işidir. Bu ağıl bitkini qüsursuz xüsusiyyətlərlə yaradan və özünü qorumaq üçün nələr etməli olduğunu ona ilham edən Allah`a iddir. Allah bir ayəsində belə buyurur:

“O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik.” (Taha  surəsi, 53)