Qadınları alçaldan nəzəriyyə : DARVİNİZM

Qadınları alçaldan nəzəriyyə : DARVİNİZM

Sosial darvinizmin irqçiliyə, faşizmə və imperializmə (və digər tərəfdən də kommunizmə) verdiyi sözdə elmi dəstək, ümumiyyətlə, bilinən və çox yazılan bir mövzudur. Çox bilinməyən həqiqət isə Çarlz Darvin də daxil olmaqla, bir çox darvinistin qadınların həm bioloji, həm də əqli cəhətdən kişilərdən aşağı olduqlarına inanmasıdır. Darvinistlərin kişilərlə qadınların arasında mövcud olduğunu iddia etdikləri əqli fərq o qədər əhəmiyyətli dərəcədədir ki, bəzi təkamülçülər qadın və kişini iki fərqli fiziki növə ayırmışdır. Onlara görə, kişilər homo frontalis, qadınlar isə homo parietalisdir.

Darvinin qadınları aşağı növ olaraq təyin etməsinin səbəbi təbii seleksiyaya əsaslanan dünyagörüşünə sahib olmasıdır. Darvinistlərin bu elmdən kənar və ağılsız fikrinə görə, kişilər qadınlara nisbətən döyüşmək, yoldaş tapmaq, yemək və geyim əldə etmək üçün rəqabət aparmaq kimi mövzularda seçimə daha çox məruz qalırlar; qadınlar isə tarix boyu bu cür seçimlərdən uzaq qalmışlar. Bu elmi dayağı olmayan mənfəətə görə, təbii seleksiya kişilərin üzərində böyük güc tətbiq etdiyi üçün kişilər hər sahədə daha üstün mövqeyə gəlmiş, qadınlara nisbətən daha çox təkmilləşmişlər. Darvinin bu mənfəəti elmi tapıntılara əsaslanmır, tamamilə təkamülçü ön mühakimələrin nəticəsində xəyali olaraq ortaya atılmışdır.

Bir çox tədqiqatçı Darvinin təbii seleksiya haqqındakı fikirlərinin cinsiyyət ayrı-seçkiliyini təşviq etdiyini ortaya qoyur. Məsələn, tarix və fəlsəfə professoru E.Riçards Darvinin qadınların təbiəti haqqındakı görüşlərinin təkamül nəzəriyyəsinə də əks olunduğu və bu səbəbdən, nəsillər boyu (sözdə) elmi qadın ayrı-seçkiliyini bəslədiyi nəticəsinə gəlmişdir. Təkamülçü elmi yazıçı E.Morqan isə Darvinin biologiya, etnologiya və digər bəzi elm sahələrindən istifadə etməklə kişiləri qadınların aşağı və dəyişə bilməz şəkildə ikinci sinif olduqlarını düşünmələri üçün təşviq etdiyini ifadə edir.

Təkamülçü elm adamı C.R.Durantın ifadə etdiyi kimi, irqi və cinsi ayrı-seçkilik təkamül nəzəriyyəsinin müəyyən nəticələrindən ikisidir:

Darvin fikrini heyvan və insanların görünüşləri ilə əlaqədar bəzi müşahidələrə əsaslandırdı. Kiçik beyni və qavrayışı olan, daha qüvvətli qolları ilə məntiqdən çox instinktə malik həyat sürən vəhşilər təbiət və insan arasında orta mövqeyə yerləşdirilmişlər. Daha sonra Darvin bu sıralamaya uşaqları və doğuşdan əqli zəifləri və eyni zamanda, qadınları da daxil etmək məqsədi ilə genişləndirmişdir. Darvin qadınların hiss, sürətli qəbul etmə və bəlkə təqlid kimi güclərinin aşağı irqlərin, dolayısilə, qədim və aşağı mədəniyyət səviyyəsinə malik insanların xüsusiyyətlərinə bənzər olduğunu düşünürdü.

Durantın bəhs etdiyi Darvinin yanılmaları “İnsanın törəməsi” adlı kitabında belə keçir:

Ümumiyyətlə, qadınlarda hiss, sürətli qavrayış və bəlkə təqlid gücü kimi xüsusiyyətlərin kişilərə nisbətən daha diqqəti cəlb edən olduğunu etiraf etmək olar; ancaq bu qabiliyyətlərdən (heç olmasa) bəziləri aşağı irqlərə və bu səbəbdən də qədim və aşağı mədəniyyət səviyyəsinə aid xüsusiyyətlərdir.

Darvinin qadınlar və evlilik haqqındakı ümumi düşüncələri də düşünüldüyündə qadınları ikinci sinif və aşağı səviyyəli varlıqlar kimi gördüyü açıq şəkildə bəlli olur. Darvin bu elmdən kənar fikrini nəzəriyyəsinə də əks etdirmişdi. Evliliyin niyə faydalı olduğunu özünə görə belə açıqlayırdı:

Uşaqlar, daimi dost, yaşlı vaxtlarda maraqlı birisi, sevilən və oyun oynamağa bir nəfər... Hər şeyə baxmayaraq, itdən daha yaxşı bir şey. Ev və evlə maraqlanan bir adam. Musiqidən, havadan və sudan söhbətlər. Bunlar sağlamlıq üçün yaxşı şeylərdir.

Qısacası, Darvin evliliyi "bir qadının yoldaşlığı necə də olsa, bir itin yoldaşlığından daha yaxşıdır" məntiqi ilə lazımlı görürdü. Darvin evliliklə əlaqədar ifadələrində bütün həyatını birlikdə keçirən iki insanın arasındakı dostluq, sevgi, hörmət, bağlılıq, sədaqət, yaxınlıq, səmimiyyət və güvən kimi xüsusiyyətlərdən heç danışmırdı. Bundan başqa, Darvin evlilik haqqında bunları da deyirdi:

Vaxt itkisi; axşamlar oxuya bilməzsən, köklük və tənbəllik, narahatlıq və məsuliyyət, kitablar və s. üçün daha az pul ayırmaq, əgər çox uşağınız varsa, dolanışıq çətinliyi... Bəlkə yoldaşım Londonu sevmədi, onda key və tənbəl bir axmaqla birlikdə sürgün həyatı yaşayıb cəzalanmış olaram.

İnsanların heyvanlardan əsaslı fərqinin olmadığını, xüsusilə qadınların və uşaqların heyvanlara daha yaxın varlıq olduğunu zənn edən bir insan üçün belə ağıl və vicdandan uzaq ifadələr çox təbiidir. Yoldaşını və uşaqlarını aşağı növ kimi görən insan, əlbəttə ki, onlara sevgi, hörmət göstərməz, onlar üçün fədakarlıq etməz və onlara qarşı hər hansı bir gözəlliyin olmasını istəməz; mənfəətinə uyğun olmadıqca onlarla maraqlanmaz. Əslində, Darvinin ifadələri darvinist əxlaqda insan sevgisinin, yaxınlıq və dostluğun yaşana bilməyəcəyini bir daha göstərir.

Darvin özünə görə kişilərin qadınlardan daha üstün olduqları iddiasını isə belə ifadə etmişdir:

İki cinsin əqli cəhətdən fərqlərini kişilərin dərin düşünmə, məntiq, təxəyyül və ya yalnız duyğu və əllərdən istifadəni tələb edən hər işdə qadınlardan daha yüksək mövqelərə çatmaları göstərir. Şeir, şəkil, heykəltəraşlıq, musiqi, tarix, elm və fəlsəfə mövzularında öndə gələn qadın və kişilərin siyahısı hazırlansaydı, iki siyahını müqayisə etmək mümkün olmazdı. Bay Qaltonun “Hereditary genius” (İrsi dahi) adlı kitabında çox gözəl ifadə etdiyi kimi, əgər kişilər bir çox mövzuda qadınlar üzərində mübahisəsiz şəkildə üstünlüyə sahibdirlərsə, onda kişilərin orta hesabla zehin gücünün qadınlara nisbətən yüksək olması nəticəsini orta hesablardan kənarlaşma qanunundan çıxara bilərik.144

Şübhəsiz, Darvin bu yanlışlığı önə sürərkən heç bir elmi sübuta əsaslanmırdı. Darvinin qadınlar haqqındakı bu cür və ön mühakiməli iddiaları sürətlə öz dövründəki elm adamları arasında yayıldı.

Cenevrə Universitetində təbiət tarixi professoru olan materialist K.Voqt Darvinin gəldiyi bütün nəticələri (heç bir elmi qiymətləndirməyə qoymadan) qəbul edir və uşaq, qadın və qoca ağ dərilinin yetkin zənci ilə eyni zehni xüsusiyyətlərə və şəxsiyyətə sahib olduğunu, dolayısilə, onların aşağı sinifdən olduqlarını iddia edirdi. Voqt daha da irəli getmiş və qadınların kişilərdən çox aşağı heyvanlara yaxın olduğu yalanını önə çəkmişdi. Voqtun səhv düşüncələrinə  görə, qadın təkamülü erkən dayandığı üçün inkişafı əngəllənmiş insan idi.146 Voqtun bir başqa yanlış iddiasına görə, mədəniyyət irəlilədikcə qadınla kişi arasındakı uçurum daha da böyüyürdü. Məsələn, Avropanın öndə gələn cəmiyyətlərində bu fərq daha böyük idi. Darvin Voqtun hədyanlarından olduqca təsirlənmişdi və onu ən əhəmiyyətli tərəfdarlarından hesab etdiyinə görə qürur hissi duyurdu.

Tarixin bir çox dövründə və Darvinin yaşadığı dövrdə (cəmiyyətlərin cəhaləti və geri qalmışlığı səbəbi ilə) qadınların müxtəlif sahələrdə arxa planda saxlandığı və bunun böyük nisbətdə reallaşdığı doğrudur. Ancaq bu, tamamilə yerli mədəniyyətdən, cəmiyyətin və ətrafın təsirindən qaynaqlanan vəziyyətdir. Darvin və tərəfdarlarının iddia etdikləri kimi, əsla bioloji cəhətdən geridə qalma deyil. Allah qadını və kişini bərabər yaratmışdır. Kişinin qadından üstün olduğunu iddia edib, qadınlara bu yolla təzyiq göstərməklə onlara qarşı ikinci sinif insan davranışı göstərmək din əxlaqının yaşanmadığı cəmiyyətlərə xas vəhşilikdir. Dövrümüzdə bərabər fürsətlər verildiyində qadınların da kişilər qədər müvəffəqiyyətli, ağıllı və qabiliyyətli olduqları bilinir və bunun saysız nümunəsi vardır.