Parkinson

Parkinson

XX əsrin əvvəllərindən dünya əhalisinin 4%-ni 60 yaş və daha yaşlı insanlar təşkil edir. Əsrimizdə bu nisbətin 17%-ə qədər yüksələcəyi təxmin edilir. Hal-hazırda insan ömrünün uzanması ilə paralel olaraq yaşlı insanlara xas olan xəstəliklər  - neyrodegenerativ xəstəliklərdə, yəni beyinin spesifik bölgələrindəki neyronların itirilməsi ilə xarakterizə olunan bir qrup patologiyalarda artım müşahidə edilir.

Bu xəstəliklərin ən mühümünə - parkinson xəstəliyinə qısaca nəzər salaq:

Yaşlılıq dövründə ortaya çıxan parkinson xəstəliyi hərəkət pozulması, əzələlərdə gərginlik, duruşun pozulması və tarazlığın itməsi şəklində ortaya çıxan xəstəlikdir. Ayaqları sürüyərək, qısa addımlarla xarakterik yeriş və bütün bədəni ilə birlikdə dönmə parkinson xəstəliyinin vacib əlamətlərindəndir. Bu xəstəlik 50 yaşından sonra başlayır və yaş artdıqca kəskinləşir. Parkinsonizm beyində substansiya niqra adlanan sinir hüceyrələrinin funksiyasının pozulması ilə yaranır.

Beynimiz hərəkətlərimizə necə nəzarət edir?

Bədənimizi hərəkət etdirərkən bunu necə bacardığımızı heç düşünmürük. Sadəcə, istəyirik və hərəkət reallaşır. Parkinson xəstəliyini daha yaxşı anlamaq üçün beynimizin bədən hərəkətlərinə necə nəzarət etdiyini bilməliyik.

Beynimizin müxtəlif hissələri fərqli hərəkətlərimizi nizamlayır. Məsələn, beyin getmək üçün bədənin ehtiyacı olan bütün məlumatları toplamalıdır. Bir yerdə oturursunuz, uzanırsınız, yoxsa getməyə hazırlaşırsınız? Ayaqlarınız haradadır? Tarazlığınız normaldırmı? Sonra beyin bu məlumatlara hara gedəcəyiniz məlumatını da əlavə etmək məcburiyyətindədir. Bu məqamda vacib bir sual da cavablandırılmalıdır. Gözləriniz beyninizə nə deyir? Boş yolda gedəcəksiniz, yoxsa nərdivana çıxacaqsınız? Bəs ayaqlarınız beyninizə hansı məlumatları çatdırır? Yeriyəcəyiniz yol düzdür, yoxsa tarazlığınızı itirməyinizə səbəb olan kələ-kötürlər var?

Bu məlumatlar beyinin korpus stratium adlanan, bədənin hərəkətlərinə nəzarət edən mərkəzdə toplanır. Korpus stratium tarazlıq və uyğunlaşma ilə əlaqədar əmrləri göndərmək üçün beyinin digər hissələri ilə birlikdə hərəkət edir. Beyinin bədənə verdiyi hərəkət əmrləri beyindən bel sümüyünə sinir şəbəkələri sayəsində çatdırılır. Sinir hüceyrələri məlumatları ötürmək üçün hüceyrələrarası mesaj daşıyıcılarından istifadə edir. Beləliklə, düşüncələrimiz hərəkətlərə çevrilir.

Mesaj daşıyıcılarının ən əhəmiyyətlisi beyində istehsal edilən dopamindir. Dopamin hərəkətlərimizə və tarazlığımıza nəzarət edən maddədir. Əgər xüsusi sinir hüceyrələri zərər görsə və ya azalsa, dopamin istehsal edib yığa bilməz və beyində dopamin miqdarı azalar. Bu, ciddi səviyyəyə çatdıqda parkinsonun əlamətləri meydana çıxmağa başlayır. Beynimizdəki bu hüceyrələrin niyə yaşlanmaqla paralel azalmağa başlaması elm adamları tərəfindən hələ də müəyyən edilməmişdir. Məhz beynimizdəki kiçik bir hüceyrənin vəzifəsini yerinə yetirə bilməməsi bütün hərəkətlərimizə və həyatımıza təsir edən bu əhəmiyyətli xəstəliyin - parkinsonun ortaya çıxmasına səbəb olur.

Bədənə nəzarət edən möcüzəvi mərkəz: beyin

İnsan bədəni böyük bir şəhər kimidir: burada nəqliyyat yolları, binalar, fabriklər, infrastruktur sistemləri, ən üstün texnologiyaya sahib cihazlar, şüurlu işçilər, yəni hüceyrələr, hormonlar, ifrazat vəzləri kimi tam təchizatlı əsgərlər mövcuddur. Üstəlik, bu şəhər yalnız ətdən ibarətdir və sinir hüceyrələrindən meydana gəlmiş kiçik bir beyin tərəfindən idarə olunur. Belə ki, beyində, yəni mərkəzdə meydana gələn ən kiçik nöqsan bu böyük şəhəri alt-üst edə bilir.

Yaş və boz bir ət görüntüsündən başqa bir xüsusiyyəti olmayan sadə zülal və yağ molekullarından ibarət olan beyin, bu möcüzəvi əməliyyatları necə həyata keçirir? Biz, beynimizin kompleks dizaynı haqqında heç nə bilmədiyimiz və hər saniyə reallaşan on minlərlə əməliyyatdan xəbərsiz olduğumuz halda, beynimizdə baş verənlərə necə nəzarət edilir? Beyini meydana gətirən neyronlar şüursuz atomlardan ibarətdir. Şüursuz atomlar bədənin hərəkət etməsi üçün hansı maddənin lazım olduğunu haradan bilirlər?

Deyək ki, bu maddəni tapdılar, bəs onu necə istehsal edirlər? Bu, yalnız yaradılış möcüzəsinin olduğunu sübut edir. Ətdən ibarət olan bir orqanın belə mükəmməl əməliyyatları reallaşdıra bilməsi çox böyük möcüzədir.

Xəstəliklər dünya həyatının həqiqətini bizə xatırladır

Parkinson xəstəliyi kimi xəstəliklər bizə beynimizin möcüzəvi xüsusiyyətlərini düşündürdükləri kimi, yaşlılıqla insanın nə qədər aciz vəziyyətə düşdüyünü də xatırladır.

İnsan yaradılmış bütün varlıqlar içərisində zehni funksiyasına görə üstünlük təşkil edir. Ancaq bu üstünlüklərə baxmayaraq, insan qorunmağa möhtac olan bir bədənə malikdir.

Yalnız mikroskop altında görünən bakteriyalar və ya parkinson xəstəliyində olduğu kimi, kiçik bir hüceyrənin istehsal etdiyi maddədəki azalma bədənə böyük zərər verə bilir. İnsan bədəni zaman keçdikcə köhnəlir, yaşlanır və funksiyalarını yavaş-yavaş yerinə yetirməməyə başlayır. Parkinson da yaşlılıqda yaşanan bu acizliyi hiss etdirən bir xəstəlikdir. (Harun Yahya, Dünya həyatının həqiqətləri) 

Allah insanlara dünya həyatının keçiciliyini göstərmək üçün yaşlılığı və yaşlılıqla birlikdə ortaya çıxan xəstəlikləri xüsusi olaraq yaratmışdır. Hər insan bu dünyada nə edirsə etsin, bir gün mütləq yaşlanacaq. Bunu dərk edən insan öz acizliyi qarşısında yaradıcımız olan Allahın üstünlüyünü və ucalığını qavramalı və həyatını Onu razı edən davranışlarla keçirməlidir.

Allah isə Qaniyydir (heç nəyə ehtiyacı olmayan), Həmiddir (tərifəlayiqdir). (Fatir surəsi, 15)