Alt və üst dişlər arasındakı uyğunluq necə təmin edilir?

Alt və üst dişlər arasındakı uyğunluq necə təmin edilir?

Dişlər əmələ gələn zaman milyonlarla hüceyrə,ilk əvvəl kalsium toplayıb sonra yan-yana düzülərək böyük bir blok meydana gətirirlər. Bu blokun formasını da yenə bloku əmələ gətirən hüceyrələr təyin edirlər. Bu hissədə böyük bir yaradılış möcüzəsi reallaşır. Məsələn, alt damaqda olan hüceyrələr, özlərindən uzaqda olan üst damaqdakı hüceyrələrin necə bir forma əmələ gətirdiklərini çox yaxşı bilirlər. Hər iki hüceyrə qrupu da əmələ gətirdikləri nəhəng bloku, özlərinə qarşı gələcək blokla bir-birlərinə ən uyğun formada düzəldirlər. Beləliklə, çənə sümüyü qapandığı zaman, üst damaqda olan bir azı dişi ilə alt damaqda olan digər azı dişi bir-birlərinə ən uyğun formada otururlar.Əgər hər hansı bir uyğunsuzluq olarsa bu, insan üçün narahatlığa səbəb olacaq vəziyyətlər yaradar. Ancaq belə bir uyğunsuzluq (xəstəliklərdən başqa) olmaz və 32 kalsium blokundan ibarət olan mürəkkəb quruluş, bir-birlərinə ən uyğun şəkildə meydana gələr.