Quşlarda başa düşmə və öyrənmə qabiliyyəti

Quşlarda başa düşmə və öyrənmə qabiliyyəti

Tutuquşunun telefonun zəngi çaldığında "alo", qapı zəngi basıldığında "kimdir?" deyə bilməsi, ya da tanıdığı bir adamı görəndə adıyla çağıra bilməsi bu vəziyyətlə ilk dəfə qarşılaşan insanların təəccübünə səbəb olur. Ancaq olduqca təəccüblü olan bu hadisə, insanların çoxu tərəfindən gərəyi kimi düşünülməz, ya da qısa zaman içərisində adi qarşılanmağa başlanar. Halbuki quşun yalnız bir sözü söyləyə bilməsi üçün bir çox hadisə reallaşır.

İlk əvvəl quş insanı görərək onu tanıya bilir. Həm də quş tanıdiği bu insanı gördüyündə necə reaksiya verəcəyini bilir. Yəni, yanına gələn bu insan ilə əlaqədar sözləri xatırlaya bilir və bunları söyləyir. Bu vəziyyət, quşun yaddaşa sahib olduğunun açıq-aydın dəlilidir. Bəzi quş növlərinin özlərindən soruşulan sualı başa düşüb, bu suala məntiqli bir cavab verə bildiklərini də nəzərə alsaq, bu vəziyyət daha da mürəkkəbləşir. Qırmızı rəngdə kağızı göstərib "bu hansı rəngdir?" - deyə soruşulduğunda, "qırmızı" - cavabını verən Alex adındakı boz tutuquşu sözü gedən mövzuya bir nümunədir.