Əllərimizin əmələ gəlməsi

Əllərimizin əmələ gəlməsi

Ana bətnindəki embrionun inkişafı möcüzələrlə doludur. Bu inkişafı anbaan izləmə imkanımız olsaydı, eyni anda həm inşaat mühəndisi, həm də fəhlə vəzifəsini yerinə yetirən hüceyrələrin ağıllı, şüurlu və son dərəcə mütəşəkkil davranışlarını görüb heyrətə düşərdik.

Bədənimizin hər bir hissəsini tək-tək inşa edən hüceyrələr altıncı həftədən sonra əllərimizin inşasına başlayırlar. Əl əmələ gəlməyə başladıqda ilk olaraq yelpiyəbənzər bir hissə yaranır, barmaqlar olmur. Lakin bu mərhələdə möcüzəvi hadisə reallaşır, əli əmələ gətirən hüceyrələrdən bəziləri bir-bir özlərini məhv etməyə başlayır. Digər hüceyrələr ölü hüceyrələri yeyir və həmin bölgələrdə boşluqlar meydana gəlir. Bu boşluqlar barmaq arası boşluqlardır. Beləcə barmaqlar formalaşır.

Diqqət yetirin!!! Barmaqları əmələ gətirən hüceyrələr heç vaxt özlərini məhv etmirlər. Məhv edənlər yalnız barmaq arası üçün yer açmalı olan hüceyrələrdir və eyni anda və ən doğru vaxtda bu qərarı alırlar.

Şüur, ağıl və elmdən məhrum olan bu varlıqlara məhv əmrini verən, barmaqları qüsursuz bir dizaynla insan üçün ən uyğun şəkildə inşa edən kimdir? Əlbəttə, hər varlığı qüsursuzca var edən, yerin, göyün və bu ikisinin arasındakıların Yaradıcısı olan Rəbbimizdir.