Əksəriyyətin təkamül nəzəriyyəsinə inanması darvinizmin doğru olduğunu göstərmir

Əksəriyyətin təkamül nəzəriyyəsinə inanması darvinizmin doğru olduğunu göstərmir

Darvinistlər: “Təkamül nəzəriyyəsi elm dünyasında əksəriyyət tərəfindən qəbul edilir”, - deyə yalan təbliğat aparırlar. Başqa sözlə, təkamülçülər insanlara onlarla həmfikir olan çoxlu elm adamlarının olduğunu və əksəriyyətin həmişə haqlı olduğunu təlqin edirlər. “Bu qədər insan təkamül nəzəriyyəsini müdafiə etdiyinə, universitetlərdə təkamülə inananlar əksəriyyət təşkil etdiyinə görə nəzəriyyə doğrudur” kimi həqiqəti əks etdirməyən məntiqlə cəmiyyətdə psixoloji təsir meydana gətirməyə çalışırlar. Müsəlmanlar bu yalan təlqinlərdən təsirlənməməli və darvinistlərin yalanlarına aldanmamalıdırlar.

Son 20-30 ildə təkamül nəzəriyyəsini inkar edən elm adamlarının sayı sürətlə artır. Onların əksəriyyəti kainatdakı və canlılardakı qüsursuz yaradılışı görərək darvinizm doqmasından uzaqlaşırlar. Bu elm adamlarının təkamülün əsassızlığını göstərən çoxlu əsərləri var. Başda Avropa və Amerika olmaqla, dünyanın müxtəlif ölkələrindəki tanınmış universitetlərdən olan bu elm adamları biologiya, biokimya, mikrobiologiya, anatomiya, paleontologiya kimi elm sahələrində ixtisaslaşmış akademiklərdir.

Ancaq təkamülçülər əksəriyyət təşkil etsələr də, bu, heç nəyi dəyişdirməz. Əksəriyyətin düşüncə tərzini mütləq doğru qəbul etmək doğru deyil. Bunu darvinizmlə elmi mübarizədən qaçan müsəlmanlar da bilməlidirlər. Tarixən bir çox inkarçı qruplar Allah`ı və dinini inkar etmək üçün özlərinin sayca çox olduğunu deyərək insanları haqq yoldan döndərməyə çalışıblar.

Oxuduqlarını və ya baxdıqlarını diqqətlə təhlil edən, mövzunu bir az dərindən düşünən şəxs darvinist təbliğatın fərqinə vara bilər. Səmimi iman gətirən müsəlmanların əsas xüsusiyyətlərindən biri də fərasətli olmaları, yəni doğrunu yanlışdan ayıra bilmələridir.

Allah qorxusu ilə hərəkət edən, vicdanının səsini dinləyən insanlar, darvinizmin necə böyük təhlükə olduğunu, bu təhlükənin necə aradan qaldırılacağını asanlıqla görə bilərlər. Məlumatsızlıq, lazımınca düşünməmək, qəflətə qapılmaq kimi səbəblərlə məsələnin əhəmiyyətini dərk etməyənlər də həqiqət onlara bildirildikdə anlamalıdırlar. Bunu bir daha xatırlatmaq lazımdır ki, darvinizm inanclı insanların qəbul edəcəyi, doğru hesab edəcəyi ideologiya deyil. Darvinizm dinsizliyin dinidir və hər səmimi müsəlman dinsizliyə qarşı elmi mübarizə aparmaqla məsuldur. Dünya həyatındakı bu böyük məsuliyyətə etinasız yanaşmaq axirətdə peşmançılığa səbəb ola bilər. Odur ki, darvinizmin qarşısında çarəsiz, passiv, aciz olmamalı, bütün imkanlardan istifadə edərək darvinizm əleyhinə ideoloji mübarizə aparmaq lazımdır. İnkarçı ideologiyaya qarşı acizlik müsəlmanlara yaraşmaz.