Balıqların qəlsəmələri nə üçün lazımdır?

Balıqların qəlsəmələri nə üçün lazımdır?

Balıqlar fizioloji ehtiyaclarını qarşılaya bilmək üçün sudan az miqdarda oksigen ala biləcək xüsusi bir sistemdən istifadə edirlər. Balıqlardakı qəlsəmələr ağciyər funksiyasını yerinə yetirir. Ancaq ağciyərlərdən fərqli olaraq qəlsəmələr, oksigeni sudan süzərək alırlar. Balıqlarda yenə insanlardan fərqli olaraq qan bir istiqamətdə axır. Qan ürəyə yalnız bir damar yoluyla gedir və qəlsəmələrə yaxın olan bir istiqamətlə də ürəkdən çıxır. Qəlsəmələr ətrafdakı damarlarda olan qandan oksigeni alaraq bütün bədənə daşıyırlar. Qan, qəlsəmə liflərinin arasından irəliləyən zaman suyun keçdiyi istiqamətin tam tərsinə hərəkət etməsi olduqca vacibdir. Çünki beləliklə bütün oksigen qana rahatlıqla daşına bilir .