Elektrik siqnallarının dadbilmə hissinə çevrilməsi

Elektrik siqnallarının dadbilmə hissinə çevrilməsi

Dadbilmə sistemimiz zülalları, ionları, mürəkkəb molekulları və bir çox kimyəvi birləşmələri analiz edir və bir ömür boyu dayanmadan bizim üçün çalışır. Dil, sanki mürəkkəb kimyəvi, birləşmələri analiz edən laboratoriya kimi fəaliyyət göstərir. Yediyimiz və ya içdiyimiz hər qida müxtəlif dad molekullarından meydana gəlir. Hər hansı bir qabda olan yeməyin tərkibində yüzlərlə və ya minlərlə fərqli kimyəvi maddələr vardır . Dilimizdəki dadbilmə hissələri də bu fərqli molekulları qüsursuzca təhlil edirlər.

Bu analizin reallaşması üçün dilimizdə son dərəcə xüsusi bir dizayn vardır. Bədənimizin başqa heç bir yerində deyil, yalnız qidaların həzminə başladığımız ilk mərhələdə (dilimizdə) peşəkarlaşmış dadbilmə hüceyrələri vardır . Bu hüceyrələr qidaların analizini edərək, bunlara aid məlumatları beyinə elektrik siqnalı olaraq çatdırırlar. Dildən beynə çatan bu elektrik siqnallarının ləzzətli qida olaraq şərh olunması isə yenə beynimiz tərəfindən həyata keçirilir.

Elektrik siqnallarını şərh edən beynimizin bizə nə yediyimizi söyləməsi, hər dəfə qüsursuzca yediklərimizi ayırd edə bilməsi, hətta bunların kimyəvi analizini edərək turş, acı və ya şirin olduqlarını bildirməsi bədənimizdəki yaradılış möcüzələrindən biridir.