İncəsənət və elm cəhətdən inkişaf etmiş möhtəşəm sivilizasiya: Qədim Misir

İncəsənət və elm cəhətdən inkişaf etmiş möhtəşəm sivilizasiya: Qədim Misir

Qədim Misir insanın minilliklər əvvəl qurduğu incəsənət və elm cəhətdən ən heyranedici sivilizasiyalarından biridir. Qədim misirlilər ibtidai cəmiyyətin davamçısı olmayacaq qədər dərin təcrübə və biliyə malik idilər. Batil bütpərəst dinə mənsub olan misirlilər arasında hz. Nuh, hz. İbrahim dövründən qalan incəsənət biliyinə malik ustalar vardı. Bu yəhudi ustalar keçmiş peyğəmbərlərin dövründən öyrəndikləri bilikləri tətbiq edirdilər.

Dövrümüzdə dünyanın bir çox ölkəsi misirlilərin mədəniyyət səviyyəsinə çata bilməyib. Bu gün Afrikanın müxtəlif bölgələrində, Cənubi Amerikanın bəzi yerlərində, Asiya torpaqlarında, Misir də daxil olmaqla, bir çox ölkədə keçmişdəki sivilizasiya səviyyəsindən çox geri qalmış həyat tərzi hökm sürür. Tibb, anatomiya başda olmaqla, şəhər planlaşdırma, memarlıq, incəsənət, toxuculuq kimi sahələrdə çox irəliləmiş Misir sivilizasiyası bu gün böyük təqdir və heyrətlə elm adamları tərəfindən tədqiq olunur.

Tibbin mənşəyi qədim Misirdə

Qədim Misirdə tibbin çatdığı inkişaf səviyyəsi çox təəccüblüdür. Qazıntılarda əldə edilmiş tapıntılar arxeoloqlarla yanaşı, bir çox tarixçini də heyrətə salmışdır. Çünki heç bir tarixçi e.ə. 3000-cü ildə yaşamış qədim sivilizasiyadan bu cür inkişaf etmiş texnologiya gözləmirdi. Bu gün rentgen şüaları vasitəsilə mumiyalar üzərində aparılan təhlillər nəticəsində qədim Misirdə beyin əməliyyatlarının aparıldığı üzə çıxmışdır. Üstəlik, bu əməliyyatlar olduqca peşəkar metodlarla həyata keçirilmişdir. Cərrahiyyə əməliyyatı aparılmış mumiyaların kəllə sümüyünü tədqiq etdikdə əməliyyat yerlərinin düzgün kəsildiyi görülüb. Hətta bu insanların əməliyyatdan sonra həyatda qaldıqlarını sübut edən bitişmiş kəllə sümüklərinə rast gəlinmişdir.

Digər nümunə isə bəzi dərmanlarla bağlıdır. XIX əsrdə çox sürətlə irəliləyən praktiki elm nəticəsində tibb sahəsində də böyük nailiyyətlər qazanılıb. Antibiotikin kəşfi bunlardan biridir. Əslində, bunlara “kəşf edilib” demək səhv olar, çünki bu metodların böyük əksəriyyətindən qədim Misirdə istifadə edilirdi.

Misirlilərin tibb və anatomiya sahəsində nə qədər inkişaf etdiklərini göstərən ən mühüm izlərdən biri də, şühbəsiz ki, o dövrdən qalan mumiyalardır. Misirlilər mumiyalama işində yüzlərlə müxtəlif metoddan istifadə ediblər.

Cansız bədənin min illərlə xarab olmadan qorunmasına imkan verən mumiyalama, əslində, çox mürəkkəb prosesdir. Misirlilər ölüləri belə mumiyalayırdılar: əvvəlcə, ölünün daxili orqanlarını çıxarır, burundan beyin çəkilir, bədən sterlizə edilir və natron adlanan maddəyə bükülüb 40 gün saxlanırdı (natron natrium karbonat, natrium bikarbonat və natrium xloridlə natrium sulfatın qarışığından ibarət maddədir). Daha sonra bu maddə bədəndən çıxarılır, qol və ayaqlar  palçıq və ya qumla, sonra bədən qatrana batırılmış kətanla, qoxulu sarı saqqız və darçınla sarınırdı. Bir cür məlhəmin bədənə çəkilməsindən sonra incə kətan tülə bükülürdü.

Misirlilər mumiyalama metodlarını təkcə insanlarda deyil, müxtəlif heyvanlar üzərində də sınayıblar. Qədim Misirdə tibbin çox inkişaf etdiyi əldə edilən arxeoloji tapıntılardan və xüsusilə mumiyalama metodlarından məlum olur. Bundan əlavə, unutmaq olmaz ki, bədənin formasını pozmadan, ölünün bütün daxili orqanlarını çıxararaq mumiyalamaları bu işi edən insanların hər orqanın yerini biləcək qədər anatomiya biliyi olduğunu göstərir.

Mumiyalamadan başqa misirlilərin 5000 il əvvəl istifadə etdiyi bir çox tibbi alət də arxeoloji qazıntılarda gün işığına çıxmışdır. Bu mövzu ilə bağlı təfərrüatları belə sadalamaq olar:

  • Misirdə tibblə məşğul olan rahiblər məbədlərdə müxtəlif xəstəlikləri müalicə edirdilər. Misirli həkimlər dövrümüzdəki kimi müxtəlif sahələrdə ixtisaslaşmışdılar. Hər həkimin öz sahəsi vardı. Göz həkimlərindən diş həkimlərinə qədər hər sahədə mütəxəssis həkimlər xidmət göstərirdi.
  • Misirdə həkimlər dövlətin nəzarətində idilər. Xəstə sağalmadıqda və ya öldükdə, dövlət bu səhvin səbəblərini soruşur və həkimin istifadə etdiyi metodun qayda-qanunlara uyğun olub-olmadığını araşdırırdı. Müalicə əsnasında etinasızlıq edilmişdirsə, bu müəyyən edilir və həkimə qanunlar çərçivəsində cəza verilirdi.
  • Məbədlərin hər birində dərmanların hazırlandığı və saxlandığı tam təchizatlı laboratoriya vardı.
  • Elmə məlum olan ilk əczaçılıq məmulatları, sarğı və kompresdən istifadəyə Misirdə rast gəlinmişdir. Smit papirusunda kətan bezdən hazırlanan yapışqan sarğılarla yaraları necə örtmək haqqında məlumat verilir. Kətan bezdən bint kimi də istifadə edilirdi.
  • Arxeoloji tapıntılarda Misirdəki tibbi əməliyyatların hamısına aid hərtərəfli məlumat əldə edilmişdir. Bununla yanaşı, hər biri öz sahəsində ixtisaslaşmış 100-dən çox həkimin adı və ünvanı da tapılmışdır.
  • Habelə, Kom Ombodakı başqa məbədin divarındakı relyeflərdə cərrahiyyə aləti qutusunun rəsmi çəkilmişdir.  Bu qutuda böyük metal qayçı, cərrahiyyə bıçaqları, mişarlar, zondlar, tibbi qaşıqlar, kiçik qarmaqlar və kəlbətinlər var.
  • Çoxsaylı müxtəlif metodlar vardı. Sınıqlar, çatlar tam bitişdirilir, sınıq taxtalarından istifadə edilir və yaralar tikişlə bitişdirilirdi. Mumiyaların çoxunda məharətlə müalicə edilmiş sınıq izlərinə rast gəlmək mümkündür.
  • Mumiyalarda hər hansı cərrahiyyə tikişi izinə rast gəlinməsə də, yara tikilməsi haqqında Smit papirusunda (bu papirus tamamilə tibb haqqındadır) 13 işarə var. Bu, misirlilərin estetik yara tikişini də bacardıqlarını göstərir. Yara tikişində kətan iplikdən istifadə edilirdi. İynələrin isə misdən olduğu ehtimal olunur.
  • Misirli həkimlər steril yaralarla infeksion yaraları ayırd edə bilirdilər. İnfeksion yaraların təmizlənməsində keçi yağı, küknar yağı və əzilmiş yaşıl noxuddan ibarət tərkibdən istifadə edirdilər.
  • Penisillin və antibiotik yeni kəşf edilmişdir. Ancaq qədim misirlilər bu cür antibiotiklərin ilk üzvi növlərindən istifadə edirdilər. Bundan əlavə, misirlilər antibiotikin müxtəlif növlərindən xəbərdar idilər. Müəyyən xəstəliklərə uyğun reseptlər yazırdılar.

Göründüyü kimi, Misir sivilizasiyası tibb sahəsində çox mühüm addımlar atmış, müalicə metodları formalaşdırmış, mütəxəssis həkimlər yetişdirmişdir. Aparılan qazıntılarda tibb sahəsində əldə edilən bu mühüm nailiyyətlərlə yanaşı, misirlilərin şəhər planlaşdırma və memarlıq kimi sahələrlə də məşğul olduqları üzə çıxmışdır.