Gilyermo Qonzalez

Gilyermo Qonzalez

"Müşahidəçilərin Günəş sistemindəki planetlər və onların peykləri içində tam günəş tutulmasını müşahidə etməsi üçün ən yaxşı məkan Yer səthidir. Təəccüblü olan budur ki, tam günəş tutulması Günəşin Aydan 400 dəfə böyük olması, eyni zamanda 400 dəfə uzaqda olması nəticəsində baş verir. Kainatda tam günəş tutulmasının meydana gəldiyi yer və zaman onu müşahidə edən varlıqların olduğu yer və zamanla eynidir.

Üstəlik, tam günəş tutulmaları mühüm elmi kəşflərə yol açıb. Birincisi, tam günəş tutulmaları ulduzların quruluşunu öyrənməyə yardım edib. İkincisi, 1919-cu ildəki  tam günəş tutulması iki astronomun Yerin cazibə qüvvəsinin işığı əyməsi həqiqətini təsdiq etməsinə gətirib çıxarıb. Bu, Eynşteynin ümumi nisbilik nəzəriyyəsini təsdiqləyirdi. Bu test ancaq tam günəş tutulması ilə müəyyən edilə bilərdi və Eynşteynin nəzəriyyəsinin qəbul olunmasını təmin etdi. Üçüncüsü, tam tutulmalar astronomların keçən bir neçə min il ərzində Yerin rotasiyasındakı dəyişikliyi hesablamalarına da imkan yaratdı".