Ağaclar nə qədər uzana bilir?

Ağaclar nə qədər uzana bilir?

Şimali Arizona Universitetindən olan tədqiqatçılar dünyanın ən uzun ağacları üzərində apardıqları tədqiqat nəticəsində ağacların böyüməsini idarə edən faktorları aşkara çıxardılar.

Ağacda açıq-aşkar bir dizayn var. Ağacı meydana gətirən hüceyrələr kök, gövdə, qabıq, su daşıyıcılar, budaqlar və yarpaqları meydana gətirəcək şəkildə mütəşəkkil təşkil olunmuşdur. Hüceyrələr ağacın həyatını davam etdirməsi üçün lazımlı funksiyaları yerinə yetirəcək hissələri meydana gətirir və bu hissələr arasında da müntəzəm uzlaşma həyata keçirilir.

Həmçinin bir ağacı kimyəvi məhsul istehsal edən nəhəng bir fabrikə də bənzətmək olar. Burada çox mürəkkəb kimyəvi proseslər qüsursuz plan daxilində həyata keçirilir. Bu prosesləri həyata keçirən orqanların kompüter kimi hesablamalar apardığına dair dəlillər mövcuddur.

Ağacla bağlı həqiqətlərdən ən təəccüblüsü odur ki, bu cür mütəşəkkillik və sistemlərin məlumatı ağac hələ kiçik bir toxum ikən DNT-sinə yüklənmişdir. Toxum DNT-sinə yüklənmiş təlimatları ardıcıl yerinə yetirərək özünün görünüş və ölçüsünə heç bir bənzərliyi olmayan nəhəng bir ağaca çevrilər. Bir toxumun torpağa düşdükdən və bir az nəmləndikdən sonra kök salıb budaqlanaraq bir ağaca çevrilməsi Allahın qüsursuz yaratdığına açıq-aydın bir göstəricidir.

Bu möcüzəvi canlıda böyümənin müəyyən bir mərhələdən sonra dayanması da Allahın yer üzündə yaratdığı tarazlığın bir hissəsidir. Əgər ağacları meydana gətirən hüceyrələr nəzarətsiz şəkildə dayanmadan böyüsəydilər, yer üzündə həyatın məhv olmasına aparan nəticələr ortaya çıxardı.

Ağacların nə qədər ucalacağını müəyyən edən faktorları tədqiq edən elm adamları dünyanın ən uzun ağacları üzərində maraqlı bir tədqiqat həyata keçirdilər. Yüksəkliyi 100 metri keçən ağacların başına çıxan tədqiqatçılar ölçümə işləri apararaq bu faktorlara dair əlamət axtardılar.

Dünyanın ən hündür ağacı hesab olunan 112.7 metrlik nəhəng sərv ağacı (Sequia semperviens) da daxil olmaqla, ən hündür beş ağac üzərində tədqiqatlar aparılmışdır. Belə hündürlükdəki bir ağacın hündürlüyü 30 mərtəbəli binanın hündürlüyünə bərabərdir.

Elm adamları daha əvvəllər ağacın hündürlüyünü müəyyən edən əsas faktorun hündürlükdən qaynaqlanan mexaniki gərilmələr olduğunu düşünürdülər. Amma ağacların bu gərilmələrin təsirini aradan qaldıracaq formada və olduqca möhkəm quruluşa malik olduqları məlum oldu. Bu vəziyyət tədqiqatların hədəfinin suyu hündürlüyə daşıma qabiliyyətinə istiqamətlənməsinə yol açdı. Şimali Arizona Universitetində ekoloq vəzifəsində çalışan Corc Koç və qrupu tərəfindən aparılan sözü gedən elmi fəaliyyətdə bu istiqamətdə bir sıra kəşflər edildi. Tədqiqatçıların təbii mühitdə və laboratoriyada apardıqları müvafiq fəaliyyətlər ağacların maksimum hündürlüyünü tənzimləyən əsas faktorun “ağacın yuxarı hissəsinə su tədarükü” olduğunu müəyyənləşdi.

Su ağacların yuxarısına buxarlanma (transformasiya) yolu ilə, yəni, yarpaqların səthindəki məsamələrdən buxarlanmaqla çatır. Buxarlanma suyu köklərdən və ağacın içindən ən zirvəyə qədər mexaniki toxumadakı hüceyrələr boyu daşıyır. Suyun bu hərəkəti yerin cazibə qüvvəsi və sürtünmə qüvvəsini keçir və yuxarıya doğru sütun şəkildə davam edir. Suyun  hərəkətinə mane olan yerin cazibə qüvvəsi və sürtünmə qüvvəsi zirvədə maksimum olduğu üçün suyu yuxarıya itələyən qüvvə də zirvədə maksimum dərəcəyə çatır.

Su sütunları bu gərilməyə bir dağılma (parçalanma) həddinə qədər tab gətirə bilir. Bu hədd sütun şəklindəki suyun içində hava qabarcıqlarının üzə çıxıb onu kəsərək dağıtdığı (parçaladığı) nöqtəni ifadə edir və bu hal botanikada “embolizm” adlanır.

Corc Koç və həmkarları ən hündür sərv ağaclarının yuxarı hissəsindəki su sütununun üzərindəki maksimum gərilməni ölçmüşdülər. Bu ölçmə maksimum gərilmənin embolizm nöqtəsinə yaxın olduğunu üzə çıxardı. Bu gərilmə dəyəri eyni zamanda ağacın nə qədər uzanacağına təsir edən tənzimləyici faktordur. Tədqiqatda ağacların hündürlüyünü müəyyən edən daha üç faktor aşkar edilmişdi.

Ağacların zirvəsinə çatan su normal olaraq hüceyrənin inkişafına təkan verir. Ancaq ağacın zirvəsinə doğru yerin cazibəsi və sürtünmə təsirinin artması suyun axma qabiliyyətini azaldaraq təpələrdəki hüceyrələrin kiçik və qalın divarlara malik olmasına gətirib çıxarır. Bunun nəticəsində zirvələrdəki yarpaqlar da kiçik və qalın olurlar. Sərv ağaclarının zirvəsindəki yarpaq qalınlığı ən böyük ölçüdədir. Bu da ağacın inkişafının böyük ölçüdə qarşısının alındığını göstərir. Beləliklə, zirvələrdə artan yarpaq qalınlığı hündürlüyü tənzimləyən ikinci faktordur.

Yuxarı hissələrdəki qalın və kiçik yarpaqlar bu hissədə həyata keçirilən fotosintezi də azaldır. Fotosintezin məhsuldarlığını azaldan bu amil ağacın hündürlüyünə təsir edən üçüncü faktor kimi müəyyən edilmişdi.

Corc Koç və həmkarları 110 metr hündürlükdəki yarpaqlardakı CO2 nisbətinin sərbəst havada görünən ən aşağı nisbətdə olduğunu hesabladılar. Bu da dördüncü tənzimləyici faktoru təşkil edirdi: yarpaq dəlikləri kanalı ilə həyata keçən CO2 alınmasının məhdudlaşdırılması.

Elm adamları ağacın hündürlüyünü tənzimləyən bu dörd fizioloji faktora əsaslanaraq ağacların çatacağı maksimum hündürlüyü hesablamağa çalışdılar. Nəticədə ağacların 122-133 metr arasında maksimum hündürlüyə çatacaqları təxminini üzə çıxardılar. Buna görə 2000 ildən daha yaşlı ağaclar böyüməyə davam edə biləcəkdilər. Ağacların ildə təqribən 0.25sm böyüdüyünü aşkar edən müşahidələr bu fikri dəstəkləyir.

 Bu tədqiqat nəticəsində üzə çıxarılan məhdudlaşdırıcı faktorlar ekoloji tarazlıq üçün çox mühümdür. Qısaca desək,

• Yerin cazibə qüvvəsi və sürtünmə qüvvəsinə müqavimət göstərərək yüksələn suyun müəyyən səviyyədən sonra irəliləməsini dayandırması,

• Bununla əlaqədar olaraq yarpaqların kiçilib qalınlaşması,
• Fotosintez məhsuldarlığının azalması
• və nəhayət fotosintezdə lazımlı CO2 hazırlanmasının minimuma enməsi faktorları sayəsində ağacın müəyyən nöqtədən sonra böyüməsinin qarşısı alınır.

Beləliklə, canlı-cansız bir çox faktorun bir-birinə təsir edərək meydana gətirdiyi təbii tarazlıq ağacların nəzarətsiz şəkildə böyüməsinin qarşısını alır. Bu cəhətdən baxdıqda bu tədqiqat canlılardakı bioloji proseslərin təbiətin bütün tarazlığını dəstəkləyən şəkildə və nə qədər mükəmməl nizamlandığına dair son nümunəni təşkil edir. Heç şübhəsiz, bu faktorların hər biri Allahın istəyi ilə var olmuş səbəblərdir. Toxumun cücərməsindən tingə çevrilməsinə, tingdən ağaca çevrilməsindən ağacın uzanmasına qədər hər mərhələ Uca Allahın əmri və nəzarəti ilə həyata keçir. Ağacın həyatındakı hər mərhələ, bioloji inkişafı ilə bağlı hər fəaliyyət Allahın sonsuz qüdrətinin təzahürüdür.

Allah bir Quran ayəsində belə buyurur:

“Otlar da, ağaclar da səcdə edir”. (Rəhman surəsi, 6)

1- Ian Woodward, “Plant science: Tall storeys“ Nature 428, 22 Nisan 2004, səh. 807 – 808

2- George W. Koch, Stephen C. Sillett, Gregory M. Jennings & Stephen D. Davis, “The limits to tree height”, Nature 428, 22 Nisan 2004, səh. 851 – 854