Eşitmə anında nələr baş verir?

Eşitmə anında nələr baş verir?

Yolda qarşılaşdığınız bir dostunuz sizə salam verdikdə dostunuzdan gələn səs dalğalarını qulaq seyvanı toplayır. Səs 0.02 saniyədə 6 m yol qət edir.
İki qulağın içində titrəyən hava sürətlə orta qulağa qədər məsafəni qət edir. 7.6 mm diametri olan qulaq pərdəsi titrəməyə başlayır. Bu titrəyiş 3 sümüyə ötürülür. Səs titrəyişləri, beləliklə, mexaniki titrəyişə çevrilir. Sonra isə bu sümüklərdəki titrəyişlər daxili qulağa ötürülür və buradakı ilbizə bənzəyən “cochlea” adlı orqanın içində yerləşən xüsusi mayeni hərəkətə gətirir
İlbizin içində müxtəlif səs tonları bir-birindən ayırd edilir. Eynilə bir musiqi aləti olan arfanın telləri kimi, ilbizin içində də müxtəlif qalınlıqda incə tükcüklər var (2). Dostunuzun səsi bu simləri sanki çalır. “Salam” səsi, əvvəlcə, zəif pərdəli səslə başlayır, sona doğru yüksəlir. Öncə qalın tükcüklər, daha sonra incə tükcüklər titrəyir. Nəticədə, daxili qulaqdakı on minlərlə çubuq formalı cisimcik titrəyişləri eşitmə sinirlərinə ötürür (şəkil 3).

Şəkil 1, 2
Bir dostunuz sizə: “Salam”, – dedikdə dostunuzun səs dalğaları qısa müddətdə orta qulağa çatır və qulaq pərdəsini titrədir. Bu titrəyiş üç kiçik sümüyə ötürülür. Sümüklərdəki titrəyişlər daxili qulağa ötürülür və ilbizin içində yerləşən xüsusi mayeni hərəkətə gətirir. İlbizin içində eynilə arfanın telləri kimi müxtəlif qalınlıqda incə tükcüklər var.

Şəkil 3
Əvvəlcə, qalın tükcüklər, sonra incə tükcüklər titrəyir. Nəticədə, daxili qulaqdakı on minlərlə çubuq formalı cisimcik titrəyişləri eşitmə sinirinə ötürürlər. Artıq “salam” səsi sadəcə elektrik impulsudur.

Artıq “salam” səsi sadəcə elektrik impulsudur. Bu impuls eşitmə sinirlərinin içində beyinə doğru sürətlə hərəkət edir. İmpulslar sinirlərlə beyindəki eşitmə mərkəzinə qədər yol qət edirlər. Eşitmə mərkəzinə çatdıqda beyindəki milyonlarla neyronun böyük əksəriyyəti eşitmə haqqında əldə edilən məlumatları şərh edir. Beləliklə, dostunuzun “salam” sözünü eşidirsiniz (şəkil 4)

Burada çox səthi şəkildə izah edilən bu proseslər, əslində, çox mürəkkəbdir və saniyədən daha qısa müddətdə baş verir. Hər gün yüz min dəfələrlə görürük və eşidirik. Ancaq çox vaxt bunları necə etdiyimizi heç düşünmürük. Halbuki, hər şeyi Allah`ın rəhməti ilə görür və eşidirik. Odur ki, bütün bu nemətlərə görə şükür etməliyik.

Şəkil 4
Beyinə çatan elektrik impulsları neyronlar tərəfindən dəyərləndirilir və səsə çevrilir. Bu sayədə dostunuzun “salam” səsini beyninizdə eşidirsiniz.