Molekulların hiss edilməyən hərəkətindəki incə təfərrüatlar

Molekulların hiss edilməyən hərəkətindəki incə təfərrüatlar

Molekulların bədənimizə toxunduğunu nə üçün hiss etmirik?

Külək nə üçün üşüdür?

Molekullar daima hərəkətdə olduğu halda, nə üçün heç bir cisim parçalanmır?

Otağınızda sakit oturursunuz. Ətrafınızda heç səs yoxdur. Ətrafda heç bir hərəkətin olmadığını düşünürsünüz. Halbuki, ətrafınızdakı hər şey, sizi əhatə edən hava belə dayanmadan hərəkət edir. Necə?

Siz otağınızda oturduğunuz kresloda, sakitcə əlinizdəki jurnalı oxuyarkən sizi əhatə edən molekulların ən kiçik zərrəsi olan elektronlar saniyədə 1000 km sürətlə dövr edirlər. Bundan başqa, sizi əhatə edən, hətta sizi təşkil edən molekullar da fasiləsiz hərəkət edirlər. Boşluqda dolaşan molekulların sürəti tapançadan atılan güllənin sürətinə bərabərdir: saniyədə 1000 metrdən çox.

Havadakı milyardlarla molekul hər saniyə milyard dəfələrlə bir-biri ilə toqquşur və yenidən bir-biri ilə toqquşana qədər dövr etməyə davam edirlər. Odur ki, siz sakit, təkbaşına bir otaqda oturduğunuzu zənn edərkən, əslində, molekul bombardmanının içindəsiniz. Bəzən güclü küləyə çevrilən bu molekul bombardmanı ağacları və binaları yıxacaq qədər şiddətli olur.

Hərəkət edənlər təkcə havadakı molekullar deyil. Dərinizdəki, stolunuzdakı, əlinizdə tutduğunuz jurnaldakı molekullar da fasiləsiz hərəkət edirlər. Ən güclü qaldırıcı kranların belə çətinliklə yıxdığı daş divarın necə daima hərəkət halında olduğu sizə maraqlı gələ bilər. Bir divar həqiqətən hərəkətdədir, ancaq divarı təşkil edən molekullar bir-birinə çox yaxın düzüldüyü üçün sadəcə titrəşirlər. Fasiləsiz titrəyiş halındakı zərrəciklərdən təşkil olunmasına baxmayaraq, biz ətrafımızda daima bərk, möhkəm cisimlər görürük. Hərəkətdə olmalarına baxmayaraq, heç nə qopub parçalanmır.

Molekullar arasındakı hərəkətlər mütənasibdir

Yuxarıda bəhs etdiyimiz titrəyiş bərk cisimlərdə müvazinəti təmin edən hərəkət formasıdır. Bundan əlavə, molekullar sabit şəkildə bir istiqamətdə hərəkət etmirlər. Əgər belə bir ehtimal baş versəydi, nəticə çox heyrətləndirici olardı. Molekulların bir istiqamətə doğru toplu şəkildə hərəkət etməsi nəticəsində biz yemək yediyimiz stolun öz-özünə yana doğru hərəkət etdiyini görərdik. Bərk cismin bu gözlənilməz hərəkəti, əlbəttə, təəccüb doğurar və eyni zamanda, istifadəyə yararsız olardı. Ancaq biz heç vaxt belə vəziyyətlə qarşılaşmırıq. Çünki bərk cismi təşkil edən molekullar da Allah`dan bir nemət olaraq mütənasib titrəyiş hərəkətinə malikdirlər. Bu səbəbdən, bir istiqamətə doğru sabit hərəkət etmirlər və nizamsızlıq meydana gəlmir.

Allah molekulların hərəkətini bizə hiss etdirməyəcək şəkildə yaratmışdır

Bədənimiz və bütün kainat molekullardan təşkil olunub. Bu molekullar sürətlə hərəkət edirlər. Məsələn, hal-hazırda olduğunuz otaqdakı molekulların sürəti saniyədə 500 metrə yaxındır. Ona görə üzümüzə, gözlərimizə, qısası, bədənimizə sürətlə fasiləsiz toxunan sıx molekul bombardmanı ilə qarşılaşırıq. Normal şərtlərdə bu sıx molekul bombardmanı bizə ağrı verməlidir. Çünki aparılan hesablamalar molekulların təkcə gözümüzə toxunması ilə 1 kq-lıq kütlə ağırlığına bərabər qüvvə tətbiq olunduğunu göstərir. Halbuki, biz heç nə hiss etmədən gündəlik həyatımıza asanlıqla davam edirik. Hətta ətrafımızda molekulların sürətli hərəkətindən heç xəbərimiz olmur. Çünki uca Allah bizi bu şərtlərə uyğun mükəmməl xüsusiyyətlərlə yaradıb.

Bir maddəni təşkil edən molekullar səbəbsiz yerə bir-birindən ayrılmazlar. Molekulları bir-birindən ayırmaq üçün müəyyən temperatur tələb olunur. Suyun buxarlanması üçün müəyyən edilmiş temperatur dünyadakı su miqdarının daima sabit qalmasını təmin edən su dövranının başlıca səbəbidir. Suyun bu xüsusiyyəti dünyada həyatın mövcud olması üçün Allah`ın yaratdığı bənzərsiz yaradılış nümunələrindən biridir.

Molekulların temperaturun təsiri ilə müxtəlif hala keçməsi hərəkətli olmalarının və enerjilərinin nəticəsidir

Su molekulları bir-birinə çox yaxın olduqda bərk halda olur. İsinib maye halına keçdikdə molekullar daima hərəkət etdiyinə görə, bir-birlərinin üstündə sürüşürlər. Mayenin axıcı halda olmasının, yəni bizim mayeni “qarışdıra bilməyimizin” səbəbi budur. Suyun daha da isinib molekullarının bir-birlərindən ayrılması mərhələsi isə qaz halıdır. Buxara çevrilən su bir-birindən getdikcə uzaqlaşan molekullardan ibarət olur. Bir-birindən uzaqlaşan molekullar daima hərəkətdə olduqlarına görə, ətrafa asanlıqla yayılırlar. Mətbəxdə bişən yeməyin qoxusunu bu səbəbdən digər otaqda hiss edirsiniz.

Əllərinizi bir-birinə sürtdükdə əllərinizin həddindən artıq isinməsinin, taxta parçasının üstündə fırlatdığınız taxta çubuğun alovlanmasının səbəbi də molekulların hərəkətidir. Əllərinizi bir-birinə sürtdükdə sürtünmənin təsiri ilə molekullar daha sürətlə hərəkət etməyə başlayırlar. Əllərinizdəki istilik hissi bu hərəkətdən doğan enerjinin nəticəsidir.

Molekullar fasiləsiz hərəkətdə olmalarına baxmayaraq, biz bunu çox vaxt hiss etmirik

Süfrənizin üstündəki millimetrik naxışlardakı molekullar da hərəkət edirlər, ancaq naxışlar pozulmur və ya bir-birinə qarışmır. Üzünüzü də molekullar təşkil edir və bu molekullar hərəkətdədir. Ancaq üzünüzün forması əsla pozulmur. Yer üzündəki hər şey, ən incə millimetrik ölçüdəki cisimlər belə hərəkətdədirlər. Lakin ətrafınızda buna dair ən kiçik dəlil yoxdur.

Molekullar kortəbii hərəkət etmirlər

Mayelərdə bir-birinin üstündə sürüşən, qazlarda bir-birindən uzaqlaşan, bərk maddələrdə isə bir-birinə sıx yaxın olan molekullar əsla nizamı pozmurlar. Bir stəkanı təşkil edən molekullar səbəbsiz yerə dağılıb bir-birindən ayrılmırlar. Stəkanı molekullarından ayırmaq üçün müəyyən temperatur lazımdır. Bunun üçün lazım olan temperatur müəyyən ölçüdədir. Məsələn, suyun molekullarına parçalanmasını təmin edən temperatur ölçüsü bəllidir. Ancaq həmin temperatur içində su qaynayan qazanı molekullarına parçalamaz. Bu səbəbdən, qazanın için

Molekulların bombardmanı şəklində hərəkətini hiss etdiyimiz hadisə: külək

Molekulların hərəkəti bəzən hiss edəcəyimiz ölçüdə olur. Bu, bəzən bizi üşüdəcək qədər yüngül, bəzən də ağacları, binaları yıxacaq qədər güclü külək ola bilər. Bəs küləyi necə hiss edirik? Küləyi iki səbəbə görə hiss edirik.

Havanın üzərimizdəki itələmə qüvvəsi

Bədənimizin bir tərəfinə toxunan hava molekulları digər tərəfinə toxunanlara nisbətən daha güclü itələmə qüvvəsi tətbiq edir. Beləliklə, küləyin hərəkət etdiyi istiqamətə doğru itələnirik. Əgər havada külək  yoxdursa, hər tərəfimizə eyni ölçüdə itələmə qüvvəsi tətbiq olunduğuna görə, itələmə qüvvəsi sıfıra bərabər olur. Bu təqdirdə, molekulların bədənimizə toxunmasının yeganə təsiri bədənimizə tətbiq etdiyi təzyiqdir ki, bunu da bədənimizdəki xüsusi sistem sayəsində hiss etmirik.

Küləyin üşütməsi

Bədənimiz kiçik temperatur dəyişikliyini hiss etdiyinə görə, meh kimi yüngül hava axınlarını belə hiss edirik. Bədənimizin açıqda qalan hissəsinin (əlimiz, üzümüz) bir hissəsi digərlərindən çox üşüdüyü üçün hava axının haradan gəldiyini də anlayırıq. Bəs hava axınları nə üçün bizi üşüdür? Əgər hava axını yoxdursa, bədənimizi əhatə edən hava təbəqəsindəki molekullar çox az yer dəyişdirir və biz bunu hiss etmirik. Çünki bir saniyədə milyardlarla toqquşma olduğu halda, molekullar ancaq 1 sm yer dəyişdirirlər. Ancaq küləkli havada bədənimizi əhatə edən hava təbəqəsini təşkil edən molekulların hamısı itələmə qüvvəsi ilə eyni istiqamətə doğru hərəkət edərək yerlərini daha soyuq havaya verirlər. Bədənə toxunan yeni təbəqə sürətlə isindiyinə görə temperatur itiririk.

Digər səbəb küləyin bədənimizi əhatə edən su buxarını uzaqlaşdırmasıdır. Buxarlanma ətrafdan temperatur udduğu üçün üşüməyə səbəb olur. Nəm və ya tərli bədənimizdə hava axınını daha çox hiss edirik, bədənimizin özünü soyutmaq üçün tərləməsi və isti şorbanı üfürərək soyutmağımızın səbəbi budur.

Ətrafınızdakı yüksək binalar, eviniz, bağınızdakı stol, yediyiniz meyvə, içdiyiniz su... Bunların hər biri müxtəlif xüsusiyyətlərə malik fərqli maddələrdir. Təbiətdə mövcud olan təqribən 109 atomun müxtəlif miqdarda və formada birləşməsi yer üzündəki müxtəlifliyi meydana gətirmişdir. Bu 109 atom bir-birindən fərqli maddələri meydana gətirdiyi kimi qoxu, dad, rəng, bərklik, yumşaqlıq, axıcılıq, uçuculuq kimi xüsusiyyətləri də meydana gətirirlər. İndi düşünün. Siz 109 fərqli hissənin birləşməsi ilə müxtəlif xüsusiyyətlərə malik neçə fərqli maddə əmələ gətirə bilərsiniz? Əlbəttə, verəcəyiniz say məhduddur. Bu qədər məhdud xammal ilə bu qədər möhtəşəm müxtəliflik, şübhəsiz ki, Allah`ın uca sənətidir.

Molekulların bədənimizə toxunduğunu nə üçün hiss etmirik?

Bunun cavabı bədənimizin yaradılış möcüzəsindədir. Çünki beynimizə ağrı impulslarını göndərən sinirlərimiz atmosfer təzyiqinin bədənimizdə meydana gətirdiyi dəyişikliyi, başqa sözlə, molekulların bədənimizə toxunması ilə əmələ gələn təzyiqi impulsa çevirmirlər. Sinir hüceyrələri ancaq böyük təzyiq olduqda impuls göndərirlər.

Bununla yanaşı,  uca Allah sinir hüceyrələrini xarici amillərə qarşı uyğun yaratmışdır. Məsələn, qolumuza barmağımızla davamlı şəkildə bassaq, əmələ gələn ağrı hissinin getdikcə azaldığını və bir müddət sonra tamamilə itdiyini görərik. Şübhəsiz ki, bu, çox böyük nemətdir. Əks təqdirdə, paltarlarımızın meydana gətirdiyi toxunma hissi beynimizə çoxlu lazımsız impulslar göndərər və biz paltarlarımızdan daima narahat olardıq.

Uca Allah hər şeyi bir ölçü ilə yaratmışdır

Elm adamlarının “təbii qanun” adlandırdığı bu həssas müvazinət olmasaydı, yer üzündəki heç nə, hətta bədənimizdəki zülalları və hüceyrələri təşkil edən molekullar da daxil olmaqla, kainatda heç bir şey sabit qalmazdı. Bundan əlavə, bu molekulların hərəkət sürətini və bizə böyük sürətlə toxunduğunu hiss etsəydik, həyat bizim üçün dözülməz olardı. Çünki həm ətrafımızı və bədənimizi əmələ gətirən molekulların dağılıb parçalanmasına mane olmağa, həm də toxunaraq bizə zərər vermələrinin qarşısını almağa çalışardıq. Ancaq uca Allah hər şeyi bir nizamla və qüsursuz uyğunluq içində yaratmışdır. Uca Allah`ın qüdrətinin göstəricisi bir ayədə belə bildirilir:

... Şübhəsiz, Allah hər şeyi hesaba alandır. (Nisa surəsi, 86)