Yağış hər dəfə yer üzünə eyni miqdarda yağır

Yağış hər dəfə yer üzünə eyni miqdarda yağır

Yağış hər dəfə yer üzünə eyni ölçüdə yağır. Bunun birinci səbəbi yağışın düşmə sürətiylə əlaqədardır. Yağış damcısıyla eyni çəkidə və böyüklükdə olan cisim 1200 metr hündürlükdən yerə buraxıldığında yerə düşmə sürəti gedərək artacaq və təxminən 558 km/saat olacaq. Əgər yağış damcısı da yerə bu sürətlə düşsəydi, bu halda bütün əkin və yaşayış sahələri məhv olacaq, evlər və avtomobillərə ziyan dəyəcək, insanlar tədbir almadan yolda yeriyə bilməyəcəkdilər.

Lakin belə bir hadisə heç zaman baş vermir; yağış damcıları nə qədər hündürdən düşsələr də, yer üzünə çatdıqlarında təxminən sürətləri saatda yalnız 8-10 km olur. Bunun səbəbi isə yağış damcısının atmosfer qatının sürtünmə təsirini artıran və yerə daha yavaş düşməsini təmin edən formaya sahib olmasıdır. Əgər yağış damcısı fərqli quruluşda olsaydı və ya atmosferin sürtünmə xüsusiyyəti olmasaydı, hər dəfə yağış yağanda yer üzü fəlakətlərlə qarşı-qarşıya qalacaqdı. Bunu anlamaq üçün isə bu rəqəmlərə baxmaq kifayətdir:

"Yağış buludlarının yerdən minumum hündürlüyü 1200 metrdir. Bu hündürlükdən düşən yalnız bir damcı, 1 kiloqram çəkidə olan əşyanın 15 sm hündürlükdən aşağı buraxılmasına bərabərdir. Ancaq yerdən 10.000 metr hündürlükdə də yağış buludları vardır .Bu isə 1 kiloqram çəkidə olan əşyanın 110 sm hündürlükdən aşağı buraxılması ilə eyni təsir gücünə bərabərdir"

Digər tərəfdən yer üzündə bir saniyədə 16 milyon ton suyun buxarlandığı hesablanmışdır. Bu həm də bir saniyədə dünyaya yağan yağışın miqdarıdır. Bir il ərzində bu miqdar 505 x 1012 tona çatır. Yəni, hər dəfə su yer üzündə müəyyən miqdarda dövr eləyir.

Yağışın yağma miqdarı bu xüsusiyyətləri ilə də bitmir. Məsələn, yağışın düşdüyü atmosfer təbəqələrində temperatur -40°C-yə qədər düşür. Ancaq su burada əsla buz qəliblərinə çevrilmir. Bunun səbəbi isə atmosfer qatında olan suyun "saf su" xüsusiyyətinə malik olmasıdır. Bildiyimiz kimi, saf su çox aşağı temperaturlarda belə donmur.