Qar dənəciklərindəki nizam

 Qar dənəciklərindəki nizam

1m3 qarda 350 milyon qar dənəciyi olduğu təxmin edilir. Bunların hamısı altıbucaqlı və kristallik quruluşdadır, ancaq hər biri fərqli formadadır. Bu formalar necə ortaya çıxıb, necə oldu ki, hər birinin fərqli formalarının olduğu, simmetriyanın necə təmin edildiyi kimi sualların cavabları elm adamları tərəfindən illərdir araşdırılır. Qar dənələrinin quruluşları tədqiq edildiklə Allahın sonsuz sənətinin fərqli bir tərəfi aşkar olur.

Bir qar dənəciyi iki yüzdən çox buz kristalından ibarət kristallar birləşməsidir. Qar kristalları əslində mükəmməl dizaynla formalaşdırılmış su molekullarından əmələ gəlir. Memari şah əsər kimi qiymətləndirilən qar kristalları su buxarının buludlardan keçərkən soyuması ilə formalaşır. 

Niyə bütün qar dənəciklərinə altıbucaqlı simmetriya var və niyə hər biri digərlərindən fərqlidir? Kənarları niyə düz deyil, sivri formadadır? Bu kimi sualların cavabını alimlər hələ də tapmağa çalışırlar. Ancaq ortada açıq-aydın həqiqət vardır: Allah yaratmada heç bir ortağı olmayan, sonsuz güc sahibi olan və hər şeyi örnəksiz şəkildə yaradandır.