Arxeopteriksin quşların əcdadı olmadığı bir daha sübut edildi

Arxeopteriksin quşların əcdadı olmadığı bir daha sübut edildi

Çünkiarxeopteriksdən 10 milyon il əvvələ aid quş fosili tapılıb.

Dövrümüzün quşlarının “əcdadı” olduğu irəli sürülən arxeopteriks bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə əsasən, velociraptor və ya dromoesaur adlandırılan kiçik dinozavrların bir qismi təkamül keçirərək qanadlanmış və uçmağa başlamışlar. Arxeopteriks dinozavr əcdadlarından ayrılan və yeni uçmağa başlayan ilk növdür.

Lakin əslində arxeopteriksin fosilləri üzərində aparılan son təhlillər bu izahın elmi cəhətdən əsassız olduğunu göstərir. Bu quş ara keçid forması deyil, sadəcə dövrümüzün quşlarından bir az daha fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quş növüdür.

Arxeopteriksin yaxşı uça bilməyən “yarı quş” olması tezisi yaxın dövrə qədər təkamülçü mənbələrdə çox tez-tez dilə gətirilirdi. Bu canlının “sternum”unun, yəni döş sümüyünün olmaması canlının uça bilməməsinin ən mühüm dəlili kimi göstərilirdi. (Döş sümüyü uçmaq üçün lazımlı olan əzələlərin birləşdiyi döş qəfəsinin altında yerləşən sümükdür. Dövrümüzdə uçan və ya uçmayan bütün quşlarda, hətta quşlardan tamamilə fərqli ailəyə məxsus olan uçan məməli yarasalarda belə bu döş sümüyü var).

Ancaq 1992-ci ildə tapılan yeddinci arxeopteriks fosili bu arqumentin səhv olduğunu göstərdi. Çünki tapılan bu son arxeopteriks fosilində təkamülçülərin uzun zaman boyu olmadığını hesab etdikləri döş sümüyü var idi. Bu tapıntı arxeopteriksin tam uça bilməyən yarı-quş olması iddialarını əsassız etdi.

Digər tərəfdən arxeopteriksin əsl mənada uça bilən quş olduğunun ən mühüm sübutlarından biri də heyvanın tüklərinin quruluşu oldu. Arxeopteriksin dövrümüzün quşlarınınkından fərqi olmayan asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Karl O.Dunbarın bildirdiyi kimi, “tüklərinə görə bu məxluq tam quş xüsusiyyəti daşıyırdı”.(Carl O. Dunbar, HistoricalGeology, NewYork: JohnWileyandSons, 1961, səh. 310)

Paleontoloq Robert Karol isə bu mövzunu belə izah edir:

Arxeopteriksin uçuş tüklərinin geometriyası dövrümüzün uçan quşlarınınkı ilə tamamilə eynidir, uçmayan quşların isə tükləri simmetrikdir. Tüklərin qanaddakı nizamı da dövrümüzün quşlarınınkı ilə bənzərdir... Van Tayn və Berqerin fikrincə, arxeopteriksin qanadlarının ölçüsü və forması toyuq cinsindən olan quşlar, qumrular, ağacdələnlər, cüllütlər və ağaca qonan oxuyan quşların çoxu kimi məhdud bitki örtüyünə məxsus çöllərdə hərəkət edən quşlarınkına bənzərdir... Uçuş tükləri ən az 150 milyon ildən bəri sabitdir (dəyişməmişdir).(Robert L. Carroll, PatternsandProcessesofVertebrateEvolution, CambridgeUniversityPress, 1997, səh. 280-81)

Arxeopteriksin tüklərinin ortaya çıxardığı başqa bir həqiqət isə bu canlının istiqanlı olması idi. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı, yəni bədən temperaturlarını özləri verə bilməyən, ətraf mühitin bədən temperaturlarını tənzimləyən canlılardır. Quşlardakı tüklərin ən mühüm funksiyalarından biri də bədən temperaturunu qorumalarıdır. Arxeopteriksin tüklü olması onun dinozavrların əksinə, istiqanlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.

 

Dişlər, pəncələr və digər orqanlar

Təkamülçü bioloqların arxeopteriksi ara keçid forma kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu canlının qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir.

Arxeopteriksin qanadlarında pəncələrinin və ağzında dişlərinin olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı əlaqəsi olduğunu göstərmir. Çünki dövrümüzdə yaşayan iki cür quşda – touraco corythaixopisthocomushoazində də budaqlara yapışmağa kömək edən pəncələr var. Bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan tam formalı quşdurlar. Ona görə də arxeopteriksin qanadlarında pəncələrinin olması və bu səbəbdən də ara forma olması iddiası əsassızdır.

Arxeopteriksin ağzındakı dişləri də canlını ara forma hesab etməyə əsas vermir. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək yanılırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərininki isə yoxdur. Daha da önəmli olan cəhət budur ki, dişli quşlar təkcə arxeopterikslə məhdudlaşmır. Dövrümüzdə dişli quşların artıq yaşamadıqları doğrudur, ancaq fosillərə baxdıqda istər arxeopteriksilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə olduqca yaxın tarixlərə qədər “dişli quşlar” adlandırılan fərqli quş qrupunun yaşadığını görərik.

Ən mühüm məsələ isə ondadır ki, arxeopteriks və digər dişli quşların diş formaları bu quşların “təkamül əcdadları” hesab edilən dinozavrların diş formalarından çox fərqlidir. L.D.Martin, J.D.Stuart və K.N.Uetstoun kimi məşhur ornitoloqların apardıqları ölçmələrə əsasən, arxeopteriksin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropoddinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır.(L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, TheAuk, cild 98, 1980, səh. 86)

Eyni tədqiqatçılar eyni zamanda arxeopteriksilə onun “əcdadları” hesab edilən teropod dinozavrlarının bilək sümüklərini müqayisə etmişlər və aralarında heç bir bənzərlik olmadığını üzə çıxarmışlar.(L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, TheAuk, cild 98, 1980, səh. 86; L. D. Martin "OriginsofHigherGroupsofTetrapods", Ithaca, NewYork: ComstockPublisingAssociation, 1991, səh. 485, 540)

Arxeopteriksin dinozavrlardan təkamül yolu ilə törədiyini iddia edən qabaqcıl təkamülçülərdən biri olan Con Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü bəzi “bənzərliklər”in isə əslində səhv şərh olduğu S.Tarsitano, M.K.Hext və A.D.Uolker kimi anatomistlərin tədqiqatları ilə aşkar olmuşdur.(S. Tarsitano, M. K. Hecht, ZoologicalJournaloftheLinnaeanSociety, cild 69, 1985, səh. 178; A. D. Walker, GeologicalMagazine, cild 177, 1980, səh. 595)

A.D.Uolker arxeopteriksin qulaq hissəsini də tədqiq etmiş və qulaq formasının da dövrümüzün quşlarınınkı ilə eyni olduğunu bildirmişdir. (A. D. Walker, asdescribedinPeterDodson, "InternationalArchaeopteryxConference", JournalofVertebratePaleontology5(2):177, iyun 1985)

 

 

Arxeopteriks və digər qədim quş fosilləri

Son dövrlərdə tapılan bəzi fosillər arxeopterikslə bağlı təkamülçü ssenarinin əsassızlığını başqa cəhətlərdən üzə çıxarmışdır.

1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lianhay Hou və Zhonqhe Zhou adlı iki paleontoloq confuciusornis adlandırdıqları yeni quş fosili tapdılar. Arxeopteriks ilə eyni yaşda (təqribən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün quşları ilə eyni olan bu quşun qanadlarında arxeopteriksdə olduğu kimi pəncələr vardı. Quyruq tüklərinə dəstək olan pygostyle  (büzdüm sümüyü)  adlı forma bu quşda da vardı.(PatShipman, "Birdsdoit... DidDinosaurs?", NewScientist, 1 fevral 1997, səh. 31)Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən arxeopterikslə eyni yaşda olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət arxeopteriksin bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət təşkil edirdi. Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da qarışdırdı. 130 milyon yaşındakı liaoningornis adlı bu quş L.Hou, L.D.Martin və Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə xəbər verildi. Liaoningornis dövrümüzün quşlarında olan uçuş əzələlərinin birləşdiyi döş sümüyünə malik idi. Digər xüsusiyyətləri ilə də bu canlı dövrümüzün quşlarından fərqlənmirdi. Yeganə fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət  dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik olmadıqlarını göstərirdi.("OldBird", Discover, 21 mart 1997)Belə ki, Alan Feduççia “Discover” jurnalında dərc edilən şərhində liaoningornisin quşların mənşəyinin dinozavrlardan gəldiyi iddiasını əsassız olduğunu bildirmişdi.("OldBird", Discover, 21 mart 1997)

Arxeopterikslə bağlı təkamülçü iddiaları təkzib edən başqa bir fosil isə eoalulavis oldu. Arxeopteriksdən 25-30 milyon il daha gənc, yəni 120 milyon yaşında olduğu söylənilən eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki bəzi uçan quşlardakı kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi.(PatShipman, "BirdsDoIt... DidDinosaurs?", səh. 28)

Beləliklə, arxeopteriks və digər arxaik quşların heç birinin ara keçid forması olmadığı qəti şəkildə sübut edilmiş oldu. Fosillər fərqli quş növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərini göstərmirdi. Əksinə, dövrümüzün quşlarının və arxeopteriksə bənzər bəzi xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn, confuciusornis və ya arxeopteriksin nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır.

 

DÜNYANIN ƏN QƏDİM QUŞU

 

Son dövlərdə Çindəki qazıntılarda tapılan yeni canlı qalığı dünyanın ən qədim quşu qəbul edilən Archaeopteryx-i ikinci sıraya keçirib. Paleontoloqlar Aurornis xui adlandırılan yeni quş növünün Archaeopteryx-dən 10 milyon il əvvəl yaşadığını bildirirlər.

Aurornis xui Çinin Liaoninq əyalətindəki Yaoluquo şəhərində aparılan arxeoloji qazıntılarda tapılıb. Aurornis xui eyni zamanda “quş, yoxsa tüklü dinozavr?” mübahisəsi gedən Archaeopteryx-in yenidən quş xəritəsinə əlavə edilməsinə səbəb olub. İlk dəfə 1861-ci ildə kəşf edilən Archaeopteryx elm adamları tərəfindən dünyanın ən qədim quşu qəbul edilmişdi. “The Guardian” internet səhifəsinin verdiyi məlumata əsasən qırqovul böyüklüyündə olan Aurornis xui-nin uzun pəncələri və quyruğu var. Quyruğundan dimdiyinə qədər uzunluğu 50 sm olan quşun ön və arxa ayaqları Archaeopteryx-ə bənzəyir.

Yaoluquonun lilli qayalıqlarında 153-165 milyon il əvvəl əmələ gəlmiş fosil Yuzhou Fosil və Geologiya Parkında elm adamları tərəfindən bir fosil tacirindən satın alınıb.

“Nature” jurnalında dərc olunmuş Aurornis xui fosili üzərindəki tədqiqat quşun 10 milyon il fərqlə Archaeopteryx-dən daha yaşlı olduğunu göstərib. Eyni zamanda Archaeopteryx-i yenidən quş aləminə aid edib.

“Şəfəq quşu” mənasını verən Aurornis-in fosilində quşun quyruğu, boynu və sinəsinə aid izlər var. Fosili tədqiq edən tədqiqatçılardan İngiltərənin Sautqempton Universitetindən paleontoloq Qaret Dayk “çox mühüm fosil əldə etmişik... Aurornis dünyanın ən qədim quşu hesab edilən Archaeopteryx-i ikinci sıraya keçirdi” deyib.