Ana südü

Ana südü

Ana südü uşağın qidaya olan ehtiyacını tamamilə təmin etmək və uşağı mümkün infeksiyalara qarşı qorumaq üçün Allahın yaratdığı tayı-bərabəri olmayan bir qidadır. Dövrümüzdəki texnologiya ilə hazırlanan uşaq qidaları belə bu möcüzəvi qidanı əvəz etmir.

Ana südünün uşağa olan faydaları getdikcə daha çox müəyyən edilir. Elmin ana südü ilə bağlı kəşf etdiyi həqiqətlərdən biri isə uşağın ana südü ilə 2 il boyu qidalanmasının son dərəcə faydalı olmasıdır. Elmin yeni kəşf etdiyi bu vacib məlumatı Allah bizə “... Onun (süddən) ayrılması iki il ərzindədir...” ayəsi ilə 14 əsr əvvəl bildirmişdir.