Hüceyrələrin fərqli orqanlara çevrilməsi dünyadakı ən böyük möcüzələrdən biridir

Hüceyrələrin fərqli orqanlara çevrilməsi dünyadakı ən böyük möcüzələrdən biridir

Hüceyrələrin proqramlaşdırılmış halda müxtəlif zülallar istehsal edərək fərqli orqanlara çevrilməsi prosəsinə tibbdə "fərqliləşmə", ya da "morfogenez" deyilir. Hüceyrələr bu bölünmə mərhələsi zamanı böyük dəqiqlik və yaxın əməkdaşlıqla qrup kimi işləyirlər. Hər hüceyrə bütün planı bilir və tez-tez xəbərləşirlər. Bəs, bu qədər yüksək səviyyədə əlaqə və koordinasiya necə reallaşır? İsrailli biofizik dr. Lee Spetner də buradakı möcüzəvi yaradılışa belə diqqət çəkir:

"Hüceyrələr necə belə mükəmməl şəkildə inkişaf edirlər? Gördüyümüz kimi, inkişaf iki yerə bölünərək yalnız bir hüceyrədən başlayır. İki yerə, sonra isə dörd yerə bölünür və bu belə davam edir.Ancaq bir andan sonra hüceyrələrin xüsusiyyətləri dəyişir. Sonda hüceyrələrin bir qismi toxumaya, ya da orqana çevrilən zaman, digər hüceyrələr də fərqli toxuma və ya orqanlara çevrilirlər. Bu hər dəfə demək olar ki, eyni qüsursuzluqla reallaşır. Bəs bu, necə baş verir? (Lee M. Spetner, The Judaica Press Inc., 1997)