Qum təpələri və Mars planeti

Qum təpələri və Mars planeti

Qurandakı "Əhqaf" surəsi "qum təpələri" mənasını verir. Astronomiyada Mars deyildiyində ağıla ilk gələn xüsusiyyətlərindən biri, Marsdakı yüksək qum yığınları, yəni nəhəng "qum təpələri"dir. Mars bu xüsusiyyəti ilə digər planetlərdən fərqlidir.

Əhqaf surəsinin 23-cü ayəsindəki hərflərin düzülmələrinə baxdığımızda isə, ərəb dilində Mim, Əlif, Rə və Sin hərflərinin yan-yana gələrək Mars sözünü meydana gətirməsinin şahidi oluruq.

Bu hərflərin Marsın xüsusiyyətlərindən biri olan və "qum təpələri" mənasını verən Əhqaf surəsində istifadə edilməsi son dərəcə diqqət çəkicidir. Üstəlik yalnız Mars deyil, eyni zamanda, Marsın peyki olan göy cismi "Deimos" sözü də bu surədə yan-yana keçir. Marsın ətrafında dönən "Deimos" adlı göy cisminə aid hərflər, Əhqaf surəsinin 30-cu ayəsində yan-yana gəlir. Bütün bunlar zamandan münəzzəh Rəbbimizin Dərgahında təcəlli edən sonsuz elm və məlumatının nümunələrindəndir.