Dnt və genetik tarixin başlanğıcı

Dnt və genetik tarixin başlanğıcı

DNT termininin Quranda keçdiyinə dair çox açıq işarələrə rast gəlirik. Məsələn genetika elminin başlanğıc tarixi 1865-ci il və DNT-yə Qurandakı (18:65) nömrəli ayə ilə hər kəsin görə biləcəyi bir dəqiqlikdə diqqət çəkilir.

Bilindiyi kimi bu günki müasir genetikanın əsasını qoyan Mendel adlı elm adamının 1865-ci ildə hazırladığı genetik qanunlar, həm heyvanlar həm bitkilər həm də insanlar üçün etibarlıdır.

Buna görə də 1865-ci il elm dünyası üçün tarixi dönüş nöqtəsidir. Və bu dönüş nöqtəsinə Quranda çox açıq şəkildə diqqət çəkilir.

D-N-A hərflərinin Quranda haralarda yan-yana gəldiyini araşdırdığımız zaman ən çox 18-ci surənin 65-ci ayəsində keçdiyini görürük (Ərəbcədə Dal - Nun - Elif). Bəli, 18:65 nömrəli ayədə çox maraqlı və bənzərsiz bir şəkildə ard-arda tam üç dəfə D-N-A hərfləri keçir. Və Quranın başqa heç bir ayəsində "DNT" hərfləri bu şəkildə ard-arda və çox sayda keçmir. Yəni Quran 18:65 ayəsiylə diqqətimizi "DNT" termininə çəkmək istəyir.