Kolibrilər havada necə asılı qala bilir?

Kolibrilər havada necə asılı qala bilir?

Bu kiçik quş güclü külək zamanı belə hədəfə uçmağı, havada asılı qalaraq dayanmağı və suya başvurma hərəkətlərini necə mükəmməl bacarır?

Kolibrilərin çəkisi bir neçə qramdan 20 qrama qədərdir. Bu qədər kiçik çəkidə olmalarına baxmayaraq, havada asılı qalmasına görə dünyanın ən qabiliyyətli canlılarıdır. Kolibrilər digər quşlardan fərqli uçuş sisteminə malikdirlər. Digər quşlardakı qanadları aşağı-yuxarı çırpma hərəkətlərinin əksinə, qanadlarını "8" rəqəmi şəklində titrəşdirirlər . Bu titrəşdirmə həm aşağı, həm də yuxarı hərəkət zamanı qaldırma qüvvəsini meydana gətirir.

Havada asılı qalaraq uçan zaman kolibrilərin qanadlarının kənarında meydana gələn hava axını əlavə qaldırma qüvvəsi yaradır. Bu axınlar qısa zaman ərzində təsirini itirirlər. Kolibrilərə bu problemin həlli üçün ağıllı sistem verilmişdir. Qanadlarının böyük bucaq altında aşağı hərəkəti zamanı hava axını yaradılır. Yuxarı hərəkət zamanı qanadlarını çevirərək, qanadın digər tərəfində yeni hava axını yaradırlar ; beləliklə böyük qaldırma qüvvəsinin davamlılığı təmin edilir. Bu həssas tarazlığın güclü külək ilə pozulacağı düşünülsə də, heç də elə olmur.