Nilufər çiçəkləri

Nilufər çiçəkləri

Bu çiçəklər Amazon çayının dibindəki bataqlığın içində böyüməyə başlayırlar və daha sonra çayın üzərinə doğru uzanırlar. Məqsədləri yaşaya bilmələri üçün lazım olan işığa çatmaqdır. Suyun üzərinə çıxdıqları zaman böyüməyi dayandırır və burada üstü tikanlı yumru tumurcuqlar əmələ gətirirlər. Tumurcuqlar bir neçə saat ərzində təxminən iki metrlik böyük yarpaqlara çevrilirlər. Beləliklə, bitki nə qədər bol yarpaqla çayın üzərini örtərsə, gün işığından o qədər çox faydalanır. Nəticədə bu nilufərlər gün işığından faydalanaraq fotosintez imkanı tapırlar. Əks təqdirdə çayın dibindəki işıq çatışmamazlığından həyatlarını davam etdirə bilməyəcəklərini ''bilirlər''. Bitkinin belə ''ağıllı'' metodla ''hərəkət etməsi'' əlbəttə düşündürücüdür.

Palçıqlı bataqlıqların dibindən iki metrə qədər uzanaraq su üzünə çıxan nilufər yarpaqları beləcə günəş işığından faydalana bilirlər. Fəqət, bu çiçəklərin köklərinin oksigenə də ehtiyacı var. Bitkinin köklərindən su üzünə uzanaraq oradan aldığı oksigeni köklərə daşıyan saplar bu vəzifəni yerinə yetirir.

Belə ki, günəş işığı Amazonka nilufərləri üçün hər şey demək deyil. Onların eyni nisbətdə oksigenə də ehtiyacları var ki, köklərin olduğu palçıqlı zonada oksigenin çatışmadığı aydındır. Bu səbəblə nilufərlər köklərindən çıxan sapları yuxarıya, yarpaqlarının olduğu su səthinə doğru uzadırlar. Bəzən uzunluğu 11 metr olan bu saplar yarpaqlara bağlanırlar və yarpaqla kök arasında oksigen daşıyan kanal vəzifəsini yerinə yetirirlər.

Görəsən çayın dərinliklərində yaşamağa təzəcə başlayan bir tumurcuq işığa və oksigenə ehtiyac duyduğunu, işıq və oksigenin olmadığı şəraitdə yaşaya bilməyəcəyini və ehtiyacı olan şeylərin suyun üzərində olduğunu haradan bilir? Yaşamağa təzə başlayan bir varlıq nə o suyun bir qətrəsinin olduğundan, nə günəşin, nə də oksigenin varlığından xəbərdar deyil. Buna görə də, təkamül nəzəriyyəsi tərəfdarlarının məntiqi ilə yanaşsaq, bu bitkilərin çoxdan mühit şərtlərinə məğlub olub, nəsillərinin kəsilməli olduğunu düşünməliyik. Lakin nilufərlər bütün mükəmməllikləri ilə bu gün də qarşımızdadırlar.

Amazonka nilufərlərinin yaşamaq uğrunda inanılmaz mübarizələri suyun üzərindəki işığı və oksigeni əldə etdikdən sonra da davam edir. Onlar böyük yarpaqlarının su ilə dolub batmaması üçün kənarlarını yuxarıya doğru əyirlər.

Gördükləri bütün bu tədbirlərlə həyatlarını davam etdirə bilirlər, ancaq nəsillərinin davam etməsi üçün daha artığına ehtiyac hiss etdiklərini də anlayırlar. Belə ki, toxumlarını başqa nilufərə daşıyacaq canlıya ehtiyac duyurlar. Həmin canlı isə bir böcək növüdür. Bu böcəklər ağ rəngə qarşı xüsusi meyllə yaradılmışlar. Buna görə də qonmaq üçün Amazon çayının onlarla cazibəli çiçəyinin yanında ağappaq görünən nilufərləri seçirlər. Amazonka nilufərləri də nəsillərinin davamiyyətini təmin edən bu qonaqlar gəldiyi zaman bütün yarpaqlarını bağlayır, çıxamamaları üçün onları ''həbs'' edir və onlara çoxlu toxum bulaşdırırlar. Bir gecə saxladıqdan sonra isə buraxırlar və öz toxumlarını geri qaytarmamaları üçün rənglərini dəyişdirirlər. Yəni ağappaq nilufərlər artıq çəhrayı rəngə boyanaraq Amazon çayını bəzəməyə başlayırlar.

Heç şübhə yoxdur ki, növbə ilə gələn bütün bu qüsursuz və incəliklə hesablanmış planlar hər şeydən xəbərsiz olan tumurcuğun əsəri deyil, onu yaradan Allahın ağlının əsəridir.