Tənəffüs etdiyimiz hava hər səhər necə təmizlənir?

Tənəffüs etdiyimiz hava hər səhər necə təmizlənir?

Gün boyu avtomobillərdən çıxan qazlar, evlərin bacalarından çıxan tüstülər, küləklə uçuşan tozlar, fabriklərdən yayılan kimyəvi qazlar… kimi xarici amillər tənəffüs etdiyimiz havanı daim çirkləndirir. Lakin biz heç vaxt havasızlıqdan əziyyət çəkmirik. Tənəffüs etdiyimiz hava həmişə təmizdir. Bəs bütün gün müxtəlif səbəbdən çirklənən hava necə təmizlənir? Elm adamlarının uzun illər davam edən işlərinə baxmayaraq, qaynağını açıqlaya bilmədikləri təmizləyicilər nələrdir?

Tənəffüs etdiyimiz hava 77% azot,  2% oksigen və 1% karbondioksid və arqon kimi qazların qarışığından ibarətdir. Ancaq çox həssas tarazlıqlar üzərində qurulmuş Yer atmosferi hidrokarbonlar adlanan kimyəvi birləşmələr tərəfindən çirklənir. Bunlar ağac və qalıq yanacaqlar kimi maddələrin yanması ilə ortaya çıxır. Ancaq havada yaranan bu çirkləndiricilər uca Allahın yaratdığı xüsusi üsullarla təmizlənir.

Atmosferdəki su damlacıqlarının havanı təmizləməsi

 Atmosferə yayılan kükürd dioksid və azot dioksid qazları müxtəlif kimyəvi çevrilmələrdən keçdikdən sonra buludlardakı su damlaları tərəfindən əmilir. Sonra bu damlalar yerə yağış, qar kimi yollarla düşərək yenidən torpağa qarışırlar. Ancaq bu əməliyyat əsnasında havanı da təmizləyirlər. Yağış yağdıqdan sonra havanın tərtəmiz və təptəzə ətrinin olmasının səbəbi də budur: yağış damcılarının havadakı bütün tozları tutması və torpağa endirməsi….

 Günəş enerjisinin havanı təmizləməsi 

 Bəzi təbii kimyəvi birləşmələr günəş işığı ilə reaksiyaya girərək bəzi maddələr istehsal edirlər. Bu maddələr havanı sisdən və çirklədicilərdən təmizləyir. Günəşdən enerji alan bu kimyəvi maddələr sis və digər çirklədiciləri parçalayıb onları zərərsiz molekullar halına gətirərək havanı təmizləyir. Burada maraqlı olan cəhət ondan ibarətdir ki, günəş şüaları yalnız canlıların nəfəs almasını çətinləşdirən zərərli maddələri molekullara ayıraraq parçalayır, faydalı kimyəvi birləşmələrə isə heç bir zərər vermir. Şübhəsiz, bu vəziyyət üstün ağıl sahibi uca Allahın insanlara bəxş etdiyi nemətlərdən yalnız biridir. 

 O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nan­­kordur.(İbrahim surəsi, 34)

 Hidroksil ionunun (OH) havanı təmizləməsi 

 OH radikalları atmosferdə təbii yollarla yaranan kimyəvi birləşmələrin günəş işığını alıb yayması ilə meydana gəlirlər. 

Atmosferin yuyucuları adlandırılan OH ionları, hidrokarbon radikalları kimyəvi olaraq zərərsizləşdirərək hava çirkini parçalayır və zəhərli atmosfer qazlarının meydana gəlməsinin qarşısını alırlar.

Elm adamları daim islehsal edilən və təxminən bir saniyə yaşayan OH radikallarını hansı qaynaqların istehsal etdiyini hələ də tapa bilməmişlər.

Biz atmosferimizi təmizləyən radikalların necə istehsal edildiyini hələ bilməzkən uca Allahın qurduğu mükəmməl nizam bu radikalları istehsal edir və havanın təmizlənməsini təmin edir. Uca Allah yaratma sənətini bir ayədə belə xəbər vermişdir:

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)

 Bitkilərin fotosintez əməliyyatında havanı təmizləməsi  

 Həyatın əsası olan bütün biokimyəvi proseslər üçün enerji lazımdır. Bu enerjinin qaynağı hüceyrələrdə yığılmış qidaların yanması, yəni oksigenlə birləşərək parçalanmasıdır. Bu parçalanma əsnasında qida molekulları arasındakı kimyəvi enerji sərbəst qalaraq ortaya çıxır. Bitkilər məhz torpaqdan aldıqları suyu havadan aldıqları karbondioksidlə birləşdirərək şəkər və nişastaya bənzər karbohidratlara və oksigenə çevirir. Fotosintez adlanan bu prosesdə yaranan yüksək enerjili qidalar toxumalarda yığılarkən oksigen çölə atılır. Nəfəs almağımız üçün vacib şərt olan oksigen fotosintez hadisəsi ilə işığın olduğu gündüz vaxtında bitkilər tərəfindən xaricə verilməyə başlayır və tənəffüs etdiyimiz havanı təmizləyir. Səhərlər tənəffüs etdiyimiz havanın çox təmiz olması uca Allahın qurduğu bu mükəmməl sistem sayəsində mümkün olur. Uca Allah nəfəs alma və səhər vaxtı arasındakı əlaqənin möcüzəvi xüsusiyyətini bir Quran ayəsində belə bildirmişdir: 

 Və nəfəs alan sabaha… (Təkvir surəsi, 18)

 Nəfəs almağıın böyük möcüzə olduğunu heç düşündünüzmü?

Hər canlı doğulduğu andan ölənə qədər dayanmadan nəfəs alır. Ancaq nəfəs almaq yalnız havanı içinə çəkmək və sonra nəfəs verərək çölə buraxmaqdan ibarət deyil. Bu səbəbdən, insan yaşamasına səbəb olan havanın necə tükənmədiyini, çirklənmədiyini və daim təzələnildiyini düşünməlidir. Çünki heç bir canlının nəfəs almaq üçün kiçik bir səy göstərməsinə belə ehtiyac yoxdur. İnsanın həm ətrafındakı, həm də bədənindəki bütün şərtlər rahat nəfəs ala biləcəyi şəkildə yaradılmışdır.

 Tənəffüs edilən hava Allahın yaratdığı mükəmməl nizam sayəsində qorunur. Əgər bu nizamda kiçik bir dəyişiklik olsa, bu, bütün canlılığın yox olmasına gətirib çıxara bilər. Çünki atmosfer həyat üçün lazım olan xüsusi şərtlər daxilində yaradılmışdır.

Tənəffüs etdiyimiz havanı təmizləyən xüsusi sistemlər də atmosferdəki qüsursuz nizamın bir hissəsidir. Əgər bu sistemlər olmasaydı, canlılar nəfəs almalarına baxmayaraq, zəhərlənib ölərdilər. Ancaq günəş şüaları, yağış suları, OH ionu və bitkilərin fotosintezi kimi qüsursuz sistemlər Yer atmosferini canlılar üçün xüsusi olaraq təmizləyir.

Şübhəsiz, təkcə bu xüsusiyyət belə dünyanın və bütün kainatın təsadüfən ortaya çıxmış başıboş bir məkan olmadığını isbat edir. Kainat, yaşadığımız dünya, dünyada canlılığı təmin edən bütün sistemlər, bitkilər, heyvanlar və insanlar hər xüsusiyyəti ilə üstün güc sahibi olan uca Allah tərəfindən yaradılmışdır.

 Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, bütün heyvanatı yaymasında, küləklərin  dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

 Hava insanın yaşaması üçün böyük əhəmiyyət daşıyır. Bütün canlılar kimi insanın da gündə təxminən 14 kq havaya ehtiyacı var.

 Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)

 Quranda  bildirilən yağış suları

 Uca Allah bir çox Quran ayəsində yağışın dirildici xüsusiyyətinə işarə edir. Şübhəsiz, yağış sularının yer üzünün ehtiyacı olan suyun təmin edilməsində həyati əhəmiyyəti və dirildici xüsusiyyəti var. Ancaq yağış suları havanın təmizlənməsində də böyük rol oynayır, bu baxımdan da dirildici təsir meydana gətirirlər. Ayələrdə bu dirildici təsirə işarə edilə bilər (ən doğrusunu Allah bilir).

 Halbuki, o (yağış) onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər. Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir. (Rum surəsi, 49-50)