Suyun möcüzəli cəhətləri

Suyun möcüzəli cəhətləri

Su bir çox qeyri-adi xüsusiyyətlərə sahibdir. Hər bir su molekulu hidrogen və oksigen atomlarının birləşməsindən yaranıb. Biri yandırıcı, digəri isə yanıcı olan iki qazın birləşərək suyu yaratması doğrudan da, möcüzəvidir.

İndi isə qısaca olaraq, kimyəvi cəhətdən suyun necə yaranmasına baxaq. Suyun elektrik yükü sıfırdır, yəni neytraldır. Ancaq hidrogen və oksigen atomlarının nisbi kütlələrindən asılı olaraq, su molekullarının oksigen tərəfi azca mənfi, hidrogen tərəfi isə azca müsbət yüklüdür. Birdən çox su molekulu eyni araya gələndə həmin cüzi müsbət və mənfi yüklər bir-birlərini cəzb edərək, "hidrogen rabitəsi" adlanan çox özəl bir əlaqə əmələ gətirirlər. Hidrogen rabitəsi çox zəif bir əlaqədir və ömrü də son dərəcə qısadır - təxminən yüz milyardda bir saniyə! Amma həmin əlaqələrin biri qırılanda dərhal digəri yaranır. Beləcə, su molekulları bir-birilə bağlanırlar, amma eyni zamanda, həmin rabitələr çox zəif olduğundan, su axıcı şəkil alır.

Hidrogen rabitəsinin suya qazandırdığı başqa bir özəllik isə bu mayenin temperatur dəyişmələrinə reaksiyasıdır. Havanın temperaturu dərhal artsa da, su yavaş-yavaş isinir və gec də soyuyur. Suyun bu xassəsi canlı aləm üçün son dərəcə önəmlidir. Məsələn, elə bizim öz vücudumuzda xeyli su var. Əgər o, havanın temperaturunun dəyişməsinə ani reaksiya versəydi, bizim bədənimizin hərarəti də tez-tez və çox sürətlə gah enər, gah da qalxardı. Təsəvvür edirsinizmi, bu zaman nələr baş verərdi?

Başqa tərəfdən, suyun buxarlanması üçün böyük istilik enerjisinə ehtiyac var. Nəticədə, su buxarlanarkən, xeyli miqdarda enerji sərf etdiyinə görə, temperaturu aşağı düşür. Bu, insan orqanizmi üçün çox böyük önəmə malik olan bir xassədir. Belə ki, bədənimizin normal temperaturu 36,6 C-dir və biz maksimum 42 C-yə dözə bilərik. Ümumiyyətlə, insan orqanizmi cəmisi 6 C-lik bir diapazonda yaşaya bilir ki, bu da çox azdır. Məsələn, Günəşin altında bir neçə saat işləmək insan orqanizminin temperaturunu kritik həddə çatdıra bilər. Amma bədənimiz tərləyərək, yəni daxilindəki suyu buxarlandıraraq, enerjisinin böyük bir hissəsini xərcləyir və bu yolla da temperaturunu aşağı salır. Vücudumuz avtomatik olaraq hərarətini tənzimləyən belə bir mexanizmə sahib olmasaydı, Günəşin altında bir neçə saat işləmək hətta bizi öldürə bilərdi!

Hidrogen əlaqəsinin suya qazandırdığı bir başqa özəllik isə, onun maye halında olarkən bərk hala nisbətən daha sıx olmasıdır. Halbuki, Yer üzündəki maddələrin əksəriyyəti bərk olarkən sıxlığı maye hala nisbətən daha yüksək olur. Bu baxımdan su onların hamısından fərqlənir. Ona görə ki, hidrogen rabitəsi su molekullarını bir-birlərinə tam sıx bağlanır və arada müəyyən boşluqlar qalır. Su maye halında olanda hidrogen bağları qırıldığından, oksigen atomları bir-birlərinə yaxınlaşır və nəticədə sıxlıq daha da artır. Bu vəziyyət, eyni zamanda, buzun sudan daha yüngül olmasına gətirib çıxarır. Normal halda hansısa bir metalı əridib, içinə eyni metalın hissələrini atsanız, onlar dərhal dibə çökəcək. Suyun vəziyyəti isə fərqlidir. On minlərlə ton ağırlığında olan nəhəng aysberqlər göbələk kimi suyun səthində üzürlər. Bəs suyun bu xassəsinin nə faydası var?

Sualı cavablandırmaq üçün çayları yada salaq. Havalar çox soyuq olanda çayların hamısı yox, yalnız səthi donur.

Su +4 C-də ən ağır halındadır. Bu dərəcəyə gəlib çatan su tez dibə çökür. Suyun üst təbəqəsində isə buz təbəqəsi əmələ gəlir. Bu təbəqənin altında qalan su axmağa davam edir. +4 C canlıların yaşaya biləcəyi istilik olduğu üçün aşağı qatdakı canlılar isə həyatlarını normal şəkildə davam etdirirlər.

Allahın suya verdiyi bu bənzərsiz xüsusiyyətlər Yer üzündə canlı həyatın mövcudluğunu təmin edir. Bu böyük nemətin önəmi Quranda belə açıqlanıb:

"Sizin üçün göydən su endirən Odur. O sudan siz də, içində otardığınız ağaclar və otlar da içər. Allah o su ilə sizin üçün əkin, zeytun, xurma ağacları və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır!" ("Nəhl" surəsi, 10-11).