Həyatın əsl mənşəyi: Bütün canlıları Allah yaratmışdır

Həyatın əsl mənşəyi: Bütün canlıları Allah yaratmışdır

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəldiyini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elm pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarətdir.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilməyib. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar faydasız olub.

Ancaq bir çox insan, hətta dövrümüzdə belə, bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi və ya sürtünmə qüvvəsi kimi sübut edilmiş elmi qanunlar kimi qəbul edir. Çünki təkamül nəzəriyyəsinin cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin boş dəlillərə əsaslandığından və elm tərəfindən hər sahədə təkzib edildiyindən xəbərdar deyil.

Hüceyrənin təsadüfən meydana gəlməsi qətiyyən mümkün deyil

Dövrümüzdə biologiya, paleontologiya, genetika, biokimya, mikrobiologiya kimi elm sahələrində aparılan tədqiqatlar həyatın təsadüfən və təbii şərtlər nəticəsində öz-özünə meydana gəlməsinin mümkün olmadığını sübut edir. Canlı hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluşdur. Müasir elm bir canlı hüceyrəsinin belə böyük bir şəhərdən daha mürəkkəb quruluşa və fövqəladə sistemlərə malik olduğunu aşkar etmişdir. Bu cür mürəkkəb quruluş ancaq bütün hissələri eyni anda və nöqsansız meydana gəldiyi təqdirdə fəaliyyət göstərə bilər. Əks təqdirdə, heç bir faydası olmaz və müəyyən dövr sonra dağılar, parçalanar və məhv olar. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi milyonlarla il sonra digər hissələrinin “təsadüfən” əmələ gəlməsini gözləyə bilməz. Beləliklə, bir hüceyrənin mürəkkəb quruluşu belə Allahın həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir.

Hüceyrə Nyu-York şəhəri kimi kompleks quruluşdadır

Əslində ilk canlı hüceyrəsinin, hətta bu hüceyrənin içindəki milyonlarla zülal molekulundan birinin belə öz-özünə əmələ gəlməsinin mümkün olmadığı, ağıl və məntiqlə yanaşı, riyazi cəhətdən də qeyri-mümkündür. Yəni təkamül nəzəriyyəsi hələ ilk mərhələdə süqut edib, çünki ilk canlı hüceyrəsinin necə əmələ gəldiyini açıqlamaqda  acizdir.

Ən kiçik canlı hissəsi olan hüceyrə təkamülçülərin iddia etdiyi kimi, bəsit və nəzarətsiz şərtlər daxilində tədadüfən əmələ gəlmədiyi kimi, XXI əsrin ən qabaqcıl laboratoriyalarında da sintez oluna bilinmir. Canlı hüceyrəsinin əsasını təşkil edən amin turşularına və onların meydana gətirdiyi zülallara əsaslanaraq nəinki hüceyrə, hüceyrədəki mitoxondri, ribosom, lizosom, hüceyrə qılafı, Holci kompleksi, endoplazmatik şəbəkə və s. kimi orqanoidlərindən birini belə meydana gətirmək mümkün deyil. Hələ də cavabsız bir çox sirri özündə saxlayan canlı hüceyrəsi təkamül nəzəriyyəsinin ən böyük müəmmalarından birini təşkil edir.

Canlı hüceyrəsinin nüvəsində yerləşən və təxminən 3.5 milyard şifrə ilə kodlanan və canlıya aid bütün məlumatları özündə ehtiva edən DNT molekulunun mənşəyi də təkamül nəzəriyyəsi üçün böyük müəmmadır. 1950-ci illərdə elektron mikroskopunun icad olunması ilə kəşf edilən DNT, möhtəşəm nizam və quruluşa malik nəhəng molekuldur. Uzun illər təkamül nəzəriyyəsinə inanan, Nobel mükafatına layiq görülmüş Frensis Krik də DNT-ni kəşf etdikdən sonra həyatın mənşəyinin təsadüflərə əsaslanmadığını bu cür etiraf etmək məcburiyyətində qalmışdır:

“Bu gün əlimizdə olan məlumatlara əsaslanaraq ancaq bunu deyə bilərik: Həyatın mənşəyi möcüzəvi şəkildə meydana gəlmişdir.” (Francis Crick, Life Itself: It’s Origin and Nature, New York, Simon & Schuster, 1981, s. 88)

Təkamülün mexanizmləri xəyalidir

Darvinizm canlıların iki əsas mexanizm sayəsində təkamülləşdiklərini iddia edir: “Təbii seleksiya” və “mutasiya”. Nəzəriyyənin əsas iddiası belədir: “Təbii seleksiya və mutasiya bir-birlərini tamamlayan iki mexanizmdir. Canlıların genetik quruluşunda meydana gələn təsadüfi mutasiyalar təbii seleksiya mexanizmi vasitəsilə seçilir, bununla da canlılar təkamülləşir.” Çox məqbul nəzəriyyə kimi izah edilən bu hekayəni bir az araşdırdığımızda, əslində ortada heç bir təkamül mexanizminin olmadığını görərik. Çünki nə təbii seleksiya, nə də mutasiyalar növlərin təkamüllü və çevrilməsi iddiasında ən kiçik rol oynamır.

Təbii seleksiya canlı növlərini təkamül etdirmir

Təbii seleksiya – yaşadığı coğrafi mövqenin təbii şərtlərinə uyğun quruluşda olan canlıların həyatlarını və nəsillərini davam etdirəcəklərini, uyğun quruluşda olmayanların isə məhv olacaqlarını iddia edir. Məsələn, yırtıcı heyvanların hücumuna məruz qalan maral sürüsündə, təbii olaraq sürətli qaça bilən marallar həyatda qalar, zəif, xəstə və yaxud şikəstlər ovlanar. Amma bu müddət nə qədər davam etsə də, yırtıcı heyvanlar marallara nə qədər hücum etsələr də, marallar başqa canlı növünə çevrilməz. Marallar həmişə maral olaraq qalar.

Təbii seleksiyanın təkamül nəzəriyyəsinə qazandırdığı  heç bir faydası yoxdur. Çünki bu mexanizm heç bir zaman bir növün genetik məlumatını zənginləşdirib inkişaf etdirməz. Heç vaxt bir növü  bir başqa növə çevirə bilməz, yəni dəniz ulduzunu balığa, balıqları qurbağaya, qurbağaları timsaha, timsahları da quşa çevirə bilməz.

Təbii seleksiya barəsində təkamülçülərin istifadə etdikləri çaşdırıcı üslublardan biri də bu mexanizmi  şüurlu dizayner kimi göstərməyə çalışmalarıdır. Halbuki təbii seleksiyanın şüuru yoxdur. Canlılar üçün nəyin yaxşı, nəyin pis olduğunu ayırd edən ağıla sahib deyil. Buna görə də təbii seleksiya kompleks quruluşa sahib sistemləri və orqanları əsla açıqlaya bilməz. Bu sistem və orqanlar iç-içə keçən bir çox hissənin birgə fəaliyyəti ilə meydana gəlir və bu hissələrin biri olmasa ya da qüsurlu olsa digərləri heç bir işə yaramaz.

Təbii seleksiya yalnız müəyyən canlı növü daxilindəki şikəst, zəif və ya ətraf mühitə uyğun gəlməyən fərdləri ayırd edə bilər. Yeni canlı növləri, yeni genetik məlumat və ya yeni orqanlar meydana gətirə bilməz. Yəni təkamülləşdirə bilməz. Darvin də bu həqiqəti “faydalı dəyişikliklər meydana gəlmədiyi təqdirdə təbii seleksiya heç bir şey edə bilməz” deyərək qəbul etmişdir.(Charles Darvin, The Origin of Species, s. 177)

Buna görə də neodarvinizm “faydalı dəyişiklik səbəbi” kimi təbii seleksiyaya mutasiya mexanizmini də əlavə etməyə məcbur olub. Halbuki mutasiyalar yalnız və yalnız “zərərli dəyişiklik səbəbi”dir.

Mutasiyalar zərərlidir

Mutasiyalar canlı hüceyrənin nüvəsində olan və genetik məlumatı daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsir nəticəsində meydana gələn dağılma və yerdəyişdirmələrdir. Mutasiyalar DNT-ni meydana gətirən nükleotidləri korlayır və ya yerlərini dəyişdirir. Çox vaxt da hüceyrənin təmir edə bilməyəcəyi miqyasda zərərli dəyişikliklərə səbəb olur.

Bu səbəbdən təkamülçülərin sığındıqları mutasiya heç də zənn edildiyi kimi canlıları inkişafa və mükəmməlliyə aparan sehirli dəyənək deyil. Mutasiyaların təsiri zərərlidir. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xerosima, Naqasaki və ya Çernobldakı insanların məruz qaldığı dəyişikliklər ola bilər: yəni ölüm, şikəstlik və xəstəliklər…

Bunun səbəbi çox sadədir: DNT kompleks nizama malikdir. Bu molekul üzərində yaranan hər hansı təsadüfi təsir orqanizmə ancaq zərər verir. Amerikalı genetik B.G.Ranqanatan bunu belə açıqlayır: “Mutasiyalar kiçik, təsadüfi və zərərlidir. Çox nadir halda meydana gəlir və ən yaxşı ehtimalla təsirsizdir. Bu dörd xüsusiyyət mutasiyaların təkamülü həyata keçirə bilməyəcəyini göstərir. Onsuz da yüksək nizama malik bir orqanizmdə meydana gələn təsadüfi dəyişiklik ya təsirsiz olacaq ya da zərərli. Bir qol saatında meydana gələn təsadüfi dəyişiklik qol saatını inkişaf etdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı ehtimalla təsirsiz olar. Bir zəlzələ şəhəri inkişaf etdirməz, onu dağıdar.”( B.G.Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988)

Mutasiyalar canlıların təkamül iddiasını dəstəkləmir, çünki..

  • Mutasiyalar zərərlidir, ən yaxşı halda təsirsizdir. Faydalı mutasiya nümunəsi mövcud deyil.
  • Mutasiya nəticəsində DNT-yə yeni məlumat əlavə olunmaz.
  • Bədənin hər hansı bir hüceyrəsində və ya orqanında meydana gələn dəyişilik bir sonrakı nəsilə ötürülməz. Mutasiyanın bir sonrakı nəsilə ötürülməsi üçün mütləq çoxalma hüceyrələrində meydana gəlməlidir.

Fosillər təkamülü təkzib edir, yaradılışı təsdiqləyir

Təkamül nəzəriyyəsi, bütün canlıların bir-birlərindən törədiklərini iddia edir. Buna görə əvvəldən var olan canlı növü zaman keçdikcə digərinə çevrilib və bütün növlər bu şəkildə meydana gəlib. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla illik dövr ərzində  mərhələ-mərhələ reallaşıb.

Bu halda, bir canlının digərinə çevrilmə prosesi zamanı saysız aralıq növləri meydana gəlməlidir. Bu iddiaya görə keçmişdə balıq xüsusiyyətlərini daşımasına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanan yarı balıq-yarı sürünən canlılar yaşamalıdır. Və yaxud sürünən xüsusiyyətlərini daşımaqla yanaşı, həmçinin bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar meydana çıxmalıdır. Bunlar keçid dövründə olduqları üçün də şikəst, natamam, qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarını fərz etdikləri bu xəyali canlıları “ara-keçid forması” adlandırırlar.

Təkamül nəzəriyyənin qurucusu Çarlz Darvin “Növlərin Mənşəyi” adlı əsərində aralıq keçid fosillərinin əhəmiyyətini belə açıqlayır:

“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara-keçid növləri mütləq yaşamalıdır… Bunların yaşadıqlarının dəlilləri də yalnız fosil qalıqlarında tapıla bilər.” (Charles Darwin, The Origin of Species, s. 179)

Darvinin bu problemləri vurğulamasından 150 ildən çox vaxt keçdiyinə baxmayaraq, var olduğu iddia edilən ara-keçid formalarından əsər-əlamət yoxdur. Ara-keçid formasının yoxluğu, təkamül nəzəriyyəsinin etibarsızlığını sübut etməyə kifayətdir.

Təkamülçülər böyük səylə nəzəriyyələrinə dəlil toplamağa çalışarkən öz əllərilə təkamül adlı prosesin baş vermədiyini şəxsən özləri sübut ediblər. Nəticədə müasir elm bu həqiqəti təsdiq etmişdir: Canlılar kortəbii təsadüflər nəticəsində təkamül edərək əmələ gəlməmişdir. Bütün canlıları Rəbbimiz olan Allah yaratmışdır.