Zamanın nisibiliyi

Zamanın nisibiliyi

Zamanın nisbiliyi mövzusu bu gün tam isbat edilmiş elmi bir həqiqətdir. Ancaq bu həqiqət XX əsrin əvvəllərində Albert Eynşteynin nisbilik ifadəsi ilə ortaya çıxıb. O dövrə qədər insanlar zamanın nisbiliyinin bir nəzəriyyə olduğunu, şəraitə görə dəyişkənlik göstərə biləcəyini bilmirdilər. Ancaq məşhur alim Albert Eynşteyn zamanın nisbiliyi nəzəriyyəsi ilə bu həqiqəti aydın şəkildə sübut etdi. Bəşər tarixi boyu heç kim bu məsələni açıq-aşkar deyə bilməmişdi. Ancaq bir istisna ilə - Quranda zamanın nisbi olduğunu göstərən məlumatlar var! Sözügedən məsələ ilə bağlı ayələri bu cür qeyd edə bilərik:

“...Rəbbinin dərgahında bir gün sizin saydıqlarınızın min ili kimidir!” (“Həcc” surəsi, 22/47)

“O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona yüksələr”. (“Səcdə” surəsi, 32/5)

“Mələklər və Ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar”. (“Məaric” surəsi, 70/4)

610-cu ildən etibarən göndərilməyə başlanan Quranda zamanın nisbiliyindən bu cür aydın şəkildə bəhs edilməsi onun ilahi bir kitab olduğunun başqa bir sübutudur.