Dördayaqlıların (tetrapodların) yaradıldığını bilirdinizmi?

Dördayaqlıların (tetrapodların) yaradıldığını bilirdinizmi?

Dördayaqlılar (tetrapodlar) quruda yaşayan onurğalılara verilən ümumi addır.Bu təsnifata amfibiyalar (suda-quruda yaşayanlar), sürünənlər və məməlilər daxildir.Təkamül nəzəriyyəsi dördayaqlıların suda yaşayan balıqlardan təkamüllə əmələ gəldiyini iddia edir.Halbuki, bu iddia həm fizioloji və anatomik cəhətdən ziddiyyətlidir, həm də iddianın fosil qeydlərində heç bir dəlili yoxdur.

Bir balıq quruda yaşamağa uyğunlaşması üçün tənəffüs sistemi, ifrazat mexanizmi, skelet quruluşu kimi müxtəlif cəhətlərdən böyük dəyişikliklər keçirməlidir. Qəlsəmələr ağciyərə çevrilməli, üzgəclər bədən ağırlığını daşıyacaq şəkildə ayaq xüsusiyyəti qazanmalı, orqanizmdən artıq maddələri xaric etmək üçün böyrəklər əmələ gəlməli, dəri maye itkisinin qarşısını alan quruluş əldə etməlidir. Bütün bu dəyişikliklər baş vermədikcə bir balıq quruya çıxdıqda ən az bir neçə dəqiqə yaşayar. Ona görə, canlı ilk dəfə meydana gəldiyi andan etibarən tam bədənə sahib olmalıdır.Bu isə dördayaqlıların təkamülçülərin iddia etdiyi kimi, təsadüfən əmələ gəldiyinin deyil, yaradıldığının saysız-hesabsız dəlillərindən biridir.

Heç bir canlıda olmadığı kimi qurbağaların mənşəyində də təkamül prosesinə rast gəlinmir.Elmə məlum olan ən qədim qurbağalar balıqlardan tamamilə fərqli və özünəməxsus quruluşları ilə ortaya çıxıb.Dövrümüzdəki qurbağalarla da eyni xüsusiyyətlərə malikdirlər.Dominikan Respublikasında tapılmış yuxarıdakı kəhrəbanın içindəki qurbağa fosili ilə dövrümüzdə yaşayan nümunələri arasında heç bir fərq yoxdur.