Həşəratların güclü qanadları

Həşəratların güclü qanadları

Bütün həşəratların qanadlarında damarlar var. Həşərat böyüdükdə damarlar qan daşıyır. Lakin daha sonra damarlar sərtləşir və həşəratın qanadlarını da çərpələngin çərçivəsi kimi sərtləşdirir. Bir çox həşərat qanadlarını həddindən artıq sürətlə çırpır. İnsan gözü həşərat qanadlarının hərəkət sürətini müşahidə edə bilmir. Məsələn, eşşək arıları, bal arıları və milçəklər bir göz qırpımı qədər qısa olan bir saniyədə təqribən 200 dəfə qanad çırpırlar. Forcipomyia kimi həşəratlar isə bir saniyədə 1000 dəfə qanad çırpır. Əgər qanadlardakı damarlar olmasaydı, həşəratların qanadları parçalanaraq qopardı. Göründüyü kimi, həşərat qanadlarında çox xüsusi, bənzərsiz dizayn və ağıl var. Bu ağılın sahibi də, şübhəsiz ki, hər şeyi ən incə təfərrüatına qədər planlaşdıran Allah`dır.