Allah`ın canlılardakı rəng sənəti

Allah`ın canlılardakı rəng sənəti

Yer üzündəki bütün rəngləri yaradan Allah`dır. Səma, dağlar, tarlalar, kəpənəklər, qırmızı almalar, portağallar, tutuquşular, qırqovullar, bənövşəyi üzümlər, ağaclar, qısası, ətrafınızda gördüyünüz hər şey Allah istədiyi üçün bu rənglərə malikdir. Allah bir ayəsində bu həqiqəti bizə belə bildirir:

... Budur Allah`ın rəngi... Allah`ın rəngindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik. (Bəqərə surəsi, 138)

Rənglər insanlara ətrafı tanımaqda kömək etdiyi kimi digər canlıların həyatlarında da mühüm əhəmiyyət kəsb edir.

Canlıların işıq və qavrama sistemlərinə görə işləyən “rəng dili” var. Yəni hər canlı növü üçün rənglərin ifadə etdiyi mənalar fərqlənir. Hər canlı həyatını davam etdirməsi üçün yaşadığı mühitdəki rənglərin dilini bilməlidir. Çünki həyat fəaliyyətləri ancaq bu dilin qavranılması ilə davam etdirilir.

Canlılar rəng dilindən necə istifadə edirlər?

Ana quş balalarına yem verərkən dimdiklərinin rənginə görə qərar verirlər.

Əvvəla, canlıların böyük əksəriyyətinin qida tapmaq üçün rənglərin köməyinə ehtiyacı var. İkincisi, canlıların dəri, pulcuq və kürklərindəki rənglər xüsusilə temperaturu yayma və ya saxlama xassələri ilə canlıların həyatı üçün böyük rol oynayırlar. Bundan əlavə, canlılar düşmənlərindən qorunarkən də rənglərindən istifadə edirlər. Yaşadıqları mühitlə uyğunluq təşkil edən rəngləri sayəsində kamuflyaj olur, düşmənlərindən gizlənirlər. Yaxud rəngləri və naxışları ilə düşmənlərini qorxudub qaçırdırlar. Rənglər həm də canlılara qarşı cinsi və ya balalarını tanımağa kömək edir. Məsələn, ana quş balasının qida ehtiyacını dimdiyinin rəngindən anlayır. Eyni şəkildə, bala da anasını bu yolla tanıyır və anasının yem gətirdiyini anlayır.

Təbiətdəki nümunələrdən də göründüyü kimi, canlılar həyatlarını davam etdirmək üçün rənglərin mənalarını doğru bilməlidirlər. Bu məlumatı doğru bilmək üçün rəngləri qavrayan sistemləri olmalıdır.

Əgər bu sistemlər olmasa, xarici mühiti anlamaz və həyat üçün lazımi fəaliyyətləri yerinə yetirə bilməzdilər. Qidalarını tanımaz, düşmənlərini ayırd edə bilməzdilər. Ona görə, xarici mühitdən təcrid olub ölümə məhkum olardılar.

Qırqovullar da rəng dilindən ustalıqla istifadə edirlər. Bu canlıların rəng qavrama sisteminin təsadüfən əmələ gəldiyini iddia etmək ağlasığmazdır. Çünki hər sistem, hər ahəng, hər dizayn, hər proqram, hər müvazinət bir dizayner, bir proqramçı tərəfindən yaradılıb. Bu uyğunluğu ən mükəmməl şəkildə canlıların orqanizmində və yaşadıqları mühitdə yerləşdirən bir iradə, bir qüvvə mütləq var. Bu qüvvənin sahibi, üstün elmlə həm mühiti, həm canlıları, həm də sistemlərini əhatə edir. Bu gücün sahibi aləmlərin Rəbbi olan Allah`dır.

Məgər Allah`ın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara yollar əmələ gətirdik. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allah`dan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır. (Fatir surəsi, 27-28)